ÇALA

ÇALA I is. Çuxur, çökək. Maşın, balaca bir çalada dirəndi (Ə.Mirzəcəfərli).

ÇALA II is. Yuva. Gələrsən-görərsən qalası qalır; Daşında kəkliyin çalası qalır (İ.Tapdıq).

ÇAL
ÇALASI
OBASTAN VİKİ
Çala
Çala — Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Çala- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Gürcüstanda "çala" sözü ilə düzəlmiş çoxlu miqdarda yer adı vardır. Azərbaycan dilində çala, "su yığılan çökək yer", "çuxur yer", türk dillərində çalı, "kolluq", "vəhşi heyvanın bol olduğu sahə" mənasındadır. İrəvan əyalətində Çala-ağıl adlı kənd vardı.
Nəhəng çala
Nəhəng çala (rus. исполиновы котлы, ing. kettle holes) — evorzion çuxur eni bir neçə metrə bərabər olan təbii yarımdairəvi çuxur, içərisində daş aparan suyun fırlanma hərəkəti nəticəsində bərk süxurlarda əmələ gəlir. Buzlağın yatağında, şəlalənin dibində, dar tənginin yanlarında, dəniz sahillərində yaranır.
Çala (Əlburz)
Çala (Əlburz) (fars. چاله‎) — İranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 237 nəfər (80 ailə) yaşayır.
Çala gölü
Çala gölü – Bəndovan Dövlət Təbiət Yasaqlığının və Şirvan Dövlət Təbiət Qoruğunun ərazilərində yerləşir. Çala gölünün sahəsi 100 hektardan çoxdur və onun dərinliyi 0,3-1,0 metrə çatır. Göldə qamış və digər su bitkiləri yaxşı inkişaf etmişdir. Gölün köçəri su-bataqlıq quşları üçün çox böyük əhəmiyyəti vardır. Göl Qızılqaz, Flaminqo gölü olaraq da adlanır. Böyük və Kiçik Çala (Qızılqaz) gölləri XX əsrin 50-ci illərində Salyan su toplayıcı kanalının yaranması nəticəsində əmələ gəlmişdir. Göllərinin 60-65%-ni təşkil edən qarğı və qamışlıqların əsas sakinləri sufərəsi, adi təqibçi, kiçik təqibçi, cırtdan təqibçi və qamışlıq fərəsidir. Azərbaycanın bir çox gölü kimi bu göl də kanal suyu ilə (Şirvan kanalının) qidalanır. Susevər bitkilərin, xüsusilə də pambığın əkin sahələrinin kiçilməsi səbəbindən irriqasiya kanallarının suyunun səviyyəsi kəskin surətdə aşağı düşmüş, buna görə də gölə axan sular azalmışdır. 1990-cı illərin əvəllərindən Salyan su toplayıcı (Yenikənd) kanalına suyun vurulmasının dayandırılması ilə əlaqədar olaraq göllərə su daxil olmamış və 1999-cu ilin yayında sahəsi 4 min hektardan çox olan göllər qurumuşdur.
Afrika kəkilli çalağanı
Afrika kəkilli çalağanı (lat. Aviceda cuculoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Ağquyruq çalağan
Ağquyruq çalağan (lat. Elanus leucurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Jerdon kəkilli çalağanı
Jerdon kəkilli çalağanı (lat. Aviceda jerdoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Kəkilli çalağan
Kəkilli çalağan (lat. Aviceda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Madaqaskar kəkilli çalağanı
Madaqaskar kəkilli çalağanı (lat. Aviceda madagascariensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Qara kəkilli çalağan
Qara kəkilli çalağan (lat. Aviceda leuphotes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Qara çalağan
Qara çalağan (lat. Milvus migrans) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl çalağan cinsinə aid heyvan növü. Azərbaycan Respublikasının qırmızı kitabına düşmüşdür. Meşədə və hündür qovaq, palıd, tut, qarağac, vələs kimi ağaclar olan bağlarda nəsil verir, yem üçün isə əsasən açıq sahəyə uçur. Azərbaycanda nəsil verən populyasiyası mart ayında gəlir, dekabrda köçüb gedir. Apreldə hündür ağacda (10–20 m) yuva tikir, 2 - 3 ədəd qonur xalları və cizgiləri olan ağ rəngli yumurta verir. Birinci yumurtadan dişi quş kürt düşür, 30 gündən sonra balalar çıxır. Onlar 40 - 42 gün yuvada bəslənilir. Adətən axırıncı bala ölür, 1 - 2 bala pərvazlanır. Çalağanın yem spektri genişdir: meyvə, tərəvəz, cücü, kərtənkələ, ilan, siçan, leş, ərzaq tullantısı və s.
