ZİYALI


1. is. Elm, texnika, mədəniyyət sahəsində təhsilə və xüsusi biliyə malik olan və əqli əməklə məşğul olan adam.
Hər kəndin özünə görə ziyalıları var… Ə.Sadıq.
Heç zaman ziyalı sayıla bilməz; Özgənin dərdini yaşamayan kəs. B.Vahabzadə.

// Ümumiyyətlə, oxumuş, mədəni, savadlı adam.
// Sif. mənasında. Ziyalı təbəqələr. Ziyalı qadınlar.
[Rəcəb:] Naçalnik müavini dedi ki, axı siz ziyalı cavanlarsınız. Qantəmir.

2. sif. Açıq, aydın, nurlu, işıqlı.
Mənim bağım, baharım! Fikri ziyalı, oğlum. M.Ə.Sabir.

Синонимы

  • ZİYALI savadlı — mədəni
  • ZİYALI açıq — aydın — nurlu — işıqlı
  • ZİYALI 1. ZİYALI (elm, texnika, mədəniyyət sahəsində təhsilə, xüsusi biliyə malik olan adam) Gördü fikir verən yox əsla onun sözünə; Dedi: “Bunlar xalq deyil
ZİYALANMAQ
ZİYALILAŞMA
OBASTAN VİKİ
Ziyalı
Ziyalı və yaxud intelligensiya (lat. intelligentia - dərketmə, anlama, bilik) — cəmiyyətin əqli əməklə məşğul olan sosial təbəqəsinə deyilir. Ziyalı ilk dəfə olaraq 1844-cü ildə polşalı K.Libert tərəfindən, 1846-cı ildə V.Bielinski, Almaniyada Karl Kautski, Karl Marks, Huqo Ball və Adolf Hitler tərəfindən bütün savadlı təbəqənin vəhdəti kimi işlədilmişdir. Bu anlayış XIX əsrin ortalarından Rusiyada geniş işlədilmiş və sonralar SSRİ-də ciddi diqqətdə saxlanılmışdır. O Qərbdə işlədilən intellektual anlayışı ilə çox yaxındır. Rus publisisti Pyotr Boborıkin XIX əsrin 60-cı illərində bu anlayışdan mətbuatda tez-tez istifadə edir. Ziyalılar onun zənnicə cəmiyyətin "ağıllı, düşüncəli, bilikli və profosional səviyyədə kreativ çalışan və mədəniyyətin inkişafı və yayılması üçün səy göstərən" şəxslərin daxili olduğu sosial təbəqəyə deyilirdi. Nikolay Berdyayev sonralar bu anlayışı genişləndirərərk, ictimai həyatda aktiv iştirak edən, cəmiyyətin təhsili olmayan təbəqəsini də buraya daxil edir. Ziyalı - ziyalılar təbəqəsinin nümayəndəsidir. Ziyalı məfhumu bütün dövrlərdə həm əqli əməklə çalışanlara, həm də ali təhsilli şəxslərə aid edilir.
Ziyalı Məclisi
Ziyalı Məclisi — mədəni-maarif cəmiyyəti. == Tarixi == 1882-ci ildə Naxçıvan şəhərində yazıçı-publisist Eynəli Sultanov tərəfindən yaradılmışdır. XIX əsrin 90-ci illərinədək fəaliyyət göstərən məclis Naxçıvanda maarifçilik hərəkatının əsas ideya-əməl mərkəzi idi. === Əsas məqsəd === Əsas məqsədi Naxçıvanın gənc ziyalı qüvvələrini məktəb,maarif və mədəniyyətin inkişafına cəlb etmək idi. Məclis üzvləri mövhumat və cəhalət əleyhinə açıq mübarizə aparırdılar. Ziyalı Məclisində bədii əsərlərin,teatr tamaşalarının müzakirəsi də keçirilirdi. Məclisin üzvləri Naxçıvan teatrının yaradıcıları hesab olunurlar. === Üzvləri === Cəlil Məmmədquluzadə, Əsəd ağa Kəngərli, Paşa ağa Sultanov, Əliməmməd, Məhəmmədqulu bəy Kəngərli, Məhəmmədhüseyn və Sadiq Xəlilovlar,Əbülqasım Sultanov və başqaları məclisin üzvləri idilər. == Xarici keçidlər == Yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovun 150 illik yubileyi qeyd olunub == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı.
Azərbaycan Ziyalılar Forumu
