Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zeyqəm Aslanov
Aslanov Zeyqəm Məhəmməd oğlu 1973-cü ilin iyul ayının 12-də Zərdab rayonunun Gödəkqobu kəndində anadan olmuşdur. 1990-cı ildə orta məktəbi bitirmiş, 1991-ci ildə hərbi xidmətə getmişdir. Naxçıvandakı 777 saylı hərbi hissədə qulluq etmişdir. Sonra Ağdam, Goranboy, Beyləqan, Füzuli və Tərtər bölgələrində mərdliklə vuruşmuşdur. Zeyqəm Aslanov 1994-cü ilin may ayının 12-də Tərtər rayonunun Seysulan kəndində qəhrəmancasına şəhid olmuşdur. Zeyqəm düşmənin 6 tankını sıradan çıxarmış, xeyli sayda canlı qüvvələrini məhv etmişdir. Aslanov Zeyqəm Məhəmməd oğlu Azərbaycan Respublikası Prezidentinin “Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında” 9 sentyabr 1994-cü il tarixli fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı ilə, 15 yanvar 1995-ci il tarixli fərmanla “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir. Hazırda Zeyqəmin oxuduğu Gödəkqobu kənd tam orta məktəbi onun adını daşıyır.
Beyram
Bayram və ya Beyram — İranın Fars ostanının Laristan şəhristanının Bayram bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,520 nəfər və 1,469 ailədən ibarət idi.
Meyham
Meyham-i Ülya (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Meyham-i Süfla (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Perqam
Pergamon — İzmir ilinə aid Pergama ilçəsinin mərkəzində qurulu antik şəhərin adıdır. UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına salınmışdır. Pergamon keçmişdə Misya bölgəsinin önəmli mərkəzlərindən biri idi. E.ə. 282–133 illər arasında Pergamon Krallığının paytaxtı olubdu. Pergamo adı bir söyləncə görə qəhrəman olan Pergamosdan gəlir. Pergamosun Teuthrania kralını öldürdükdən sonra şəhəri ələ keçirdiyi və öz adını verdiyi deyilir. Başqa bir mənbəyə görə də Teuthrania Kralı Grynos Savasta Pergamosdan yardım istəmiş, zəfərdən sonra iki şəhər tikdirərək birinə onun şərəfinə Pergamon, digərinə isə Gryneion adını vermişdir. Yazılı mənbələrdə Pergamondan ilk dəfə E.ə. 4-cü yüzilliyin əvvəllərində qeyd edilir.
Zeynal
Zeynal — ad. Zeynal ZeynalovZeynal Zeynalov (nazir) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1956–1961). Zeynal Zeynalov (futbolçu) — Azərbaycan futbolçusu. Yarımmüdafiəçi.Zeynal bəy Bayandur — Uzun Həsənin oğlu, Ağqoyunlu şəhzadəsidir. Zeynal Şahhüseynli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Zeynal Xəlil — Azərbaycan şairi, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). II Zeynal xan Şamlı — qızılbaş sərkərdəsi, Bağdadın hakimi, Zeynal xan Şamlının nəvəsi. Zeynal Abdullayev — Azərbaycanlı şəhid Zeynal Nağdəliyev — Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Tağızadə — dilçi, alim, filologiya elmləri doktoru (1968) pofessor (1968).
Zevqma
Zevqma (yun. Ζεῦγμα) ― Türkiyənin müasir Qaziantep ilində yerləşən qədim yunan şəhəri. Adı Fırat çayını həmin yerdən keçən və zevqma adlandırılan ponton körpüsü səbəbi ilə belə qoyulmuşdur. Zevqma mozaika muzeyində yerdəki mozaika var və dünyanın ən böyük mozaika muzeylərindən biridir. == Tarix == Zevqma I Selevk Nikator tərəfindən eramızdan əvvəl 3-cü əsrin əvvəllərində Fərat üzərindəki ilk körpünün olduğu yerdə qurulmuşdur.E.ə. 64-cü ildə şəhəri Romalılar idarə edirdi. Zevqma strateji baxımdan əhəmiyyətli bir yerdə yerləşdiyindən Romalılar üçün böyük əhəmiyyət daşıyırdı. Şəhərdə 70 000-ə qədər insan yaşayırdı və şəhər Romalılar üçün hərbi və ticarət mərkəzinə çevrilmişdi. Zevqma 253-cü ildə Sasanilər tərəfindən dağıdılsa da, daha sonra yenidən bərpa edilmişdir. Zevqma Son qədim dövrdə piskoposluq idi.
