Məhəmməd ibn Yəzid – Layzanşah, Şirvanşah Əbu Tahir Yezid ibn Məhəmmədin atası.
Məhəmməd ibn Yəzid | |
---|---|
Layzanşahların II hökmdarı | |
? – 917 | |
Əvvəlki | Yezid ibn Xalid |
Sonrakı | Əbu Tahir Yezid ibn Məhəmməd |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Uşağı | |
Ailəsi | Məzyədilər |
Bu Şirvanşah haqqında mənbələrdə cüzi məlumatlar qalmış, onun adı keçəri olaraq anılmışdır. "Tarix-i əl-Bab"da onun haqqında deyilir: "Bir müddətdən sonra Yezid öldü və onun yerinə oğlu Məhəmməd ibn Yezid keçdi. O, uzun müddət hakimiyyət sürdü, ləyaqəti ucaldı, əməlləri çiçək açdı. Onun ölümündən sonra (təqr-h.305 (917)-ci il — SA.) oğlu Əbu Tahir Yəzid ibn Məhəmməd hakimiyyətə gəldi."[1]
Vladimir Minorski "Şirvan və Dərbəndin tarixi" əsərində dediyinə görə Məhəmməd ibn Yezid Şirvanşah ola bilməz, çünki o Şirvanşah Heysam ibn Xalidin nəslindən deyil, əksinə Layzanşah Yezid ibn Xalidin oğludur. Buna görə də Məhəmməd ibn Yezid Şirvanşah sayılmamalıdır.[2]
SƏLƏF Yezid ibn Xalid |
Məhəmməd ibn Yezid Məzyədilər |
XƏLƏF Əbu Tahir Yezid ibn Məhəmməd |