YETKİNLİK

is.
1. Təcrübəlilik, kamillik.
[“Dəli Kür”] …əsərin toxumu İ.Şıxlının qan yaddaşında həmişə mövcud olub, sadəcə, əlverişli şərait yarananda – oyanıb, Şıxlı da onu qələmə alıb; xoşbəxtlikdən bu, onun sənətkar kimi yetkinlik dövrünə təsadüf edib. İ.Qasımzadə.

2. Yetişmiş, dəymiş meyvənin halı.

Синонимы

  • YETKİNLİK dəymişlik — bitkinlik
  • YETKİNLİK təcrübəlilik — kamillik
YETKİNLƏŞMƏK
YETMƏ
OBASTAN VİKİ
Yetkinlik
Yetkinlik — 35 yaşdan 65 yaşa qədər olan yaş dövrü. Əksər dövlətlərdə yetkinlik yaşı 18 yaşdır.
Yetkinlik dövrü
Yetkinlik (puberty), insanlarda baş verən "yetkinliyə ilk addım" dövrüdür. Yetkinlik, uşaqlıq dövrü ilə yetkinlik dövrü arasında olan keçid dövrüdür. Yetkinlik, insanda uşaqca hərəkət və davranışlarının yerini yetkinlik hərəkət və davranışlarının aldığı, cinsiyyət bacarıqlarının qazanıldığı, insanın yetkin roluna psixoloji olaraq hazırlandığı dövürdür. Uşaqlıq dövrü olaraq adlandırılan yaşlarda, sosial cəmiyyət şüuru (super-eqo) inkişaf etməmişkən, yetkinlik dövrünə girən gənclərdə ictimai qəbullanmaq, bir qrupun tərkibi olma (super-eqo və eqo) anlayışları inkişaf edir. Bədən hormonlarından cinsiyyət ilə əlaqəli olan (sekonder cinsi hormonları) estrogen və ya androgenlərin yaranması bu dövürdə pik həddə çatdığından yetkin insanın psixologiyasında səbəbsiz yerə dəyişikliklər baş verir. Yetkinlik dövrü insanlarda əsas 5 dövürdən biridir. Lakin alimlərin yetkinlik dövrü ilə əlaqəli fikirləri sadəcə uşaqlar müəyyən bir yaşa gəldikdə bu dövürə girəndə və sadəcə yavaş-yavaş yetkinlik qazandıqları üçün BMT və alimlər yetkinlik dövrünə girənlərin hələ də uşaq olduğunu qəbul edirlər. Ümumi olaraq 12–21 yaş arası yetkinlik dövrü olaraq adlandırılır. Yetkinliyə giriş yaşı; genetika (ailə içi), irq, sosial-iqtisadi şərtlər (uşaq yaşda evləndirmə, ağır fiziki yük altında işlədilən uşaqlar) və iqlim kimi faktorlardan təsirlənir. Bəzi qara dərili qəbilələr və qədim ərəblərdə yetkinlik dövrü iqlimin təsiri ilə daha tez baş verərkən Şimali yarımkürədə Norveç, Finlandiya kimi az Günəş alan soyuq yerlərdə yetkinlik yaşı daha gec başlayır.
Yetkinlik yaşı
Yetkinlik yaşı — qanunla şəxsin tam fəaliyyət qabiliyyətli hesab olunduğu yaş. Yetkinlik yaşına çatmayanlar həmin andan sonra artıq öz hərəkətlərinin mənasını başa düşür, öz hərəkətlərinə rəhbərlik edə bilirlər, eləcə də himayəçiliyə və valideynlərinin onların hərəkətlərinə görə hüquqi məsuliyyətinə xitam verilmiş olur. Əksər dövlətlərdə yetkinlik yaşı 18 yaşdır. Yetkinlik yaşı şəxsin psixi pozuntusu və cinsi inkişafı ilə əlaqədar deyil. Yetkinlik yaşı keçid dövrü, cinsi əlaqədə olmaq yaşı, nikah yaşı, məktəbi bitirmək yaşı, alkoqollu içkilər qəbul etmək, nəqliyyat vasitəsini idarə etmək, səsvermə yaşı, tütün məmulatlarından istifadə, qumar yaşı və s. ilə qarışdırılmamalıdır. Onların hər biri ayrılıqda müəyyən edilir. Şəxs yetkinlik yaşına çatsa da, yaş məhdudiyyətinə məruz qala bilər: məsələn, seçkili və təyinatlı vəzifələrdə belə məhdudiyyət tətbiq edilir. == Haqqında == Yetkinlik yaşı bəzən lisenziya yaşı ilə qarışdırılır. Hüquq termini kimi "lisenziya" "icazə" mənasını verir və qanunla müəyyən hüquq və imtiyazları əhatə edir.