Eyham
Eyham — kinayə məqsədilə işlənən ikibaşlı söz, incə işarə. Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində İsgəndərin, Cəfər Cabbarlının "Sevil"ində Gülüşün dilində dəfələrlə belə eyhamlar işlənmişdir.
Circi Zeydan
Cürci Zeydan (ərəb. جرجي زيدان‎ Jurjī Zaydān; 14 dekabr 1861[…], Beyrut – 21 iyul 1914[…], Qahirə) — ərəb yazıçısı və tarixçisi, maarifçisi və publisisti. Ərəb ədəbiyyatında tarixi roman janrının yaranıb geniş yayılması birinci növbədə onun adı ilə bağlıdır. Onun romanları hələ müəllifin sağlığında fars, türk, Azərbaycan, hind, urdu və bəzi Avropa dillərinə tərcümə olunmuşdur. Cürci Zeydanın ərəb ədəbiyyatının və elminin inkişafındakı xidmətləri, istər ərəb alimləri, istərsə də Qərbi Avropa və rus şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir. Ərəb alimlərindən Məhəmməd Hüseyn Heykəl, Abbas Mahmud əl-Aqqad, Mutran Xəlil Mutran, Əbdüləziz əl-Bəşəri, Yusif Həcm və başqaları Cürci Zeydana elmi məqalələr və məruzələr həsr etmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişlər. == Həyatı == Cürci Zeydan 14 dekabr 1861-ci ildə Beyrutda xristian ailəsində dünyaya gəlmişdir. Onun atası Həbib Zeydan xırda tacir idi. İlk təhsilini Beyrutda müxtəlif məktəblərdə almış, 6 ildə 3 məktəb dəyişmişdir. Ailəsinin ağır maddi vəziyyəti atasını Zeydanı çəkməçi yanına şagird verməyə məcbur edir.
Cürci Zeydan
Cürci Zeydan (ərəb. جرجي زيدان‎ Jurjī Zaydān; 14 dekabr 1861[…], Beyrut – 21 iyul 1914[…], Qahirə) — ərəb yazıçısı və tarixçisi, maarifçisi və publisisti. Ərəb ədəbiyyatında tarixi roman janrının yaranıb geniş yayılması birinci növbədə onun adı ilə bağlıdır. Onun romanları hələ müəllifin sağlığında fars, türk, Azərbaycan, hind, urdu və bəzi Avropa dillərinə tərcümə olunmuşdur. Cürci Zeydanın ərəb ədəbiyyatının və elminin inkişafındakı xidmətləri, istər ərəb alimləri, istərsə də Qərbi Avropa və rus şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir. Ərəb alimlərindən Məhəmməd Hüseyn Heykəl, Abbas Mahmud əl-Aqqad, Mutran Xəlil Mutran, Əbdüləziz əl-Bəşəri, Yusif Həcm və başqaları Cürci Zeydana elmi məqalələr və məruzələr həsr etmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişlər. == Həyatı == Cürci Zeydan 14 dekabr 1861-ci ildə Beyrutda xristian ailəsində dünyaya gəlmişdir. Onun atası Həbib Zeydan xırda tacir idi. İlk təhsilini Beyrutda müxtəlif məktəblərdə almış, 6 ildə 3 məktəb dəyişmişdir. Ailəsinin ağır maddi vəziyyəti atasını Zeydanı çəkməçi yanına şagird verməyə məcbur edir.
Genqam FK
«Genqam» (fr. En Avant de Guingamp, bret. War-raok Gwengamp,EA Guingamp, EAG və ya Guingamp (fransız: [ɡɛ̃ɡɑ̃])) — Fransanın Bretan bölgəsində Qenqam şəhərini təmsil edən futbol klubu.1912-ci ildə əsası qoyulmuşdur. Hal-hazırda Liqa 1-də çıxış edir.
II Heysam
Heysəm ibn Məhəmməd (IX əsr, Şamaxı – X əsr) — Şirvanşahlar dövlətinin üçüncü hökmdarı, Şirvanşah Məhəmməd ibn Heysəmin oğlu, Əli ibn Heysəmin atasıdır.Üçüncü Şirvanşah Heysəm ibn Məhəmməd ibn Heysəm "atası kimi, Cənubi Dağıstanda "kafir" qonşuları ilə vuruşmuşdur. O, bir neçə kəndi Dərbənd qazilərinə vəqf vermişdi; bütün məhsulu daşıyıb yığmaq və əl-Babın korluq çəkən sərhəd vilayətlərinin sakinləri və qazilər arasında paylamaq üçün paytaxtında anbarlar tikdirmişdi.
