YEZ

I
(Meğri)
iri dənəli (nar). – Yəxşi yez nar uley Nüyədi kəfşənində
II
(Balakən, Qax, Zaqatala)
mis. – Yez qab əgildi (Qax); – Zaman yeddi parça yez aldı (Zaqatala)
YEYMƏ
YEZDANQI
OBASTAN VİKİ
Fragaria yezoensis
III Yezdəgird
III Yezdəgird (624, İstəhr – 652, Mərv) — 38-ci və ya sonuncu Sasani şahənşahı, fars imperiyasının son hökmdarı. 632–651-ci illərdə hakimiyyətdə olmuşdur. Zərdüşt təqvimi onun hakimiyyətə gəldiyi ildən hesablanır. == Hakimiyyətə gəlişi == Qarışıqlıqdan istifadə edilərək 632-ci ildə gənc yaşlarında hakimiyyətə gətirildi və hakimiyyətinin ilk illərində dövlət işləri ilə məşğul ola bilmədi. Dövləti onun adından yüksək rütbəli əyanlar idarə edirdilər. Onun hakimiyyətə gəldiyi vaxtlarda daxili münaqişələr, saray çəkişmələri, əyanların özbaşınalığı artmışdı. Həmin dövrdən başlayaraq ərəb hücumları kəskinləşmişdi. == Bizansla münasibətlər == Sasanilərin əzəli düşməni olan Bizansla münasibətləri qaydaya salmaq məqsədi ilə Bizans imperatoru Herakliusun oğlu Konstantinin qızı Maynanh ilə evləndi. Bu evlilikdə III Yezdəgirdin məqsədi ölkənin vəziyyətini yaxşılaşdırmaq və Bizansdan kömək almaq idi. Lakin bu tədbirlər imperiyanın süqutunun qarşısını ala bilmədi.
II Məhəmməd ibn Yezid
II Məhəmməd ibn Yəzid (d. ? – ö. 4 iyun, 956) — Şirvanşahlar dövlətinin yeddinci hökmdarı. == Fəaliyyəti == Şirvanşah Əbu Tahir Yəzid ibn Məhəmmədin ölümündən sonra, onun yerinə atasının vaxtında Layzan hakimi olmuş oğlu Məhəmməd ibn Yəzid keçmişdir. O, bir oğlu Əhmədi Layzana, o biri oğlu Heysəmi isə babası Məhəmməd ibn Yəzidin vaxtında özünün əmir olduğu Təbərsərana hakim təyin etdi Şirvanın hakimi kimi onun ilk tədbiri həbsxanaya salınmış qardaşı Əhməd ibn Yəzidi aradan götürmək oldu. Sasani şahlarına xas olan bu qaydanı görünür, Şirvanşahlar onlardan əxz etmişdilər.Əsərini h.332 (943)-ci ildə tamamlamış əl-Məsudi xəbər verir ki, bu vaxt Şirvanın hakimi h.318 (930)-ci ildə aralarında toqquşma olmuş kürəkəni Əbd əl-Məlik ibn Haşimin ölümündən (h.327 (939)-ci il) sonra Xursanı, Vardanı və Dərbəndi zəbt etmiş Məhəmməd ibn Yəzid idi. Məhəmməd ibn Yəzid bütün bu torpaqları Şirvan və Layzanla birləşdirdi. Əl-Məsudi daha sonra deyir ki, "onun məmləkəti hal-hazırda, yəni h.332 (943)-ci ildə bir aylıq yol qədər uzanır. Bu, ondan irəli gəlir ki, o, öz torpaqlarına, Ənuşirəvanın (Burada söhbət, mənbələrin məlumatlarına görə,Ənuşirəvanın torpaq verdiyi erkən Şirvanşahlardan gedir.) titul verməməsinə (vəsm) baxmayaraq, zəbt etdiyi torpaqları da qatmışdır".Əl-Məsudinin dediklərindən aydın olur ki, Məhəmmədin hakimiyyəti dövründə Şirvanşahlar dövləti böyük bir əraziyə malik idi.
