ZART

Bunu ərəb mənşəli hesab edirlər. Əslində, təqlidi sözdür (zarıltı, gurultu..). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ZARINCI
ZAT
OBASTAN VİKİ
Nor Zartonk
Nor Zartonk (erm. Նոր նարթօնք, hərf. Yeni oyanış) — Türkiyə erməniləri tərəfindən yaradılmış qeyri-hökumət təşkilatı, ittifaq. 2004-cü ildə internet qrupu olaraq dünyaya gələn təşkilat 19 yanvar 2007-ci ildə Hrant Dinkin qətli ilə institutlaşmışdır. Kimlik məsələlərini sinfi baxış bucağından gözardı etməyən bir siyasət mənimsəmişdir. Təşkilat Türkiyədəki sol-sosialist strukturlarla həmrəydir. Bu təşəbbüslə əlaqədar "Nor Radio" adlı çoxdilli internet radiosu da fəaliyyət göstərir. Qrup Xalqların Demokratik Partiyasının tərkib hissələrindən biridir. Erməni soyqırımının 100 illiyi yubileylə bağlı edilən açıqlamada Türkiyədən tanınma, üzr istəmə və təzminat tələb edilmişdir. Təşkilatın "Twitter" hesabı 2015-ci ilin aprelində izahat verilmədən bağlanmışdır. "Kamp-Armen"in bağlanmasının qarşısının alınmasında fəal rol oynamışdır.