Məşədi Zeynal
Məşədi Zeynal Haqverdiyev (1850-ci illər, Kərkicahan, Şuşa qəzası – 1918, Bakı) — XIX–XX əsr Azərbaycan tarzəni, Azərbaycan musiqi tarixində ilk solo çalan tarzənlərdən biri. == Həyatı == Məşədi Zeynal Haqverdiyev 1850-ci illərdə (bəzi mənbələrə əsasən 1861-ci ildə) Şuşa qəzasının Kərkicahan kəndində anadan olmuşdur. Şuşa real məktəbində oxuyarkən Firudin bəy Köçərli, Yusif bəy Məlikhaqnəzərov, Azad bəy Əmirov, Kərim bəy Mehmandarov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cabbar Qaryağdıoğlu kimi tanınmış mədəniyyət xadimlərinin mühitində böyümüşdür.Məşədi Zeynal dövrünün tanınmış tarzənləri Əli Əsgərdən və Sadıqcandan dərs almış, gənc yaşlarından Şuşa məclislərində iştirak etmişdir. O, sədəfli tarı ilə uzun illər xalq məclisləri və "Şərq konsertləri"ndə Şahnaz Abbası, Əbdülbaqi Zülalovu, Çəkməçi Məhəmmədi, Məşədi Məhəmməd Fərzəliyevi, Segah İslamı, Məcid Behbudovu, sonralar isə Seyid Şuşinskini və başqalarını müşayiət etmişdir. Şuşada keçirilən ilk "Şərq konsertləri"ndə çıxış etmişdir.1911–1918-ci illərdə Bakı, Tiflis və Şuşa şəhərlərində verilən opera, dram tamaşalarında və xeyriyyə gecələrində Məşədi Zeynal tarzən kimi çıxış etmiş, teatr tamaşalarının fasilələrində xanəndələri — Segah İslamı, Seyid Şuşinskini, Məcid Behbudovu müşayiət etmişdir. 1907-ci il yanvarın 20-də Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən yoxsul müsəlmanların xeyrinə həsr edilmiş gecədə digər sənətçilərlə birlikdə iştirak etmişdir. O, Üzeyir Hacıbəyov tərəfindən opera tamaşalarına dəvət edilmiş, 1911-ci ildə "Leyli və Məcnun" operasında tar ifa etmişdir. 1915-ci ilin mart ayının 13-də Bakıda Nicat Cəmiyyəti tərəfindən keçirilən "Şərq gecəsi"ndə Məşədi "Rahab" muğamını çalmışdır.Məşədi Zeynal Azərbaycan musiqi tarixində Sadıqcandan sonra ilk solo çalan tarzənlərdən biri olmuşdur. O hələ 1897-ci ildə Şuşada "Xandəmirovun teatrı"nda təşkil edilmiş xeyriyyə gecəsində tarda "Çahargah"ı çalmışdır. Onun ifasında bu muğam xüsusilə fərqlənmişdir.
Nensi Reyqan
Nensi Reyqan (ing. Nancy Davis Reagan; 6 iyul 1921[…], Manhetten, Nyu-York ştatı – 6 mart 2016[…]) — ABŞ Prezidenti Ronald Reyqanın həyat yoldaşı. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Nensi Reyqan ilə əlaqəli mediafayllar var.