II Yezdəgird
II Yezdəgird (farsca : یزدگرد دوم ) — on altıncı Sasani şahənşahı. 438-457-ci illərdə hakimiyyətdə olmuşdur. Hakimiyyəti dövründə Eftalitlərlə müharibə aparmış və zərdüştlüyü yaymışdır. 440-cı ildə Bizansla müharibəyə başladı və az da olsa uğurlar əldə etməyə başladılar. II Teodosinin baş komandanı Anatoli şəxsən II Yezdəgirdin düşərgəsinə gəldi və sülh təklif etdi. Müharibədən sonra II Yezdəgird Ermənistanı tutdu və erməniləri Eftalit sərhədlərini qorumaq üçün ora köçürdü. 450-451-ci illərdə Vardan Mamikonyanın üsyanını yatırdı. 450-ci ildə Xalxal döyüşündə üsyançılar qalib gəldi, lakin 451-ci illərdə Avarayr döyüşündə II Yezdəgir onları məğlub etdi. İndiki Ermənistan ərazisində zərdüştlüyü yaymağa başladı və xristianları təqib etməyə başladı. Bütün hakimləri dəvət edərək onlara zərdüştlüyü qəbul etdirdi.
II Yezid ibn Əbdülməlik
II Yezid ibn Əbdülməlik (684-724) — doqquzuncu Əməvi xəlifəsi == Həyatı == Ömər ibn Əbdüləziz vəfat etdikdən sonra II Yezid ibn Əbdülməlik taxt-taca yiyələnərək doqquzuncu Əməvi xəlifəsi olmuşdur. Onun xəlifəliyi dövründə İslam aləmi üçün dəyərli tarixi hadisə baş verməmişdir. Əksinə, bu dövrdə xəlifə Ömər ibn Əbdüləzizin həyata keçirdiyi islahatların üzərindən xətt çəkilmiş və Əməvilər sülaləsinin süqutunun əsası qoyulmuşdur. II Yezid ibn Əbdülməlik xəlifə seçildikdən sonra ilk işi Yezid ibn Mühəllibin qaldırdığı qiyamı yatırmaq olmuşdur. İbn Mühəllib Ömər ibn Əbdüləzizin xəlifəliyi zamanı Bəsrə valisi vəzifəsindən kənarlaşdırılaraq həbs edilmişdi. Ömər vəfat etdikdən sonra həbsxanadan qaçaraq ətrafına ordu toplamış, hakimiyyətə qarşı silahlı müqavimət təşkil etmişdir. Xəlifə ordusu ilə ilk döyüşdən qalib ayrılan Mühəllib Bəsrəni ələ keçirərək, xəlifəyə tabe olmadığını elan etmişdir. Bəsrə əhalisindən toplanan vergiləri ordusu arasında paylamış, bununla kifayətlənməyərək Əməvi sülaləsini Peyğəmbər (s) ailəsinin qatilləri elan edərək əhalini onlara qarşı cihada çağırmışdır. Onun özbaşınalığına son qoymaq məqsədilə II Yezid Suriyadakı ordunu Xorasan valisi Məsləmə ibn Əbdülməlikin başçılığı altında Bəsrəyə göndərmişdir. 720-ci ilin avqust ayında üz-üzə gələr ordu hissələri yeddi gün gözləmə mövqeyində olmuşlar.
