ZARAFATYANA

zərfsif. Zarafat yolu ilə, ciddi olmayaraq. Zarafatyana söhbət.
– Hətta hesab müəllimi məsələləri taxtada həll edəndən sonra, zarafatyana üzünü ona çevirər, soruşardı: – Yaqub, necədir, etirazın yoxdur ki? Mir Cəlal.
Salehin görkəmi və işi Qorxmaza o qədər xoş gəlmişdi ki, bu dəqiqəcə onunla şirin söhbət etməyi qət edib zarafatyana bir şəkildə soruşdu. Ə.Vəliyev.
Daşdəmir əmi zarafatyana öskürdü və bığlarını eşməyə başladı. M.Rzaquluzadə.

Синонимы

  • ZARAFATYANA zarafatyana bax zarafatla
ZARAFATSIZ
ZARANQ

Значение слова в других словарях