Perqam kitabxanası
Perqam kitabxanası — Türkiyənin Perqam antik şəhərində yerləşən qədim dünyanın ən vacib kitabxanalarından biri. == Perqam şəhəri == Ellinizm dövründən bir müddət əvvəl qurulmuş Perqamum və ya Perqam Anadoluda yerləşən əhəmiyyətli bir qədim yunan şəhəri idi. Bu şəhər artıq müasir Türkiyənin Berqama ilçəsinin ərazisində yerləşir. Attalidlər sülaləsinin idarə etdiyi şəhər Perqam hökmdarı II Eumenesin dövründə inzibati mərkəz olaraq məşhurlaşdı və Makedoniya ilə əlaqələrini kəsərək Roma Respublikası ilə ittifaq qurdu. II Eumenesin (197-160) hakimiyyəti dövründə Perqam 200 min nəfərdən çox əhalisi olan varlı, inkişaf edən bir şəhər idi. Mədəni olaraq yalnız İsgəndəriyyə və Antioxiya şəhərləri ilə rəqabət aparırdı. Bu zaman heykəltəraşlıq və memarlığın bir çox vacib əsərləri, o cümlədən Böyük Perqam qurbangahı istehsal edildi. II Eumenesin oğlu III Attalusun vəfatından sonra 133-cü ildə Perqam Roma Respublikasına verildi. Konstantinopolun süqutundan sonra Perqam Osmanlı imperiyasının bir hissəsi oldu. Perqam Əhdi-Cədiddə də vacib bir şəhər idi və Müqəddəs Yəhya tərəfindən Vəhy Kitabında Vəhy Yeddi Kilsəsindən biri olaraq açıq şəkildə xatırlandı.
Perqam muzeyi
Perqam muzeyi (alm. Pergamonmuseum‎) — Berlindəki Muzeylər adasındakı beş muzeydən biri. Muzey Alfred Messel tərəfindən tərtib edilmiş və Lüdviq Hoffmanın rəhbərliyi altındakı inşaat 1910-cu ildə başlamış, 20 il sonra, 1930-cu ildə tamamlanmışdı. Perqam altarı, Miletin bazar qapısı, İştar darvazası və bu tikililərə aid əsərlər, həqiqi yerlərindən toplanaraq, Perqam muzeyində yenidən birləşdirilmiş, muzeyin adını bütün dünyada məşhurlaşdırmışdı. Sərgilənən digər əsərlər bunlardır; Afina Perqam məbədinin girişi, Perqamdan Afina heykəli, Hələb otağıdır. Bundan əlavə, türk çinilərindən nümunələrdə (İznik saxsısı) vardır. Xüsusilə Berqama və Miletdən alınan əsərlər ilə yaradılan kolleksiyanın Almaniyaya qanuni olaraq gətirilib-gətirilməməsi ilə bağlı müzakirələr aparılır. Türkiyə hökuməti, bu əsərlərin çoxunun Türkiyədə yarandığı üçün, kolleksiyanın qaytarılması mövzusunda Almaniya hökumətinə müraciət etmişdir. Muzeyi ildə təxminən 850,000 nəfər ziyarət edir. 2007-ci ildə 1.135,000 insan tərəfindən ziyarət edildi və Almaniyanın ən çox ziyarət edilən sənət muzeyi oldu.
Qenqam FK
«Genqam» (fr. En Avant de Guingamp, bret. War-raok Gwengamp,EA Guingamp, EAG və ya Guingamp (fransız: [ɡɛ̃ɡɑ̃])) — Fransanın Bretan bölgəsində Qenqam şəhərini təmsil edən futbol klubu.1912-ci ildə əsası qoyulmuşdur. Hal-hazırda Liqa 1-də çıxış edir.
Reyqan doktrinası
Reyqan doktrinası (ing. Reagan Doctrine) — Amerika Birləşmiş Ştatları prezidenti Ronald Reyqanın Soyuq müharibənin son illərində Sovet İttifaqı və kommunistlərin dünya üzərindəki təsirini yox etməyi qarşısına məqsəd qoyan xarici siyasət strategiyasıdır. Bu doktrina 10 ildən az bir müddət istifadə olunsa da 1980-ci illərdən SSRİ-nin dağıldığı 1991-ci ilə qədər ABŞ xarici siyasətinin mərkəzində olmuşdur. Reyqan doktrinası çərçivəsində ABŞ SSRİ-nin dəstəklədiyi Afrika, Asiya və Latın Amerikasındakı sosialist ölkələrdəki anti-kommunizm meyilli hərəkatlara açıq və ya gizli dəstək vermişdir. Doktrinanın əsas məqsədi Sovet İttifaqının təsirinin güclü olduğu ölkələrdə bu təsiri azaltmaqdan ibarət olmuşdur. Bu çərçivədə Əfqanıstanda mücahidlər, Anqolada Jonaş Savimbinin rəhbərlik etdiyi UNİTA və Nikaraquada Kontras kimi hərəkatlar ABŞ hökuməti tərəfindən dəstəklənmişdir.Doktrina Corc Buşun hakimiyyəti dövründə də davam etmiş, lakin Soyuq müharibənin sonlarına doğru təsiri azalmışdır. Doktrinanın sona çatmasına SSRİ-nin dağılması və prezident Buşun iqtisadi məsələlərlə bağlı olaraq hərbi xərcləri azaltması qərarı səbəb olmuşdur. == Həmçinin bax == SSRİ-nin dağılması Ronald Reyqan İran-Kontras qalmaqalı Monro doktrinası == İstinadlar == == Xarici keçidlər == The Reagan Doctrine: Sources of American Conduct in the Cold War's Last Chapter, by Mark P. Lagon, Praeger Publishers, 1994. "A U.S. Strategy to Foster Human Rights in Ethiopia" Arxivləşdirilib 2006-08-23 at the Wayback Machine, by Michael Johns, Heritage Foundation Backgrounder # 692, February 23, 1989. "The Contras, Cocaine, and Covert Operations", by Gary Webb, National Security Archive, George Washington University, August 1996.
