ZORLU

sif.
1. Güclü, qüvvətli. Yaman zorlu adamdır.
– Qüvvətli olsan da, yoxsulu döymə; Demə ki, zorluyam, qolum yaxşıdır. Xəstə Qasım.
Həmin fələkzadə Məşədi Əsgər qırx yaşında, qısaboylu, amma çox zorlu bir kişi idi. S.M.Qənizadə.
Tez çatsın əlimiz bərkə düşərsək; Zorlu qoşun ilə biz görüşərsək. H.K.Sanılı.

2. məc. Sözü keçən, nüfuzlu, hökmü olan.
[Pərzad] Əh, o boş sözdür, əmim dövlətli, zorlu kişidir. M.F.Axundzadə.

// İs. mənasında.
[Ceyniz:] Saray istibdadı, zorluların əmlak iştahası xalqı zara gətirmişdir. Çəmənzəminli.

Синонимы

  • ZORLU güclü — qüvvətli
  • ZORLU nüfuzlu — hökmlü

Антонимы

  • ZORLU ZORLU – ZƏİF Qüvvətli olsan da, yoxsulu döymə; Demə ki, zorluyam, qolum yaxşıdır (Xəstə Qasım); – Bəzi kəndlərdə yoxsullar qrupu zəif idi (Mir Cəlal)
ZORLATMAQ
ZORLUQ
OBASTAN VİKİ
Fatin Rüştü Zorlu
Fatin Rüştü Zorlu (20 aprel 1910, Konstantinopol – 16 sentyabr 1961, İmralı, Bursa vilayəti) , Türk siyasətçisi və diplomatı. 27 may hadisələrindən sonra Yassıda məhkəmləri keçilirən zaman dönəmin baş naziri Adnan Menderes, maliyyə naziri Həsən Polatkan ilə birgə edam edildi. == Həyatı == Fatin Rüştü Zorlunun babası Rus İbrahim Paşa Osmanlı dövlətinə sığınaraq Əsənkaya- köhnə adıyla Zor kəndinə gəlir və burada kəndin bəylərindən olan Əli Paşanın qızıyla evlənir. Zorlu soyadının mənşəyi də bu kəndin adına söykənir. O, 20 aprel 1910-cu ildə İstanbulda anadan olmuşdur. 1936-cı ildə o illər xarici işlər naziri olan Tövfiq Rüştü Arasın qızı Əməl xanımla ailə həyatı qurur. 1936-cı ildə Sevin adındı bir qızı dünyaya gəlir. == Təhsili və əmək fəaliyyəti == Orta məktəbi Qalatasaray liseyində oxuduqdan sonra Paris Universitetinin siyasi elmlər fakültəsinə daxil olur. Bundan başqa Cenevrə Universitetində hüquq təhsili alır. Təshilini tamamladıqdan sonra Türkiyəyə qayıdaraq 1932-ci ildə Siyasi işlər idarəsində təcrübəçi kimi işə başlayır.

Значение слова в других словарях

встро́ить обведе́ние обмоло́ться отщепи́ться расчётистый апоплексия геншта́б завя́лить подсека́ние сорва́ть банк ува́ривать Липецкая люк amir bowel consignificant every hovertrailer monolatry non-metal puppyish suet welding засолить слагаться