çardaq

ру чердак en roof-thruss de Dachstuhl fr comble es caballete de tejado it cavalletto di tetto
çamaşırxana
çarpazaxınlı ventilyator
OBASTAN VİKİ
Çardaq
Çardaq — tavan ilə dam arasında yerləşən boşluq. Çardaqlar əsasən həyət evlərində olur. Evin çardaq hissəsinin otaq kimi istifadə edilməsidə mümkündür. Çardaqlar adətən evdə olan əlavə əşyaların saxlanıldığı və toz ilə əhatə olunmuş bir məkan konseptini xatırladır. Kənd yerlərində çardaqlarda ərzaq və süd məhsullarının sərin formada saxlanılmasında istifadə edilir.
Çardaq gölü
Acıgöl (Çardaq gölü) — Türkiyənin Afyonkarahisar və Dənizli vilayətləri ərazisində yerləşən göl. Dənizli vilayətinin ən böyük gölü olan Acığölün ümumi sahə 41,5 km²-dir. Bunun 20 km²-i Afyonkarahisar vilayətinin Başmaqçı və Dazkırı mahalları ərazisinə düşür. Gölün dərinliyi 150 sm ilə 210 sm arasındadır. Yaz mövsümündə suyu azalır, bəzən isə tamam quruyur. Göl öz suyunu ətrafdakı dərələrdən axan kiçik bulaqlardan və Gəmiş bulağından alır. Adından da aydın olduğu kimi gölün suyu acıdır və burada heç bir canlı orqanizm yaşamır. Gölün suyundan natrium sülfat (Na2SO4.10 h2O) əldə edilir. Gölün şərqində yerləşən dağlarda durna, çöl ördəyi, çöl qazı və flaminqo kimi köçəri quşlara rast gəlmək olar. Acığöl Türkiyənin natrium sulfat ehtiyatlarına malik ən böyük, dünyanın isə ikinci böyük gölüdür.
Aşağı Çardaqlar
Aşağı Çardaxlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikasının Zaqatala rayonunun şimal-qərb hissəsində yerləşir. Kənd şimaldan Balakən rayonu (İtitala kəndi) Qərbdən Gürcüstan Respublikası (Alazan çayı vasitəsilə ayrılır) ilə, Şərqdən və Cənubdan Danaçı (Dinçi) kəndi ilə həmsərhəddir. Kəndin tarixi haqqında bir çox mülahizələr vardır, kənddə yerləşən Dərbəs Tap (Təpəlik) adlanan ərazidə mövcud olan Qədim Alban kilsəsinin izləri kəndin qədim tarixə aid olduğunu göstərir, ancaq kəndin hal-hazırda bilinən məskunlaşma tarixi XVIII əsrin sonlarından başlayır. Beləki kəndin əsası XVIII əsrin sonlarında Yuxarı Çardaxlar kəndindən buraya köç edərək məskunlaşmış Avarlar tərəfindən salınmışdır. İnsanӀar ilk əvvəl kəndin Alazan çayına yaxın olan hissəsində məskunlaşmış sonralar isə sel basqınlarının çoxalması nəticəsində kənd əhalisinin hal-hazırda məskunlaşdığı əraziyə köç etmişdilər. == Mədəniyyəti == Kənddə 1 onbirillik tam orta məktəb, XӀX əsrə aid Cümə Məscidi, Kənd Kitabxanası və Kənd Mədəniyyət evi, Kənd Mərkəzi Stadionu, Kənd ATEİS-i, Poçtu və Tibb Məntəqəsi fəaliyyət göstərir. Kənddə XVII əsrdən qalma məscid binası və klub mövcuddur. == Coğrafiyası və iqlimi == Ərazisi əsasən düzənlikdir. == Əhalisi == Hal-hazırda kənddə 240-dan çox ev və 1300 nəfərə-ə yaxın əhali yaşayır.
Yuxarı Çardaqlar
Yuxarı Çardaxlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 14 km məsafədə, mərkəzə nəzərən şimal-şərq hissəsində, Böyük Qafqazın cənub ətəklərində yerləşir. Kənddə orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, EATS, rabitə şöbəşi, məscid, futbol meydançası vardır. XIII əsrə aid bürc, alban kilsəsi qalıqları, X1X əsrdə tikilmiş məscid, qədim qəbristanlıq, III-IV əsrlərə aid olan, el arasında "Qız qalası" mağarası adlanan Pəriqalası. Qala bir neçə otaqdan ibarətdir. Əvvəllər qalaya dağ ətəyi ilə pilləkən olub, sonralar isə təbii aşınma nəticəsində yol dağılmışdır. Yuxarı Çardaxlar kəndi, rayon mərkəzindən 16 km şimali-şərqdə yerləşir. Şimal tərəfdən Böyük Qafqaz sıra dağları, cənubdan Muxax kəndi ilə həmsərhəddir. Kəndin ərazisi 1293 hektardır. Əhalisi 2141 nəfər, əsasən avarlardan ibarətdir.