Ronald Reyqan
Ronald Vilson Reyqan (ing. Ronald Wilson Reagan; 6 fevral 1911[…] – 5 iyun 2004[…]) — Amerika Birləşmiş Ştatlarının 40-cı prezidenti (1981–1989). Ronald Reyqan idman şərhçisi, kinoaktyor, Kaliforniya ştatının qubernatoru olduqdan sonra Amerika Birləşmiş Ştatlarının prezidenti seçilmişdir. Kino karyerası ərzində 54 filmdə çəkilmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Siyasi karyerası == 1980-ci ilin noyabrında keçirilən prezident seçkiləri demokratlar partiyasına uğur gətirmədi. Təşəbbüs respublikaçıların əlinə keçdi. Ölkədə sağa doğru dönüş baş verdi. Sağ respublikaçılar dairəsinə mənsub olan, məşhur aktyor, gözəl natiq, hələ 1964-cü ildə Qolduoteri müdafiə etdiyi zaman çıxışları ilə yadda qalan, ABŞ tarixində ən populyar prezident kimi tanınan Ronald Reyqan bu vəzifəyə seçildi. Reyqanın fəaliyyətində özünə məxsus cəhətlərdən biri onun bütün məsələlərə dövrə uyğun şəkildə yanaşmağı bacarması idi.
Zevqma (şəhər)
Zevqma (yun. Ζεῦγμα) ― Türkiyənin müasir Qaziantep ilində yerləşən qədim yunan şəhəri. Adı Fırat çayını həmin yerdən keçən və zevqma adlandırılan ponton körpüsü səbəbi ilə belə qoyulmuşdur. Zevqma mozaika muzeyində yerdəki mozaika var və dünyanın ən böyük mozaika muzeylərindən biridir. == Tarix == Zevqma I Selevk Nikator tərəfindən eramızdan əvvəl 3-cü əsrin əvvəllərində Fərat üzərindəki ilk körpünün olduğu yerdə qurulmuşdur.E.ə. 64-cü ildə şəhəri Romalılar idarə edirdi. Zevqma strateji baxımdan əhəmiyyətli bir yerdə yerləşdiyindən Romalılar üçün böyük əhəmiyyət daşıyırdı. Şəhərdə 70 000-ə qədər insan yaşayırdı və şəhər Romalılar üçün hərbi və ticarət mərkəzinə çevrilmişdi. Zevqma 253-cü ildə Sasanilər tərəfindən dağıdılsa da, daha sonra yenidən bərpa edilmişdir. Zevqma Son qədim dövrdə piskoposluq idi.
Zeydan (Piranşəhr)
Zeydan (fars. زيدان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (5 ailə).
Zeynal (Bicar)
Zeynal (fars. زينل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 915 nəfər yaşayır (172 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Zeynal Abdullayev
Zeynal Səlim oğlu Abdullayev (7 mart 1969, Qoşabulaq, Basarkeçər rayonu – 1994, Alxanlı, Füzuli rayonu) — Azərbaycanlı şəhid == Həyatı == Zeynal Abdullayev 7 mart 1969-cu ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. Kalvalılar nəslindəndir. Xəstə Bayraməlinin bacısının oğul nəvəsidir. 1987-ci ildə Çita vilayətinin Krasnovodski şəhərində hərbi xidmətdə olub. 1988-ci ildən Xanlar rayonunun Göyçəkənd kəndində məskunlaşıb. Füzulidə yaxşı döyüşçü kimi tanınıb və bölmə komandiri olub. 1994-cü ildə Füzulinin Alxanlı kəndində minaya düşərək şəhid olub. Xanlar rayon şəhidlər xiyabanında dəfn olunub.
