1. Varlanmaq, varlı olmaq, malı, dövləti daha da artmaq.
2. məc. Biliyi, məlumatı artmaq; əqlən, mənən daha da inkişaf etmək; kamilləşmək.
Şiraslan öz-özünə cavab verdi: “Bəli, insan təbiəti dərk etməklə, onu dəyişdirməklə özü də zənginləşir”.
İnsan mənəvi cəhətcə yalnız o zaman həqiqi mənada zənginləşə bilər ki, onun həyat idealı bütün başqa hissləri üzərində hakim olsun.