ZƏNGLİ

sif. Zəngi olan. Gəminin zəngli saatı gecə saat 2-ni vururdu.
ZƏNGİNLİK
ZƏNGŞƏKİLLİ
OBASTAN VİKİ
Zəngli saat
Zəngli saat — müəyyən edilmiş zamanda səs və ya işıq effekti ilə vaxtı bildirən mexaniki saat. Zəngli saat həmçinin taymer rolunu da oynaya bilər. Mexaniki Zəngli saatı 1787-ci ildə amerikalı Levi Xatçins ixtira edib.
Maykl Qreyvs dizaynlı zəngli və fitli, paslanmayan polad çaydan
Maykl Qreyvs dizaynlı zəngli və fitli, paslanmayan polad çaydan və ya tanınan adı ilə Hitler çaydanı – 2013-cü ildə ABŞ-də "JCPenney" mağazalar şəbəkəsi tərəfindən satılmış polad çaydan. Nasist Almaniyasının diktatoru Adolf Hitlerə oxşadılması səbəbilə sosial mediada diqqət cəlb etmişdir. == Tarixi == Çaydan ABŞ memarı və dizayneri Maykl Qreyvs tərəfindən "JCPenney" üçün dizayn edilmiş məhsullar kolleksiyasının bir hissəsi idi. Kaliforniya ştatının Kalver-Siti şəhərinin 405-ci ştatlararası avtomagistralında quraşdırılmış reklam lövhəsinin fotolarının 2013-cü ilin mayında sosial şəbəkələrdə paylaşılmasından sonra çaydan internet, xüsusilə də, Reddit istifadəçi tərəfindən Nasist Almaniyasının diktatoru Adolf Hitlerə bənzədilmişdir. Çaydanın qara rəngdə olan qulpu və qapağı Hitlerin saç stili və bığı ilə, lüləyi isə nasist salamı verən sağ qolu ilə müqayisə olunmuşdur. "KPCC" dinləyiciləri arasında keçirilmiş sorğuda iştirakçıların 31%-i çaydanın diktatoru xatırlatdığını, 25%-i xatırlatmadığını bildirmişdir. == Cavab == Medianın diqqətindən sonra "JCPenney" məhsula marağın səbəb olduğu reklam lövhəsini yığışdırmış və çaydanın Hitlerlə bənzərliyinin təsadüfi olduğunu açıqlamışdır: "Əgər biz bir kəsə oxşayan çaydan dizayn etsəydik, biz bunu qar adamı ilə edərdik". Hitler çaydanı pareydoliyaya bir nümunə kimi göstərilir. "Haaretz" üçün yazan Qavriel Rozenfeld Hitler çaydanının populyarlığının "hitlerləşdirmə"nin və Hitler memləri fenomeninin bir parçası olduğunu bildirmişdir. Populyarlığı səbəbilə "JCPenney" mağazalarındakı bütün Hitler çaydanları satılmış, daha sonra eBay-da 199 ABŞ dolları qiymətində (orijinal qiyməti 40 ABŞ dolları) satışa çıxarılmışdır.

Значение слова в других словарях