Azərbaycan Ziyalılar Forumu — Azərbaycanda ictimai təşkilat. == Tarixi == Azərbaycan Ziyalılar Forumu 2009-cu ildə yaradılmışdır. Forumun əsas yaradıcıları yazıçı Rüstəm İbrahimbəyov, şair Ramiz Rövşən, alimlər Cəmil Həsənli, Rafiq Əliyev, politoloq Eldar Namazovdur. == Məqsədi == Azərbaycan Ziyalılar Forumunun əsas məqsədi Azərbaycanda ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaq, ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində Azərbaycanın vətəndaş cəmiyyətinin rolunu artırmaqdır. == Məşvərət Məclisi == Məşvərət Məclisi forumun fəaliyyətini planlaşdıran və onun qərarlarını həyata keçirən işçi orqandır. Bu orqan 27 iyun 2012-ci ildə yaradılmışdır. === Məşvərət Məclisinin tərkibi === Rüstəm İbrahimbəyov Ramiz Rövşən Cəmil Həsənli Rafiq Əliyev Eldar Namazov Gültəkin Hacıbəyli Çingiz Hüseynov Cavanşir Quliyev Musa Yaqub Eldəniz Quliyev Elçin Şıxlı Arif Əliyev Mehman Əliyev Qulu Məhərrəmli Ramiz Abutalıbov Arzu Abdullayeva Zəfər Quliyev Erkin Qədirli == Mənbə == YAP-çı deputat: "Özünü Ziyalılar Forumu adlandıran qurumda ziyalı yoxdur". mediaforum.az 28.12.2011 Arxivləşdirilib 2012-02-03 at the Wayback Machine (az.) == İstinadlar == == Xarici keçidlər == Cəmil Həsənli Ziyalılar Forumu barədə.
Müsəlman Zəhmətkeş Ziyalılar İttifaqı
Müsəlman Zəhmətkeş Ziyalılar İttifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət təşkilatı. == Yaradılması == 1919-cu il fevralın 15-də gənc Azərbaycan dövlətini möhkəmləndirmək üçün hökumətə yardım etməkdən ötrü ziyalıları birləşdirmək məqsədilə yaradılmışdı. Mehdi bəy Hacıbababəyovım sədrliyi ilə keçirilən təsis iclasında ittifaqın nizamnaməsi qəbul edilmiş, 12 üzvdən və 6 namizəddən ibarət şura seçilmişdi. 1919-cu il fevralın 17-də şura ittifaqın gələcək fəaliyyətinə həsr olunmuş ilk iclasını keçirdi. İclasda doktor Əli Seyidovun sədrliyi ilə şuranın rəyasət heyəti seçildi və texniki, maliyyə-iqtisadi, tibbi-sanitar, təsərrüfat, mətbuat komissiyaları yaradıldı. == Fəaliyyəti == Ziyalılar ittifaqı dövrün bütün demokratik təşkilatları ilə əl-ələ verərək Azərbaycanın müstəqilliyinə təhlükə törədən xarici və daxili qüvvələrə qarşı mübarizədə hökuməti qızğın müdafiə edirdi. İttifaqın iclaslarında ölkə həyatının mühüm məsələləri müzakirə olunurdu. Müzakirələrdə müxtəlif partiyaların təmsilçiləri, həmçinin Türkiyə, İran, Krım və Türküstandan gələn nümayəndələr də çıxış edirdilər.
Ziyalılar
Ziyalı və yaxud intelligensiya (lat. intelligentia - dərketmə, anlama, bilik) — cəmiyyətin əqli əməklə məşğul olan sosial təbəqəsinə deyilir. Ziyalı ilk dəfə olaraq 1844-cü ildə polşalı K.Libert tərəfindən, 1846-cı ildə V.Bielinski, Almaniyada Karl Kautski, Karl Marks, Huqo Ball və Adolf Hitler tərəfindən bütün savadlı təbəqənin vəhdəti kimi işlədilmişdir. Bu anlayış XIX əsrin ortalarından Rusiyada geniş işlədilmiş və sonralar SSRİ-də ciddi diqqətdə saxlanılmışdır. O Qərbdə işlədilən intellektual anlayışı ilə çox yaxındır. Rus publisisti Pyotr Boborıkin XIX əsrin 60-cı illərində bu anlayışdan mətbuatda tez-tez istifadə edir. Ziyalılar onun zənnicə cəmiyyətin "ağıllı, düşüncəli, bilikli və profosional səviyyədə kreativ çalışan və mədəniyyətin inkişafı və yayılması üçün səy göstərən" şəxslərin daxili olduğu sosial təbəqəyə deyilirdi. Nikolay Berdyayev sonralar bu anlayışı genişləndirərərk, ictimai həyatda aktiv iştirak edən, cəmiyyətin təhsili olmayan təbəqəsini də buraya daxil edir. Ziyalı - ziyalılar təbəqəsinin nümayəndəsidir. Ziyalı məfhumu bütün dövrlərdə həm əqli əməklə çalışanlara, həm də ali təhsilli şəxslərə aid edilir.

Значение слова в других словарях