ZİYANLIQ

is. Zərər, itki, tələfat, xəsarət, zərər.
Zəf eylədi aciz məni, qaldım əməlimdən; Çəkdim nə ziyanlıq. M.Ə.Sabir.
[Qurbanəli:] …O ki qaldı qoyuna, keçiyə, onlardan da bir balaca ziyanlıq olub. N.Vəzirov.
[Həsən:] Özüm də gəlib yatağın ziyanlığını yoluxacağam.
Ziyanlığın hamısını [Həzrətqulunun] gözündən soyacağam. Ə.Haqverdiyev.

Синонимы

  • ZİYANLIQ zərər — itki — tələfat — xəsarət

Антонимы

  • ZİYANLIQ ZİYANLIQ – XEYİRLİLİK Zəf eylədi aciz məni, qaldım əməlindən; Çəkdim nə ziyanlıq (M.Ə.Sabir); Xeyirliliyin yolunu göstərdim
ZİYANLI
ZİYANLILIQ
OBASTAN VİKİ
Ziyanlıq
Ziyanlıq - Azərbaycanda insanlar arasında tarixən formalaşmış qarşılıqlı yardım formalarından biridir. Azərbaycan xalqının məhəlli xarakter daşıyan qarşılıqlı yardım formaları sırasında "ziyanlıq" adətinin xüsusi yeri vardır. "Ziyanlıq" qarşılıqlı yardım forması Şirvan bölgəsinin kənd icmalarında əsasən əkinçiliklə məşğul olan əhali arasında meydana gəlmiş və yayılmışdı. Çünki əkinçiliklə məşğul olan əhali arasında çoxlu mal-qarası olan adam az tapılardı. Yalnız kənd icmalarının yuxarı təbəqəsini təşkil edən ailələrin ixtiyarında çoxlu miqdarda qaramal və qoyun sürüsü olardı. Kənd icmalarının əksəriyyətini təşkil edən yoxsul və ortabab kəndli ailələrinin ixtiyarında isə yalnız ailənin daxili tələbatını ödəmək üçün lazım olan miqdarda inək və ya camış olurdu. Bəziləri 10-15 baş qoyun saxlayırdı. Yoxsul kəndlilərin əksəriyyətinin öküz və kəl kimi qoşqu heyvanı olmurdu. Odur ki, öz əkin sahələrini şumlamaq üçün 5-6 ailə öz qoşqu heyvanları ilə birlikdə bir kotan ətrafında birləşib şəriklik təşkil edirdilər. Əhalinin bu təbəqəsi üçün bir baş mal-qaranı itirmək böyük itki hesab olunurdu və onun təsərrüfatına böyük zərər vura bilərdi.

Значение слова в других словарях