I Məhəmməd ibn Yezid
Məhəmməd ibn Yəzid – Şirvanşahlar dövlətinin beşinci hökmdarı, Şirvanşah Əbu Tahir Yezid ibn Məhəmmədin atası. == Fəaliyyəti == Bu Şirvanşah haqqında mənbələrdə cüzi məlumatlar qalmış, onun adı keçəri olaraq anılmışdır. "Tarix-i əl-Bab"da onun haqqında deyilir: "Bir müddətdən sonra Yezid öldü və onun yerinə oğlu Məhəmməd ibn Yezid keçdi. O, uzun müddət hakimiyyət sürdü, ləyaqəti ucaldı, əməlləri çiçək açdı. Onun ölümündən sonra (təqr-h.305 (917)-ci il — SA.) oğlu Əbu Tahir Yəzid ibn Məhəmməd hakimiyyətə gəldi." == Şübhələr == Vladimir Minorski "Şirvan və Dərbəndin tarixi" əsərində dediyinə görə Məhəmməd ibn Yezid Şirvanşah ola bilməz, çünki o Şirvanşah Heysam ibn Xalidin nəslindən deyil, əksinə Layzanşah Yezid ibn Xalidin oğludur. Buna görə də Məhəmməd ibn Yezid Şirvanşah sayılmalıdır.
I Yezdəgird
I Yezdəgird (یزدگرد یکم:farsca mənası: Allah tərəfindən yaradılmış) — 14-cü Sasani şahənşahı. 399-420-ci illərdə 21 il hakimiyyətdə olmuşdur. I Yezdəgirdin hakimiyyəti dövrü əsasən dinc keçmişdir. Bizansla dostluq münasibətləri saxalnılmışdır. Onun hakimiyyətinin ilk dövründə xristianlara heç bir təyziq olunmurdu. Sonra isə xristianları təqib etdi. == Ailə == I Yezdəgidin atası III Şapur idi. 399-cu ildə III Bəhram öldükdən sonra hakimiyyətə gəldi və III Bəhramın qatillərini cəzalandırmadı. I Yezdəgirdin 3 oğlu var idi. == Bizans ilə münasibətlər == IV əsrin sonlarında üsyanlar və mərkəzdən ayrılan hakimlərin özbaşınalığı nəticəsində zəifləməkdə idi.
I Yezid
Yezid bin Muaviyə (646, Dəməşq – 11 noyabr 683, Dəməşq) — Əməvilər sülaləsindən olan ikinci ərəb xəlifəsi (680), I Müaviyənin birinci oğludur. Üç il hakimiyyətdə olmuşdur. Hakimiyyətinin birinci ilində- 680-cı ildə baş vermiş Kərbəla döyüşündə I Yezidin göndərdiyi qoşunla İmam Əlinin oğlu, Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin qoşununu qətlə yetirmişlər.
Isatis yezoensis
Boyaq rəngotu (lat. Isatis tinctoria) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin rəngotu cinsinə aid bitki növü.
Katolikos Yezariya
Katolikos Yezariya - Albanların LXVIII katolikosu. == Katolikosluğu == 1441-ci ildə Erməni katolikosu I Kirakos Virapetsinin kürsüyə çıxma mərasimində iştirak edən 12 yepiskopdan biri idi.. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Məhəmməd ibn Yezid
Məhəmməd ibn Yezid — Yezid ibn Məzyədin oğlu, Ərməniyyə hakimi. Haqqında cüzi məlumat var, qardaşı Əsəd ibn Yezidi əvəz etmiş, bir ildən sonra isə Xuzeymə ibn Kazım onun yerinə göndərilmişdir. Müəlliflər onu "çox azadlıqsevər və mərhəmətli biri, ondan "yox" cavabı eşidilməzdi" deyə xatırlayırlar.
Məmlan ibn Yezid
Məmlan ibn Yəzid — Şirvanşah şahzadəsi, Şirvan taxtına iddiaçı. == Həyatı == Şirvanşah Yəzid ibn Əhmədin oğlu idi. 22 noyabr 1066-cı ildə oğuz sərkərdəsi Qaratəkin ilə birlikdə Şamaxıya yürüşə başlamış və taxta iddia edirdi. Şirvanşah I Fəribürz əmisini məhv etmək üçün sultanın hacibinə gizlincə 6000 dinar verərək onu öz tərəfinə çəkmişdi. "Tarix-i əl-Bab"da Məmlan ibn Yəzidin öldürülməsinin təfərrüatı nəql olunur: "Hacib buna razılıq verib Qalabad qalasında oturan Məmlanı ziyafətə dəvət etdi. Məmlan ziyafətə gəldi. Onlar Məmlan sərxoş olana qədər yeyib – içdikdən sonra hacib onun Qalabada qayıtmasına icazə verdi. Bu vaxt Şirvanşah özünün saray adamlarından üç nəfəri – dayısı oğlu Ləşkəristanı, xidmətçisi Şadtəkini və hacibi Namdar ibn Müzəffəri yolda pusqu qurmağa göndərdi. Onlar sərxoş halda yanlarından keçən Məmlanın üstünə atılaraq, h.459-cu ilin rəbiülaxir ayında cümədən şənbəyə keçən gecə onu qəddarcasına qətlə yetirdilər.