Yetkinlik yaşına çatmayanlar
Yetkinlik yaşına çatmayanlar — hüquqda müəyyən yaş həddindən aşağı yaşda olan şəxslər. Həmin yaş həddi hər bir dövlətdə fərqli olan və şəxsin uşaqlıqdan yetkinlik mərhələsinə qədəm qoyduğunu göstərən yetkinlik yaşı ilə müəyyənləşdirilir. Yetkinlik yaşı hər bir yurisdiksiyada və praktikada fərqli olsa da, adətən 18 yaş qəbul edilir. Bəzən "yetkinlik yaşına çatmayanlar" ifadəsi heç də yetkinlik yaşı ilə əlaqələndirilmir. Məsələn, ABŞ-da alkoqollu içkilərin qəbul edilməsinə adətən 21 yaşda icazə verilir. Bu zaman həmin yaş həddinə çatmayan şəxslərə də, hətta onlar ən az 18 yaşda olsalar belə, yetkinlik yaşına çatmayanlar deyilir. Eyni hal siqaret çəkilməsi, cinsi əlaqədə olmaq, nikah yaşı, nəqliyyat vasitəsinin idarə edilməsi, seçkidə iştirakla bağlı qoyulan yaş məhdudiyyətlərinə də aiddir. Yaş həddi əksər yurisdiksiyalarda hər bir hala münasibətdə eyni müəyyən edilmir. Belə ki, cinayət məsuliyyətinə cəlb etmə, məktəbə qəbul, etibarlı müqavilənin bağlanması yaşı bir-birindən fərqlənir. Avstraliya, Hindistan, Braziliya, Xorvatiya və Kolumbiya kimi bir çox ölkələrdə yetkinlik yaşına çatmayanlar dedikdə 18 yaşınadək olan şəxslər başa düşülür.
Yetkinlik həyatının bacarıqları (film, 2016)
Yetkinlik həytının bacarıqları 2016-cı ildə "Kreativ İngiltərə" şirkəti tərəfindən maliyyələşdirilmiş Böyük Britaniya komediya filmidir. Filmin ssenari müəllifi olan Reyçel Tannardın bu ilk işidir. Həmçinin film 2014-cü ildə London Film Festivalında nümayiş edilmişdir. Film 29 yaşlı gənc xanımın həyatından bəhs edir. Anna, (Codi Uittaker — tərəfindən canlandırılmışdır) əkiz qardaşının ölümündən sonra anasının çardağında yaşamağa başlamış və buranı tərk etməkdən təkidlə imtina edir. Film 2016-cı ilin aprel ayında Tribeka Film Festivalında nümayiş edilmiş və ən yaxşı qadın rejisor adına görə top mükafatlardan biri olan Nora Efron mükafatını qazanmışdır. Film Böyük Britaniya kinoteatrlarında 24 iyun 2016-cı il tarixində nümayiş edilmişdir == Məzmun == Anna sıxışmış vəziyyətdədir. O, 30 yaşına yaxınlaşır anasının bağında yerləşən çardaqda özünə qapannmış bir həyat tərzi sürür və sufrajistlərin bu zamana qədər niyə narahat edildiklərinin səbəbini bilmək istəyirdi. O, günlərini barmaqlarını aktyor kimi canlandıraraq videolar çəkməklə keçirir. Barmaqlar Yoqi ayının nihilist olub-olmaması ilə bağlı bir-birləri ilə münaqişə edirlər.

Значение слова в других словарях