Qubad ibn Yezid

Qubad ibn YəzidŞirvanşahlar dövlətinin on üçüncü hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu.

Qubad ibn Yəzid
1043 – 1049
ƏvvəlkiƏbu Mənsur Əli ibn Yəzid
SonrakıBuxtnassar Əli ibn Əhməd
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri Şamaxı
Atası Yəzid ibn Əhməd

Şirvanşah Əbu Mənsur Əli ibn Yəzidin ölümündən (1043) sonra hakimiyyətə onun qardaşı Qubad ibn Yəzid gəlmişdir. Hələ Şirvanşah Əbu Mənsurun hökmranhğı dövründə Şirvanşahla hərbi rəislər arasında çəkişmələr davam edirdi. H.436 (1044)-cı ildə əl-Bab əmiri ilə hərbi rəislər arasında nifaq düşdü. Onlar əmirin üstünə hücum çəkdilər, onun arvadı Şəmkuyyəni ələ keçirib qardaşı Şirvanşah Qubadın yanına göndərdilər. Qubad Şəmkuyyəni qalaya saldı, lakin sonra azad etdi və h.437 (1045)-cı ildə ərinin yanına qaytardı. Elə həmin il Qubad türk oğuzların hücumundan qorxaraq paytaxtı Yəzidiyyənin ətrafına yonulmuş daşdan möhkəm qala divarı çəkdirdi və dəmir qapı qoydurdu. Qubad altı il səltənət sürüb h.441-cı il səfər ayının 24-də (28 iyul 1049) öldü.[1]