Mənuçöhr ibn Yezid
Mənuçöhr ibn Yezid (v. 1034, Şamaxı) — Şirvanşahlar dövlətinin on birinci hökmdarı, Kəsranilər sülaləsinin banisi, Şirvanşah Yezid ibn Əhmədin oğlu. == Fəaliyyəti == Şirvanşah Mənuçöhr ibn Yezidin hakimiyyət dövrü üçün feodal ara müharibələri və yadelli basqınlara qarşı mübarizə səciyyəvidir. XI əsrin birinci yarısında Şirvanşahlar qonşu feodallarla ara müharibələri, habelə, yadelli işğalçılara, dəfələrlə onların torpaqlarına basqınlar edən müxtəlif tayfalara – alanlara, sərirlilərə, ruslara və başqalarına qarşı müdafiə müharibələri aparırdılar. H.420 (1029)-ci ildə Mənuçöhr Məsqətə məxsus olan Mücəkabad malikanəsi üstündə əl-Bab əmiri ilə müharibəyə başladı. Şirvanşah bu müharibədə məğlubiyyətə uğradıqdan sonra əl-Bab hakimi h.421 (1030)-cı ildə Şirvanşah torpaqlarına basqın edərək onun ərazisindəki bir çox yaşayış məntəqəsini dağıtdı. === Rusların yürüşü === 1030–cu ildə ruslar Şirvana basqın etdilər. H.421 (1030)-ci ildə Bakı yenidən otuz səkkiz gəmi ilə yürüş edən rusların hücumlarına məruz qaldı. I Mənuçöhr ibn Yəzid onları Bakuya (Bakı) yaxınlığında qarşıladı. Ruslarla vuruşmada çoxlu Şirvanlı, o cümlədən zadəganlardan Əhməd ibn Xasskin (Xasstəkin) həlak oldu.
Qubad ibn Yezid
Qubad ibn Yəzid – Şirvanşahlar dövlətinin on üçüncü hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu. == Fəaliyyəti == Şirvanşah Əbu Mənsur Əli ibn Yəzidin ölümündən (1043) sonra hakimiyyətə onun qardaşı Qubad ibn Yəzid gəlmişdir. Hələ Şirvanşah Əbu Mənsurun hökmranhğı dövründə Şirvanşahla hərbi rəislər arasında çəkişmələr davam edirdi. H.436 (1044)-cı ildə əl-Bab əmiri ilə hərbi rəislər arasında nifaq düşdü. Onlar əmirin üstünə hücum çəkdilər, onun arvadı Şəmkuyyəni ələ keçirib qardaşı Şirvanşah Qubadın yanına göndərdilər. Qubad Şəmkuyyəni qalaya saldı, lakin sonra azad etdi və h.437 (1045)-cı ildə ərinin yanına qaytardı. Elə həmin il Qubad türk oğuzların hücumundan qorxaraq paytaxtı Yəzidiyyənin ətrafına yonulmuş daşdan möhkəm qala divarı çəkdirdi və dəmir qapı qoydurdu. Qubad altı il səltənət sürüb h.441-cı il səfər ayının 24-də (28 iyul 1049) öldü. == Ailəsi == Atası Yəzid ibn Əhməd. Şirvanşah (991-1027) və Dərbənd əmiri (1019-1021).
