ZƏİFLƏMƏK

f.
1. Gücdən düşmək, qüvvətdən düşmək, əldən düşmək, halsızlaşmaq. Xəstə gündən-günə zəifləyir.
– Ustanın azarı günü-gündən şiddətlənirdi; bədəni zəifləyib gücdən düşürdü. Çəmənzəminli.

2. Gücü, təsiri, təsir qüvvəsi, şiddəti, gərginliyi və s. azalmaq. Şaxta zəifləmişdir. İşıq getdikcə zəifləyir. Külək gah zəifləyir, gah güclənir.
– Samovarın qaynaması zəifləyib, əvvəlki gurultu sakit olmuş, ocağın alovu sönmüşdü. H.Nəzərli.
…Əmiraslan baba Solmazın zəifləyən əlini ovcuna aldı. S.Rəhimov.

Синонимы

  • ZƏİFLƏMƏK 1. ZƏİFLƏMƏK, ƏLDƏN DÜŞMƏK, GÜCDƏN DÜŞMƏK, HALSIZLAŞMAQ, QÜVVƏDƏN DÜŞMƏK, TAQƏTDƏN DÜŞMƏK 2. zəifləmək bax arıqlamaq
  • ZƏİFLƏMƏK halsızlaşmaq — üzgünləşmək
  • ZƏİFLƏMƏK azalmaq

Антонимы

  • ZƏİFLƏMƏK ZƏİFLƏMƏK – GÜCLƏNMƏK Mal azalmış, alver zəifləmişdi (Ə.Vəliyev); Sonanın hıçqırığı gücləndi (Ə.Cəfərzadə)
ZƏİFLƏMƏ
ZƏİFLƏNDİRİLMƏ

Значение слова в других словарях

вепс моногра́мма прили́в радиоэстези́я свеклово́дство четвёрка апперцепти́вный беззако́ние вызрева́ние пе́рмский период платони́зм привари́ть Alençon chelation therapy Dewsbury dress figuratively stilly ununited вкусно внучатый кабина рекомендоваться хронологический шестигранный