Qırmızı çalağan
Qırmızı çalağan (lat. Milvus milvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl çalağan cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Qızılquşlar fəsiləsinin kiçik nümayəndələrindən biridir. Təxminən 60 - 66 sm ölçüdə quşdur. Rəngi qırmızımtıl-qəhvəyidir. Quyruğu uzundur və haçalanmışdır. Qərbi Palearktikanın endem növüdür. Avropanın əksər hissələrində yayılmışdır. Afrikada yuvalaması və qışlaması öyrənilməmişdir.
Sakit okean kəkilli çalağanı
Sakit okean kəkilli çalağanı (lat. Aviceda subcristata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Tatyana Çaladze
Tatyana Yevqenyevna Çaladze (19 fevral 1959, Latviya Sovet Sosialist Respublikası – 2 dekabr 2017, Bakı) — Latviya və Azərbaycan jurnalisti. Latviyada anadan olmuş və böyümüş Tatyana Çaladze vaxtilə "Baltiyskoe vremya", "Atmoda" və "Latviyas layks" qəzetlərində işləyib. 1992-ci ilin sonlarında Qarabağ müharibəsini işıqlandırmaq üçün Azərbaycana gəlib. Döyüşlərin gedişində iştirak edib, qəlpə yarası alıb. O, Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Azərbaycan və Ermənistan tarixi haqqında bir çox məqalələrin müəllifidir. Azərbaycan prezidentinin sərəncamı ilə 21 iyul 2010-cu ildə Tatyana Çaladzeyə Əməkdar jurnalist adı verilib. İslam dinini qəbul etmişdi. O, 2017-ci il dekabrın 2-də vəfat edib. Dekabrın 3-ü Bakının Yasamal rayonunda "Qurd qapısı" qəbiristanlığında dəfn edilib. Qarabağ: müharibə üzlərdə: 1992-1994: cəbhə albomu (2004) Qarabağ: Onlar dürüst öldülər (rus.
Çalaberti
Veyisli (əvvəlki adı: Çalaberti) — Azərbaycan Respublikasının Goranboy rayonunun Veyisli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Goranboy rayonunun Çalaberti kəndi Veyisli kəndi, Çalaberti kənd inzibati ərazi vahidi Veyisli kənd inzibati ərazi vahidi adlandırılmışdır. Kəndin keçmiş adı Veyisli tarixi Çiləbörd mahalının adıyla bağlıdır. Oykonim "çala" (çuxur, dərə) və "bert" (ər. "qala") sözlərindən düzəlib ("-i" mənsubiyyət şəkilçisi), "dərə qalası" deməkdir. 1998-ci ildən kənd Veyisli adı ilə rəsmiləşdirilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1555 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çalalar (2000)
Çalalar — 2000-ci il Azərbaycan istehsalı komediya, musiqili, fantastika janrında film. Cizgi filminin süjeti beş yumoristik əhvalat üzərində qurulmuşdur. Cizgi filmi "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir. Rejissor: Tahir Piriyev Rəssam: Tahir Piriyev Ssenari müəllifi: Tahir Piriyev Animator: Rauf Dadaşov, Firəngiz Quliyeva, Aleksandra Şirinova, Ələkbər Məmmədov, Hüseyn Cavid İsmayılov Cizgi rəssamı: Tamilla Əsgərova, Lalə Məmmədova Rəng ahəngdarı: Əminə Azayeva Operator: Həmzə Əhmədoğlu, Fərhad Rzayev, Antonina Korotnitskaya Bəstəkar: Cavanşir Quliyev Musiqi redaktoru: İsmayıl Dadaşov Səs operatoru: Nataliya Nuriyeva, Əsəd Əsədov Montaj edən: Tamilla Muxtarova Rejissor köməkçisi: Gülqız Süleymanova İcraçı prodüser: Aydın Abdullayev İnzibatçı: Çingiz Əliyev Rejissor: Əbdülsəlim Soltanov Rejissor: Akif Əliyev Rejissor: Əliağa İbrahimov Rejissor: Elxan Hüseynov Rejissor: Vyaçeslav Jestkov İşıqçı: Oruc Şahməmmədov Rejissor: Vera Melnikova "Azərkinovideo" İB Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 380.
Çalalar (film, 2000)