Salar ibn Yezid
Salar ibn Yəzid – Şirvanşahlar dövlətinin on beşinci hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu. == Fəaliyyəti == Şirvanşah Buxtnassar Əli ibn Əhmədin hakimiyyətinin birinci ilində onun əmisi Salar ibn Yəzid hakimiyyət çevrilişi edərək Şamaxı qalasını ələ keçirmişdir. Şamaxı qalasının süqutundan sonra Şirvanşah Buxtnassar Şirvanı tərk edərək Arrana qaçmış və Beyləqan yaxınlığında əmisi Salar ibn Yəzidin döyüşçüləri tərəfindən ələ keçirilərək ölüdürülmüşdür.Münəccimbaşının məlumatına görə Salar h.445 (1053)-ci ildə Malu (Maluğ) qalasını tutaraq möhkəmləndirmiş, orada qarnizon yerləşdirmiş, ərzaq və silahla təchiz etmişdi. O, qalanın yaxınlığında ətrafında istehkamlar qurulmuş şəhər (mədinə) saldırmış, oraya əhali köçürmüş və cümə məscidi tikdirmişdi. Salar "kafirlərlə", ehtimal ki, (Dağıstanın islamı qəbul etməyən əhalisi ilə) müharibəni davam etdirmiş və Şirvanı onların basqınlarından qorumuşdur.O, on beş il hökmranlıq etdikdən sonra h.455-ci il, şənbə günü səfər ayının 18-də (20 fevral 1063) ölmüşdür. Salar Şəddadi Əbüləsvar Şavur ibn Fəzllə qohumluq münasibətlərində olmuş, onun qızı ilə evlənmişdir.Onun adına üzərində dörd sətirlik yazı olan sikkə zərb edilmişdir. "Məhəmməd Rəsulullah! Kömək edən Şah, Əbu... – ... Salar ibn Yəzid, Şirvanşah." Salar ibn Yəzidin adı Qəffarinin "Cahan ara" əsərində də yad edilir.
Salix yezoalpina
Salix yezoalpina (lat. Salix yezoalpina) — söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Xalid ibn Yezid
Xalid ibn Yezid ibn Muaviyyə — Əməvilər sülaləsindən olan üçüncü ərəb xəlifəsi Yezidin oğlu. Vəliəhd. Xalid ibn Yəzid əş-Şeybani — Ərəb Xilafətinin Azərbaycan və Ərməniyyə hakimi.
Xalid ibn Yezid (hakim)
Xalid ibn Yəzid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, Məzyədilər sülaləsinin əsasını qoymuş Yezid ibn Məzyədin oğlu. == Fəaliyyəti == Yəzid ibn Məzyəd əş-Şeybaninin oğlu Xalid hicri 205-ci ildə (miladi 802) xəlifə Məmun tərəfindən Ərməniyyə və Azərbaycana vali göndərildi. Xalid Şəkidə, Gürcüstanda və Sənariyyədə üsyanları yatırtdı. H.212-217 (827/8- 823/4)-ci illərdə Xalidin adı "Mədinət Arran"da (Arran şəhəri) kəsildiyi qeyd edilən dirhəmin üzərində yazılmağa başlayır.Əl-Bəlazurinin məlumatına görə xəlifə Xalidi ermənilərdən bəxşiş almaq üstündə hakimiyyətdən salmışdır. Xəlifə Mötəsim bu vilayətləri iqta kimi Babəklə vuruşmuş sərkərdə Afşinə vermişdi. Xalid Mötəsimin ölümünə (h.227 (842)-ci il) və onun oğlu Vasiq hakimiyyət başına gələnə qədər vəzifəsiz qalmışdı. Xilafətin zəiflədiyi bu dövrdə Cənubi Qafqazın bir sıra vilayətləri müstəqilliyə və Xilafətdən ayrılmağa can atırdı. Vasiq Tiflis valisi İshaq ibn İsmayılın üsyanı ilə bağlı baş verən iğtişaşlarla əlaqədar Xalidi çağıraraq Ərminiyyə, Azərbaycan və Arranın valisi təyin etdi və onu 12 minlik süvari ilə göndərərək İshaqla mübarizəyə girib, üsyanı yatırtmağı əmr etdi. Xalid Ərminiyyəyə daxil oldu və burada 20 minlik erməni qoşunu ilə birləşərək Curzana (Gürcüstana) doğru hərəkət etdi. O, Cavax (Cavaxeti) adlı yerdə xəstələndi və iki gündən sonra öldü.
