YIRTMAQ

f.
1. Geyib dağıtmaq, köhnəltmək, yırtıq hala salmaq. Ayaqqabıları yırtmaq.
// İlişdirərək və ya başqa bir vasitə ilə qırmaq; qəlpələmək, deşmək.
Paltarını harada yırtmısan? – O olsun şikarın tutmağa məşğul; Mən olum torbanı yırtmağa məşğul. Q.Zakir.

// Cırmaq, ləğv etmək.
Talaq tamam olduqda şahın buyruğu ilə kəbin kağızlarını Xacə Mübarək yırtdı. M.F.Axundzadə.

2. Parçalamaq, vəhşicəsinə dağıtmaq.
Bu yerə çün yetirdi qurd sözünü; Tutdu, yırtdı, dağıtdı ol quzunu. A.Səhhət.

Синонимы

  • YIRTMAQ yırtmaq bax 1. deşmək; 2. parçalamaq 2
  • YIRTMAQ dağıtmaq — köhnəltmək — qəlpələmək — deşmək — cırmaq
  • YIRTMAQ parçalamaq — dağıtmaq
YIRTMA
YİV

Значение слова в других словарях