Zərbxana

pul kəsilməsi, zərb edilməsi ilə məşğul olan dövlət müəssisəsi.
Zəmanətli Səhm
Zərər
OBASTAN VİKİ
Zərbxana
Zərbxana-valyuta üçün sikkələr istehsal və zərb edən sənaye obyektdir.
Avstriya zərbxanası
Avstriya zərbxanası (alm. Münze Österreich‎) — yalnız sikkələr deyil, həm də xatirə medalları istehsal edən Avstriya müəssisəsi. 2002-ci ilə qədər zərbxananın əsas məhsulları Avstriya şillinqi sikkələri idi. 2002-ci ildən bəri hər növ Avstriya avro sikkələrini istehsal edir. Zərbxananın mövcud olduğu illər ərzində Avstriyanın valyutası bir neçə dəfə dəyişmişdir. Məsələn, Mariya Tereza taleri Avstriya zərbxanasında zərb olunmuşdur. Zərbxana haqqında ilk qeyd 1397-ci ilə aiddir. 1484-cü ildə Avstriya ershersoqu Sigizmundun əmri ilə ən qədim Avstriya sikkəsi olan quldiner buraxıldı. Avstriya ershersoqu I Ferdinandın Müqəddəs Roma İmperiyasının imperatoru olması səbəbindən Avstriyada taler pul vahidi tətbiq olundu, hansı ki 1524-cü ildən Müqəddəs Roma İmperiyasının pul vahidi idi. 1566-cı ildə Leypsiqdə 29.23 q kütləsi olan 889-cu əyarlı gümüş taler əsas gümüş sikkə kimi tanındı.
Gəncə zərbxanası
Gəncə zərbxanası — Gəncə şəhərində yerləşən sikkə zərbxanası. Güman edilir ki, Gəncədə zərbxananın fəaliyyəti Sasani dövründən başlamışdır. Zərbxana 1804-cü ilə, Gəncə xanlığının süqutuna qədər fəaliyyət göstərmişdir. Sasani hökmdarı II Xosrov Pərvizin adından Gəncədə zərb edilmiş sikkəsi hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Sikkənin aversində II Xosrovun surəti, reversində atəşpərəst məbədinin təsviri verilmişdir. Şəklin ətrafında Gəncə zərbxanasının monoqrammı zərb edilmişdir. Əməvi dövründə Gəncə zərbxanasında II Xosrovun sikkə tipləri əsasında sasani-ərəb dirhəmləri zərb edilmişdir. Bu tip sikkələr h. 77-ci il (696-cı il) Əməvi xəlifəsi Əbd əl-Məlik Mərvanın pul islahatına qədər zərb olunmuşdur. Rusiya Dövlət Ermitaj Muzeyinin numizmatika fondunda h.
Gəncə zərbxanası tarixindən
Gəncə zərbxanası — Gəncə şəhərində yerləşən sikkə zərbxanası. Güman edilir ki, Gəncədə zərbxananın fəaliyyəti Sasani dövründən başlamışdır. Zərbxana 1804-cü ilə, Gəncə xanlığının süqutuna qədər fəaliyyət göstərmişdir. Sasani hökmdarı II Xosrov Pərvizin adından Gəncədə zərb edilmiş sikkəsi hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Sikkənin aversində II Xosrovun surəti, reversində atəşpərəst məbədinin təsviri verilmişdir. Şəklin ətrafında Gəncə zərbxanasının monoqrammı zərb edilmişdir. Əməvi dövründə Gəncə zərbxanasında II Xosrovun sikkə tipləri əsasında sasani-ərəb dirhəmləri zərb edilmişdir. Bu tip sikkələr h. 77-ci il (696-cı il) Əməvi xəlifəsi Əbd əl-Məlik Mərvanın pul islahatına qədər zərb olunmuşdur. Rusiya Dövlət Ermitaj Muzeyinin numizmatika fondunda h.
Kremnitsa zərbxanası
Kremnitsa zərbxanası (slovak. Mincovňa Kremnica) — Kremnitsa şəhərində yerləşən Slovakiya Dövlət Zərbxanası. Dünyanın ən qədim dövlət müəssisələri və ən qədim zərbxanalarından biridir. 17 noyabr 1328-ci ildə, azad kral mədən şəhəri statusu ilə yanaşı, Kremnitsa Macarıstan kralı Karl Robertdən zərbxana açma imtiyazını aldı. İlk sikkələr Florensiya zərbxanası modelində kəsilirdi və florin adlanırdı. Daha sonra dukat sikkəsinin zərb edilməsi başlandı. Qızılın davamlı yüksək əyarına (986) görə Avropada geniş tanınırdı və kütləsi 3,49 q idi. Bu dukatlar uzun müddət Mərkəzi Avropanın ən sərt valyutası hesab olunurdu. XX əsrin əvvəllərində zərbxananın avadanlığı çox köhnəlmişdi, hətta Budapeştə köçürülməsi üçün təkliflər var idi. Ancaq Birinci Dünya müharibəsi başa çatmadan bu baş vermədi.