Xalid ibn Yezid əş-Şeybani
Xalid ibn Yəzid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, Məzyədilər sülaləsinin əsasını qoymuş Yezid ibn Məzyədin oğlu. == Fəaliyyəti == Yəzid ibn Məzyəd əş-Şeybaninin oğlu Xalid hicri 205-ci ildə (miladi 802) xəlifə Məmun tərəfindən Ərməniyyə və Azərbaycana vali göndərildi. Xalid Şəkidə, Gürcüstanda və Sənariyyədə üsyanları yatırtdı. H.212-217 (827/8- 823/4)-ci illərdə Xalidin adı "Mədinət Arran"da (Arran şəhəri) kəsildiyi qeyd edilən dirhəmin üzərində yazılmağa başlayır.Əl-Bəlazurinin məlumatına görə xəlifə Xalidi ermənilərdən bəxşiş almaq üstündə hakimiyyətdən salmışdır. Xəlifə Mötəsim bu vilayətləri iqta kimi Babəklə vuruşmuş sərkərdə Afşinə vermişdi. Xalid Mötəsimin ölümünə (h.227 (842)-ci il) və onun oğlu Vasiq hakimiyyət başına gələnə qədər vəzifəsiz qalmışdı. Xilafətin zəiflədiyi bu dövrdə Cənubi Qafqazın bir sıra vilayətləri müstəqilliyə və Xilafətdən ayrılmağa can atırdı. Vasiq Tiflis valisi İshaq ibn İsmayılın üsyanı ilə bağlı baş verən iğtişaşlarla əlaqədar Xalidi çağıraraq Ərminiyyə, Azərbaycan və Arranın valisi təyin etdi və onu 12 minlik süvari ilə göndərərək İshaqla mübarizəyə girib, üsyanı yatırtmağı əmr etdi. Xalid Ərminiyyəyə daxil oldu və burada 20 minlik erməni qoşunu ilə birləşərək Curzana (Gürcüstana) doğru hərəkət etdi. O, Cavax (Cavaxeti) adlı yerdə xəstələndi və iki gündən sonra öldü.
Yezdanizm
Yəzdanizm (kürd. Yezdanîtî) — Yezidilərin inandığı, İslam dini ilə geniş əlaqəsi olmayan əsasən İraq və Suriya kimi ərazilərdə ardıcıllarının olduğu din. Yəzdanizm sözünün kökü Avesta dilində olan Yazata sözündən yarandığı ehtimal edilir. Sözün kürd dilində olan qarşılığı sitayiş edilməyə dəyər mənasını verir. Yəzdanizm dinin konkret yaranmağa tarixi məlum deyil. Dinin müasir halının VIII–XII əsr aralığında İraqda yaşayan kürd tayfaların arasında yarandığı təxmin edilir. Yəzdanizmə inan yezidilər isə onların ardıcılı olduqları dinin qədim tarixə malik olduğunu və tarixin Qədim Mesopotamiya dininin yarandığı dövrdə qədər uzandığını iddia edirlər. Yəzdanizmdə konkret dini ədəbiyyat yoxdur. Bunun əsas səbəbi dinin daşıyıcısı olan şəxslərin ritual və əfsanələri nəsildən-nəsilə şifahi şəkildə ötürməsi olmuşdur. Yəzdanizm dini mövcud olduğu dövrdən etibarən, səmavi dinlər və əsasəndə İslam dinin ardıcılları tərəfindən mənfi qarşılanmışdır.
