Salar ibn Yezid
Salar ibn Yəzid – Şirvanşahlar dövlətinin on beşinci hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu.
Şirvanşah Buxtnassar Əli ibn Əhmədin hakimiyyətinin birinci ilində onun əmisi Salar ibn Yəzid hakimiyyət çevrilişi edərək Şamaxı qalasını ələ keçirmişdir. Şamaxı qalasının süqutundan sonra Şirvanşah Buxtnassar Şirvanı tərk edərək Arrana qaçmış və Beyləqan yaxınlığında əmisi Salar ibn Yəzidin döyüşçüləri tərəfindən ələ keçirilərək ölüdürülmüşdür.
Münəccimbaşının məlumatına görə Salar h.445 (1053)-ci ildə Malu (Maluğ) qalasını tutaraq möhkəmləndirmiş, orada qarnizon yerləşdirmiş, ərzaq və silahla təchiz etmişdi. O, qalanın yaxınlığında ətrafında istehkamlar qurulmuş şəhər (mədinə) saldırmış, oraya əhali köçürmüş və cümə məscidi tikdirmişdi. Salar "kafirlərlə", ehtimal ki, (Dağıstanın islamı qəbul etməyən əhalisi ilə) müharibəni davam etdirmiş və Şirvanı onların basqınlarından qorumuşdur.
O, on beş il hökmranlıq etdikdən sonra h.455-ci il, şənbə günü səfər ayının 18-də (20 fevral 1063) ölmüşdür. Salar Şəddadi Əbüləsvar Şavur ibn Fəzllə qohumluq münasibətlərində olmuş, onun qızı ilə evlənmişdir.
Onun adına üzərində dörd sətirlik yazı olan sikkə zərb edilmişdir. "Məhəmməd Rəsulullah!