Zeynal Ağaəli
Zeynalağalı, Aleksandrovka, Çkalovka (erm. Չկալովկա, rus. Чкаловка) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, sonralar Sevan rayonunda kənd. == Tarixi == Toponim Zeynalağa şəxs adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib "Zeynalağaya mənsub yer, kənd" deməkdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir. 1850-ci illərdə kəndin adı dəyişdirilib Aleksandrovka qoyulmuşdur. Sonra Erm. SSR AS RH-nin 26.04.1946-cı il fərmanı ilə kəndin adı ikinci dəfə dəyişdirilərək Çkalovka adlandırılmışdır. == Əhalisi == Kənddə 1831-ci ildə 45 nəfər, 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır.
Zeynal Cabbarzadə
Cabbarov Zeynal Əliabbas oğlu (31 dekabr 1920, Bakı – 20 yanvar 1977, Bakı) — Azərbaycan şairi, publisist, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1970). == Həyatı == Zeynal Cabbarzadə 1920-ci il dekabrın 31-də Bakının Bilgəh kəndində dənizçi ailəsində doğulmuşdur. Şairin atası Əliabbas kişi ömrünün sonunadək bu kənddə yaşamışdır. Orta məktəbi bitirdikdən sonra fəhlə fakültəsində təhsil almışdır (1934–1937). APİ-nin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1937–1941). Eyni zamanda "Balıq cəbhəsi" qəzeti redaksiyasında işləmiş (1938–1939), "Krasnı kurinets" ("Qırmızı kürçaylı") qəzeti redaksiyasına dəyişilmişdir (1939–1940). 1940-cı ilin yanvar-iyun aylarında Şamaxı rayonunun Mədrəsə kənd orta məktəbində dil və ədəbiyyat müəllimi olmuşdur. İkinci Dünya müharibəsi başlanan il avqustun 1-də səfərbərliyə alınmış, 1941–1942-ci illərdə piyada məktəbində kursant olmuş, Kiçik leytenant rütbəsi ilə 416-cı atıcı piyada diviziyasında hərbi xidmətini davam etdirmişdir. Naursk rayonunda hərbi əməliyyatda ağır zədələndiyindən eşitmə və görmə qabiliyyətini itirmişdir. 1943-cü ildə hərbi xəstəxanadan Baş leytenant rütbəsində tərxis olunmuşdur.
Zeynal Həsənalıyev
Zeynal Mədət oğlu Həsənalıyev (20 yanvar 1953, Ələyəz, Mikoyan rayonu) — Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı, tarix elmləri doktoru, Beynəlxalq münasibətlər kafedrasının professoru. == Həyatı == Zeynal Həsənalıyev 1953-cü il yanvarında Dərələyəz mahalının Ələyəz kəndində anadan olub. Orta məktəbi Dərələyəz mahalının Qovşuq kəndində bitirmişdir. 1976-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olur. Daha sonra həmin ixtisas üzrə universitetin aspiranturasına daxil olur. O, Səfəvi dövlətinin tarixi, inkişafı diqqətini cəlb edir, çətin bir tədqiqat yoluna qədəm qoyur. Beləliklə, 1991-ci ildə "Səfəvi dövlətinin ictimai-siyasi vəziyyəti (Alman səyyahı Adam Oleyarinin məlumatları əsasında)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 2005-ci ildə isə "Səfəvi dövləti XXVII əsrdə (Avropa səyyahlarının məlumatları əsasında)" doktorluq işini müdafiə edir. 1982-ci ildə BDU-nun Tarix fakültəsinin Qədim Dünya və Orta Əsrlər Tarixi kafedrasında baş laborant vəzifəsinə təyin olunur. Doğma universitetdə laborant vəzifəsindən müəllim, baş müəllim, dosent, professor vəzifələrinə öz zəhməti, öz qabiliyyəti ilə gəlib çıxan bu adam 2006-cı ildən 2022-ci ilədək Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə tarix elmləri doktoru, professor Zeynal Həsənalıyev rəhbərlik etmişdir.