Yezerçə zirvəsi
Yezerce sammiti (alb. Maja e JezercësMaja e Jezercës), Albaniya Alp'larının ən yüksək zirvəsi olan dağdır.Çernoqoriyanın sərhədindən bir neçə kilometr uzaq şərqdə Valbonadan Qərbdə Shalaya qədər uzanmaqdadır. Albaniyada ən hündür ikinci və Balkanlardadakı ən yüksək yeddinci dağdır. Dəniz səviyyəsindən 2.694 m (8,839 ft) hündürlükdədir. Eyni zamanda, Yezerçə zirvəsi Avropa qitəsində ən mühüm 28-ci dağ zirvəsidir. Yezerçə Zirvesi, Avropa'nın ən cənubundakı buzlaqlarıyla diqqət çəkən Albaniya Alplarındadır.
Yezid
Yezid — ad. I Yezid — Əməvilər sülaləsindən olan 2-ci xəlifə.
Yezid bin Müaviyə
Yezid bin Muaviyə (646, Dəməşq – 11 noyabr 683, Dəməşq) — Əməvilər sülaləsindən olan ikinci ərəb xəlifəsi (680), I Müaviyənin birinci oğludur. Üç il hakimiyyətdə olmuşdur. Hakimiyyətinin birinci ilində- 680-cı ildə baş vermiş Kərbəla döyüşündə I Yezidin göndərdiyi qoşunla İmam Əlinin oğlu, Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin qoşununu qətlə yetirmişlər.
Yezid ibn Muaviyə
Yezid bin Muaviyə (646, Dəməşq – 11 noyabr 683, Dəməşq) — Əməvilər sülaləsindən olan ikinci ərəb xəlifəsi (680), I Müaviyənin birinci oğludur. Üç il hakimiyyətdə olmuşdur. Hakimiyyətinin birinci ilində- 680-cı ildə baş vermiş Kərbəla döyüşündə I Yezidin göndərdiyi qoşunla İmam Əlinin oğlu, Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin qoşununu qətlə yetirmişlər.
Yezid ibn Məzyəd
Yəzid ibn Məzyəd – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, sonradan Şirvanşah rütbəsi qəbul edərək müstəqil Şirvanşahlar dövlətinin əsasını qoymuş Məzyədilər sülaləsinin banisi. == Qəbiləsi == Tam adı "Yəzid ibn Məzyəd ibn Zaidə ibn Abdullah ibn Zaidə ibn Matər ibn Şureyx ibn Əmr ibn Qeys ibn Şureyxbil ibn Humam ibn Murra ibn Zül ibn Şeyban" olmuşdur və Şeyban tayfasına mənsub idi. Orduda yüksək yerlərə əmisi Məan ibn Zaidə sayəsində gəlmişdir. İlk dəfə Sistanda hərbi xidmətə başlayan Yəzid xəlifə əl-Mehdi dövründə (775-785) Xorasanda üsyan yatırtmış, 782-ci ildə Harun ər-Rəşidin başçılığı ilə Bizansa qarşı müharibədə döyüşmüşdür. əl-Hadinin Cürcan hakimliyi dövründə ona sadiq olmuş, bu sədaqəti müqabilində Ərməniyyə hakimliyi ilə təltif olunmuşdu. == Fəaliyyəti == Xəlifə Harun ər-Rəşidin Ərməniyyə və Azərbaycana hakim təyin etdiyi Əli ibn İsa ibn Məhana qarşı müxtəlif şəhərlərdə üsyanlar verirdi. Yəqubi qeyd edir ki, "buraya gələn Əli özünü pis apardı, buna görə də Şirvan əhli onun əleyhinə üsyan qaldırdı və ölkədə çaxnaşma düşdü". Belə olduqda xəlifə 787 – ci ildə yenidən Yəzid ibn Məzyəd əş Seybanini Ərminiyyə və Azərbaycana hakim təyin etdi. O, üsyanı yatırtdı və ölkədə qayda-qanun yaratdı. 794-cü ildə Şeyban tayfasından başqa bir üsyançı olan xarici Valid ibn Tarifi məğlub etdi və öldürdü.

Значение слова в других словарях