Yuxu xaşxaşı
Yuxu xaşxaşı (lat. Papaver somniferum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin lalə cinsinə aid bitki növü.
Birillik ot bitkisi olub, hündürlüyü 100-150 sm olub, tərkibi çoxlu şirəyə malikdir. Gövdəsi düzqalxan, sıxyarpaqlı, göyümtül-yaşıl, yuxarı hissəsi adətən budaqlıdır. Yarpaqları növbəli, göyümtül, sıx, və ya aşağı hissəsi damarlı, nadir hallarda tükcüklüdür. Kökətrafı yarpaqlarının uzunluğu 30 sm, çətir kimi toplanmış, qısa saplaqlı, ellipssəkilli, iridişcikli və ya kəsilmiş-pərli olub, kənarları kəskin dişciklidir. Gövdə yarpaqlarının uzunluğu 20 sm, enli ellipssəkilli və ya tükcüklü itidişciklidir. Çiçəkləri 1-10 saylı, iri, gövdə zirvəsi budaqlanan, çiçəkləri uzun və yağlı şişkindir. Çiçəkləmə dövründə başı aşağı əyilmiş çiçəklər hamar, tərkibində tiryək olan sortlar göyümtül-yaşıl, uzunsov-ellipssəkilli, zirvəsinin uzunluğu 3-4,5 sm, yağlı sortlarda isə onların ölçülərinin uzunluğu 2-2,5 sm, aşağı hissəsi qırmızı-bənövşəyi və ya tam yaşıl, enli-ellipssəkillidir. Kasacığı çılpaq, çiçəkləmədən əvvəl açılmağa başlayır.