Seygah
Segah — Azərbaycan musiqisində yeddi əsas ladlardan (məqamlardan) və yeddi əsas muğam dəstgahlarından biri.Mənası "Segah" sözü iki kökdən əmələ gəlib: farsca"se"(üç)+"gah"(mövqe,məkan,vəziyyət). Bu da Segahın üç əsas böyük hissədən (“Zabol”,“Segah” və “Hissar-müxalif”) ibarət olmasıyla əlaqədardır == Segah muğam dəstgahı kimi == Yaxın və Orta Şərq xalqları musiqisində çox işlənən 24 muğam şöbəsindən biri. Bir dəstgah olaraq segah Azərbaycanda daha geniş yayılmış muğamlardan biridir. === Segah muğamı Azərbaycan musiqisində === Yaxın və Orta Şərq ölkələri musiqisində segah yalnız tək bir növdən ibarət olduğu halda, Azərbaycan musiqisində segahın bir neçə növü var: “Orta Segah”, “Xaric Segah”, “Mirzə Hüseyn Segahı”, “Zabul Segah”, “Haşım Segahı”. Qədim qrammofon vallarında xanəndə İslam Abdullayevin oxuduğu “Yetim Segahı” variantına da rast gəlinir. Ümumiyyətlə, İ.Abdullayev bu muğamın ən mahir ifaçısı olduğuna görə xalq tərəfindən “Segah İslam” adlandırılmışdır. Onun repertuarında “Segah”ın bütün variantları səslənmişdir. “Segah” ailəsinə aid bütün muğamlar bir-birindən tonallıq (kök) etibarilə fərqlənir və “Segah” muğamı inkişaf edərək özünəməxsus tonallıq sistemi yaratmışdır: Kiçik oktavadakı "si" mayəli (Xaric Segah) Birinci oktavadakı "mi" mayəli (Orta Segah) və kiçik oktavadakı "mi" mayəli (Zabul Segah) Birinci oktavadakı "lya" mayəli (Mirzə Hüseyn Segahı) Birinci oktavadakı "re" mayəli (Yalxın Segahı) Birinci oktavadakı "sol" mayəli (Haşım Segah)Segahın variantları özünəxas xarakteri, səslənməsi, yozumu, istinad pillələrinin dəyişilməsi ilə fərqlənsiyinə görə onların dinləyiciyə bağışladığı təsir müxtəlif olur."Azərbaycan xalq musiqisinin əsaları" monoqrfiyasında Üzeyir Hacıbəyov Segah muğamının estetik – psixoloji əhəmiyyətindən söz açarkən onun dinləyiciyə başlıca olaraq məhəbbət – sevgi bəxş etdiyini yazır. ==== Əsas Segah növləri ==== Zabul segah - mayeyi-zabul, muyə, manənd müxalif, segah (orta segah), məxluq, şikəsteyi-fars, mürəbbiqə, əraq, yədi-hasar, aşıq-guş şöbələrini qavrayan dəstgah.Orta segah – Zabul segahı dəstgahında əsil segah muğamının özü. Bir qayda olaraq manənd-müxalif şöbəsindən sonra ifa olunur.
Zərgan
Zərgan və ya Zərqan - İranın Fars ostanının Şiraz şəhristanının Zərgan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,861 nəfər və 5,127 ailədən ibarət idi.
Zərgar
Zərgər, Zərgar, Zərkar — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1820-ci ildə İrandan Qarabağa köçüb gəlmiş ellərdən biri də Zərgər adlanırdı. Bu el Şahsevənlərin Sarıxanbəyli qoluna mənsub idi. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Zərgər oyk. Füzuli r-nunun Dövlətyarlı i.ə.v.-də kənd. Köndələnçayın sahilində, dağətəyi düzənlikdədir. XIX əsrin 70-ci illarinə aid məlumata görə, kənd şahsevənlərin sərxanbayli tayfasının zərcərli tirəsinə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Keçən əsrin 30-cu illərində Xızı r-nunda da Zərgərli adlı kənd qeydə alınmışdır.
Zərqan
Zərgan və ya Zərqan - İranın Fars ostanının Şiraz şəhristanının Zərgan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,861 nəfər və 5,127 ailədən ibarət idi.
Pəyam
Yam və ya Pəyam (fars. پيام‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,389 nəfər yaşayır (336 ailə).
Zəyəm
Zəyəm (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda kənd. Zəyəm (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Zəyəm (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda qəsəbə.
Bəyram (Soyuqbulaq)
Bəyram (fars. بيرم‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 292 nəfər yaşayır (41 ailə).