Çardaqlar
Aşağı Çardaqlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Çardaqlar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Çardaqlı
Çardaqlı (Vedi) — 1590 Vedi nahiyəsində kənd. Çardaxlı — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Çardaqlı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Çardaqlı (Ağdərə) — Azərbaycanın Ağdərə rayonunda kənd. Çardaqlı (Tuzxurmatu) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd.
Çardaqlı (Qubadlı)
Çardaqlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Çardaqlı kəndi rayon ərazisində mövcud olmuş Korcalanlı kəndindən köçüb gələn ailələrin Çardaqlı düzü adlı yerdə məskunlaşması nəticəsində yaranıb. Xalq etimologiyasına görə, Çardaqlı toponimi keçmişdə orada gözətçi məntəqəsi kimi mövcud olmuş çardağın adı ilə əlaqədardır. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Çardaqlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi həmin r-nun ərazisində mövcud olmuş Korcalanlı kəndindən köçüb gəlmiş ailələrin Çardaqlı düzü adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin verdiyi məlumata görə, toponim keçmişdə orada gözətçi məntəqəsi kimi mövcud olmuş çardağın adı ilə bağlıdır. Çardaqlı kəndi rayon mərkəzindən 10 km. qərbdə, dağətəyi ərazidə yerləşir.
Çardaqlı (Tuzxurmatu)
Çardaqlı — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd. Kənddə danışılan yerli ləhcədə kəndin adına bəzən Çardaxlı və ya Çardağlı da deyilir. Çardaqlı kəndi Tuzxurmatu şəhərindən cənub-qərbdə, Ağsu çayının sol sahilinə yaxın (təxminən 1.1 km uzaqlıqda) düzənlikdə, dəniz səviyyəsindən 172 metr hündürlükdə yerləşir. Tuzxurmatu şəhəri ilə Çardaqlı kəndi arasındakı məsafə 10 km-dir. OŞSAM-ın 30 may - 2 iyun 2009-cu il tarixində apardığı araşdırmaya əsasən Çardaqlı kəndində təxminən 1.4 min nəfər əhali yaşayırdı. Monoetnik əhaliyə sahib kəndin sakinləri türkmanlardır. Kəndin əhalisi qədim Bayat boyudan törəmişdir.
Çardaqlı (Tərtər)
Çardaqlı (əvvəlki adı: Mağavuz) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Mağavuz kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Mağavuz kəndi Çardaqlı kəndi adlandırılmışdır. XIX əsrdə keçmiş Zəngəzur qəzasındakı eyniadlı kənddən gəlmiş ermənilər yaşayış məntəqəsini Maqavuz kimi rəsmiləşdirmışdilər. 1992-ci ildə kəndin keçmış adı bərpa olunmuşdur. Biləsuvar rayonunun Aşağı Çəmənli kəndindən Şimal qərbdə, Araz çayının keçmış yatağının sol sahilində yeddi təpədən ibarət Çardaqlı adlanan qədim yaşayış yeri də mövcuddur. Cardaqlı "üstü ortulu, bağlı" deməkdir. Çardaqlı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çardaqlı kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Çardaqzağa yaşayış yeri
Çardaqzağa — Qobustan rayonu ərazisində qədim yaşayış yeri. Çardaqzağa yaşayış yeri Anazağadan 200–250 m cənubda, Böyükdaş dağında yerləşir. Qazıntılar zamanı müəyyən edilmişdir ki, burada mədəni təbəqənin qalınlığı 30–40 sm-dir. Təbəqə çox yerdə yuyulub qarışmışdır. Mədəni təbəqədə, başlıca olaraq İlk Tunc dövrünə aid keramika, obsidian və çaxmaq daşından hazırlanmış əmək alətləri aşkar olunmuşdur. Sığınacağın divarlarında aşkar olunan qayaüstü təsvirlərin də bu dövrə aid olduğunu demək olar.
Çardaqlı (Ağdərə)
Çardaqlı (əvvəlki adı: Mağavuz) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Mağavuz kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Mağavuz kəndi Çardaqlı kəndi adlandırılmışdır. XIX əsrdə keçmiş Zəngəzur qəzasındakı eyniadlı kənddən gəlmiş ermənilər yaşayış məntəqəsini Maqavuz kimi rəsmiləşdirmışdilər. 1992-ci ildə kəndin keçmış adı bərpa olunmuşdur. Biləsuvar rayonunun Aşağı Çəmənli kəndindən Şimal qərbdə, Araz çayının keçmış yatağının sol sahilində yeddi təpədən ibarət Çardaqlı adlanan qədim yaşayış yeri də mövcuddur. Cardaqlı "üstü ortulu, bağlı" deməkdir. Çardaqlı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çardaqlı kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Значение слова в других словарях