1. Qüvvə azlığı, gücsüzlük. İşığın zəifliyi. Motorun zəifliyi.
// Üzgünlük, taqətsizlik, qüvvətsizlik, xəstəlik halı, fiziki qüvvə azlığı, arıqlıq. Qıçlarında zəiflik hiss etmək.
2. Bir şeyin yerinə yetirilməsində lazımınca möhkəmlik, səbat və ardıcıllıq olmaması; iradəsizlik, qətiyyətsizlik, acizlik, bacarıqsızlıq, qabiliyyətsizlik. Rəhbərliyin zəifliyi. Bütün günah onun zəifliyindədir.
□ Zəiflik göstərmək – acizlik göstərmək, iradəsizlik göstərmək.
// Kifayətsizlik, yarıtmazlıq, qüsurluluq, nöqsanlılıq, nöqsan, qüsur. Aparılan işlərin zəifliyi. Təşkilat cəhətdən zəiflik. Eşitmə (görmə) qabiliyyətinin zəifliyi.
// Azlıq, çatışmazlıq. Əqli zəiflik. Orqanizmdə vitaminlərin azlığı zəifliyə və ya xəstəliyə səbəb olur.