Zibeydə xanım
Zibeydə Xanım (türk. Zübeyde Hanım; 1857, Saloniki, Saloniki əyaləti[d], Osmanlı imperiyası – 14 yanvar 1923) — Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anasıdır. Əslən Karamanlıdır.
== Ailə mənşəyi ==
Osmanlı İmperiyası dövründə, II Mehmed zamanında Anadoludan (İzmir) Rumeliyə köçən və Saloniki yaxınlarındakı Langazada torpaq işləri ilə məşğul olan bir Türkmən ailəsi olan Hacı Sufi ailəsindəndir. Atası: Sofuzade Feyzullah (Sadullah) Ağa, anası : Molla Xanım olaraq xatırlanan Aişə Xanımdır. Dövründə qadınların məktəbə getməsi məşhur olmadığı üçün, oxucu yazar olması səbəbiylə özü də Zibeydə Molla olaraq xatırlanardı.
Hacı Sufi kimi dininə bağlı bir ailədən gəldiyi üçün özü də elə idi. Türk tarix kitablarında tez-tez keçən, təhsil sisteminin qarışıq olduğu bir dövrdə, Mustafa Kamalın nə növ bir məktəbə gedəcəyi mövzusundakı mübahisə/müzakirələrdə Zibeydə Xanımın, dini təhsil verən Məhəllə Məktəbinə getməsində israrçı olması bu yüzdəndir.
Salonikidə Gömrük Mühafizə Təşkilatında məmur Əli Rza Əfəndi ilə 1871-ci ildə hələ 14 yaşında ikən evləndi. Əli Rza Bəy, sarışın və mavi gözlü bir qadınla evlənməyi xülyalarkən, özündən 20 yaş kiçik olan, qara saçlı və dərin mavi gözlü bu qadına sevdalandığını ifadə etmişdir.