Çalalı relyef
Çalançulan
Çalançulan — İranın Luristan ostanının Dürud şəhristanının Silaxur bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,094 nəfər və 277 ailədən ibarət idi.
Çalağan döyüşü
Kür döyüşü və ya Çalağan döyüşü — 1412-ci il, 6 noyabr-4 dekabr tarixlərində Qaraqoyunlu dövləti ilə birləşmiş Şirvanşahlar, Gürcüstan krallığı və Şəki hakimliyi qüvvələri arasında baş vermiş döyüşdür. Döyüşün nəicəsi olaraq müttəfiq qüvvələri Qara Yusif tərəfindən dağıdılmış, Şirvanşahlar və Gürcü hökmdarları əsir alınmışdır. 1408-ci ildə Əmir Teymurun oğlu Miranşahı məğlub edib öldürdükdən sonra Azərbaycanda real hakimiyyət Qaraqoyunlu Qara Yusifin əlinə keçmişdi. Bu, Azərbaycanda real hakimiyyət sahibi olan Cəlairi Sultan Əhmədlə Qara Yusifın münasibətlərinin pozulmasına səbəb oldu. Sultan Əhməd Ağqoyunlu tayfası ilə müharibə aparan Qara Yusifin olmamasından istifadə edərək, Təbrizdəki hərbi dəstəni şəhərdən qovmaq məqsədilə ona basqın etdi. Bunun üçün o, əvvəlcədən oğlu Kəyumərsin (Həsən bəy Rumlunun "Əhsən ət-təvarix" əlyazma əsərinin XI cildində (Sankt-Peterburq Kütləvi Kitabxanası, Dorn kataloqu, M9278, v.l8a) Şirvanşahın bu oğlunun adı Gövhərşahdır ) başçılığı altında Təbrizə qoşun göndərən Şirvanşah I İbrahimdən yardım istəmişdi. Şeyx İbrahim Şirvanşahlar dövləti üçün böyük təhlükə törətməyən daha gücsüz sultan Əhmədin tərəfini saxlamağı üstün tutdu. Bu zaman Qara Yusif Ərzincanda idi, Təbrizdə baş verən hadisələrdən xəbər tutan Qara Yusif Təbrizin iki fərsəxliyindəki Azad şəhərciyinə Kəyumərsin qoşunlarından əvvəl yetişdi. 1410-cu il avqustun 30-da Sultan Əhməd və Qara Yusifin qoşunları arasında baş verən şiddətli vuruşma nəticəsində sultanın qoşunları Təbrizin həndəvərində tamamilə darmadağın edildi. Oxla əlindən yaralanmış Sultan Əhməd Təbriz sakini başmaqçı Baba əd-Din Cülahın bağında gizləndi.
Çalağanlar
Çalağanlar (lat. Milvinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Çalağantəpə
Çalağantəpə — Ağdam rayonu ərazisində qədim yaşayış yeri. Eneolit dövrünə aid olan yaşayış yeri rayonunun Əfətli kəndi yaxınlığında, Аğdam-Ağcəbədi şose yolunun 17-ci km-də, yoldan 120 metr sağ tərəfdə yerləşir. Abidədə 1980-1987-ci illərdə arxeoloq İdeal Nərimanov tərəfindən arxeoloji qazıntı aparılıbdır. Çalağantəpə yaşayış yerində 315 kv.m sahədə qazıntı aparılmışdır. Мədəni təbəqənin qalınlığı 4,3 m-dir. Abidənin uzunluğu 70 metr, eni isə 40 metr olan yarıdağılmış təpədən ibarətdir. Çalağantəpə də müxtəlif yaşayış və təsərrüfat tikililərinin, dulus kürələrinin qalıqları və qəbirlər aşkar edilmişdir. Qazıntı zamanı aşkar olunan binalar dairəvi formalı olub çiy kərpicdən inşa edilmişdi. Evlərin diametri 3 metrə çatır. Onlardan bəzisinin diametri 5,5 metrdir.
Çalağantəpə yaşayış yeri

Əsl çalağan
Əsl çalağan (lat. Milvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Əsl çalağanlar
Əsl çalağan (lat. Milvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.

Значение слова в других словарях