Macarıstan zərbxanası
Macarıstan zərbxanası (mac. Magyar Pénzverő) ― Macarıstanda dövriyyə sikkələr istehsal edən dövlətə məxsus zərbxana. Zərbxana özəl şirkət olaraq tamamilə Macarıstan Milli Bankına məxsusdur və Macarıstan forinti sikkələrinin zərb olunmasında məsul olan yeganə orqandır. Ölkəiçi istifadə üçün dövriyyə sikkələrini zərb etməklə yanaşı, zərbxana istehsalçılar üçün bir sıra xatirə sikkələri və medallar da istehsal edir. Zərbxana hələ Macarıstan krallığı zamanı I İştvanın hakimiyyəti dövründə yaranmışdır. Həmin vaxtda gümüş dinar sikkələri üzərində kralın adı zərb olunurdu. Bartlett, Robert. The Making of Europe: Conquest, Colonization and Cultural Change 950 - 1350. Penguin. 2003.
Naxçıvan zərbxanası
Naxçıvan zərbxanası – erkən orta əsrlərdən Naxçıvan şəhərində fəaliyyətə başlamış sikkəkəsən zərbxana. Tarixi qaynaqlardan məlumdur ki, Naxçıvan şəhəri qədim zamanlardan mühüm ticarət və sənətkarlıq mərkəzi olmuşdur. Bu şəhər İranın, Gürcüstanın (xüsusilə Msxeti bölgəsinin) bir sıra iri şəhərləri ilə, Qara dəniz limanları, Kiçik Asiya və Beynəlnəhreyndəki şəhərlərlə sıx ticarət əlaqələri saxlayırdı. Əmtəə istehsalının artımıvə ticarətin inkişafı pul dövriyyəsinin inkişafına da vüsət verirdi. Naxçıvan şəhərində ilk zərbxana Sasani şahənşahı I Xosrov Ənuşirəvani – Adilin (531 – 579) hakimiyyətinin üçüncü ilində (534) təsis edildiyi bəllidir. Bu zərbxana, Azərbaycandakı ən qədim zərbxanalardan biri hesab olunur. Tarixçi – numizmat, prof. Y. A. Poxomovun fikrincə, əldə olunmuş, pəhləvi dilində “Naxç” işarəsi ilə kəsilmiş Sasani sikkələri Naxçıvan zərbxanasına məxsusdur. Naxçıvan zərbxanasında Sasani hökmdarlarından IV Hörmüz (579 – 590), VI Bəhram Çubin (590 – 591), II Xosrov Pərviz (591 – 628), II Qubad (628), III Ərdəşir (628 – 629), Fərruxan Şəhrvəraz (629), V Hörmüz (631 – 632), III Xosrov (632), III Yezdəgird (632 – 651) və başqalarının adından gümüş dirhəmlər kəsilmişdir. Numizmatik materiallardan aydın olur ki, Böyük İpək Yolu üstündə yerləşən Naxçıvanın Şərq – Qərb ticarət əlaqələrində əhəmiyyətli rolu, buranın özündə ticarətin və sənətkarlığın inkişafı XI – XII əsrlərdə Naxçıvan zərbxanasında İraq Səlcuq sultanlarının, o cümlədən Azərbaycan atabəylərinin (Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Özbək və s.) adından mis dirhəm və felslərin zərbinin daha da artmasına səbəb olmuşdur.
Əlincə zərbxanası
Əlincə zərbxanası — Naxçıvan Muxtar Respublikası Culfa rayonunda orta əsrlərə aid zərbxana. Culfa rayonunun Xanəgah kəndinin şərqində, Əlincəçayın sağ sahilində yerləşən Əlincə qalasında fəaliyyət göstərən zərbxana. Güclü müdafiə qabiliyyətinə malik olduğundan müharibələr zamanı hökmdar ailələrinin siğındığı, dövlət xəzinələrinin saxlanıldığı Əlincəqalada həm də müxtəlif dövrlərdə Azərbaycan feodal hakimlərinin adından sikkələr kəsilmişdir. XIV-XVI əsrin əvvəllərində Əlincə zərbxanasnıda Elxanilərin və Teymurilərin adından gümüş dirhəmlər kəsildiyi məlumdur. Tapılmış sikkə nümunələri sübut edir ki, burada Cəlairi sultanlarının adından da müxtəlif nominallı sikkələr zərb olunmuşdur.

Значение слова в других словарях