çarşı
çaşmaq
OBASTAN VİKİ
Gövdəsiz çaşır
Gövdəsiz çaşır (lat. Prangos acaulis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin çaşır cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik sıx, qısa və bozumtul tükcüklü, ot bitkisidir. Ləçəkləri bayırdan saqqalcıqlıdır, Hündürlüyü 40-sm-dir. Kökətrafı yarpaq lövhələri enli üçküncdür, üçər-dördər yarılmış lələklidir, son ayları kütdür, uzunsov xətvaridir, eni 2-3 mm-dir. Gövdə yarpaqları kiçikdir və az yarılmış, uzun-xətvari ayalıdır. Çətirləri 5(4)-6 şüalıdır. Meyvələri uzunsovdur (uzunluğu 12-13 mm-dir), enli dalğalı-pərdəli qanadları vardır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə aprel-may, meyvəvermə may-iyun aylarına təsadüf edir.
Çaşirdağ
Çaşirdağ (Kaşirdağ) kəsilişi - Naxçıvan qoyma çökəkliyinin cənub-şərq kənarının geoloji kəsilişində iştirak edərək Əlincəçay dərəsinin sağ sahili boyu izlənilir və tufbrekçiyalar, tuflar və andezit avtoklastitlərin növbələnməsi ilə təmsil olunan, alt miosendən orta miosenə keçid stratiqra­fik intervalında vulkanogen fasiyanın yeganə çıxışıdır. Culfa rayonu ərazisində dağ (hünd. 1491,4 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı (3071,6 m) yüksəkliyindən cənub-qərbə uzanan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsinin qurtaracağında, Qırxlardağdan cənub-qərbə istiqamətlənən eyniadlı ayrılmasında zirvə. Əlinсəçауın aşağı axınında, Bənənyar kəndindən 4,2 km şimal-qərbdədir. Alt Miosenin Tarxan mərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, cənub-şərq yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. KAŞİRDAĞ – Culfa rayonu ərazisində Çaşırdağın yerli əhali arasında işlədilən başqa adı.
Çaşirdağ (Kaşirdağ) kəsilişi

Çaşitsu
Çaşitsu və ya çay evi (茶室, "çay otaqları") — Yapon çay mərasiminin (“çanoyu”) keçirilməsi üçün istifadə olunan xüsusi məkan. Çaşitsu tikilməsi üçün istifadə edilən memarlıq stili “sukiya” (“sukiya-zukuri”) adlanır və sukiya həm də çaşitsunun sinonimi kimi işlənə bilər.. Çaşitsunu səciyyələndirən memarlıq elementlərinə södzi pəncərələri, yarımşəffaf vasi kağızı ilə örtülmüş ağac çərçivədən hazırlanan hərəkətli qapılar, tatami döşəmə, tokonoma (əlyazmalar, rəsmlər və gül dizaynı üçün divarda xüsusi yer ) və sadə, sönük rənglərdə dizayn aiddir. Çaşitsu üçün ideal ölçü 4.5 (dörd tam onda beş)tatamilik (təxminən 7.5 kvadrat metr) otaq ölçüsüdür və bu ölçü məşhur usta Senno Rikü tərəfindən XVI əsrdə müəyyən edilmişdir . == Çay evləri və çay otaqları == Həm çay mərasiminin keçirilməsi üçün ayrıca tikilmiş məkanlar, həm də evin içərisində yerləşən və çay mərasimi üçün nəzərdə tutulan otaqlar yapon dilində “çaşitsu” adlanır.. “Çay evləri” adətən kiçik olur və ağacdan tikilir. Onlar bağlarda, parklarda və ya evlərin, qalaların bağçalarında yerləşir. Ən kiçik çay evi iki otaqdan ibarətdir: ev sahibinin və qonaqların yığışıb çay içdiyi əsas otaq və ev sahibinin şirniyyat hazırladığı və çay mərasimi üçün lazım olan əşyaları saxladığı “mizuya” otağı. Belə çay evinin ümumi sahəsi üç tatamidir. Çox böyük çay evləri müxtəlif ölçülü bir neçə çay otağından ibarət olur: geniş, yaxşı təchiz olunmuş və daha çox müasir mətbəxi xatırladan mizuya; qonaqlar üçün geniş gözləmə otağı; qonaqların qarşılandığı və ayaqqabılarını soyunduqları giriş sahəsi; kişi və qadın üçün ayrıca tualet otaqları; geyinib-soyunma otağı; anbar; bəzən bir neçə gözləmə otağı; “Rödzi” bağı və açıq hava altında olan gözləmə sahəsi.
Çaşıoğlu
Çaşıoğlu Elm İstehsalat Firması — Azərbaycanda nəşriyyat "Çaşıoğlu" şirkəti 1995-ci il tarixdən fəaliyyət göstərir. Fəaliyyəti dövründə yüzlərlə elmi, bədii və tədris vəsaitlərini nəfis tərtibatda çap etmişdir. Şirkət dəfələrlə yerli və beynəlxalq təşkilatların keçirdikləri tenderlərin qalibi olmuşdur. Şirkət istənilən poliqrafiya məhsullarını istehsal etmək imkanına malikdir.
Çaşıoğlu (mətbəə)

Çaşıoğlu Elm İstehsalat Firması

Çaşıoğlu mətbəəsi

İlya Çaşnik
İlya Qriqoreviç Çaşnik (1902–1929) — rus rəssamı. == Həyatı == İlya Çaşnik 1902-ci ildə Rusiya İmperiyasında, Lucynda (hazırda Ludza, Latviya) yəhudi ailəsində anadan olub. İlya Çaşnik səkkiz qardaş və bacıları arasında ən kiçik olan idi və son uşağın doğulmasından sonra ailə Vitebskə köçdü. O, 1919-cu ildə Vitebsk İncəsənət Məktəbində oxudu. Onun müəllimləri arasında Mark Şaqal, Kazimir Maleviç və El Lisiçkiy var idi. 1920-ci ildə "UNOVİS" ("Утвердители нового искусства") rəssamlar qrupuna üzv oldu. 1919–1922-ci ildə Vitebsk və Smolenskdəki Oktyabr İnqilabının ildönümündə şəhərin dizayn işlərinə qatıldı. 1921–1922-ci ildə Moskvada keçirilən sərgilərdə iştirak etdi. 1922-ci ildə o, İnstitutu bitirib və Petroqrada getdi. 1922–1923-cü illərdə dizayn, reklam və afişa işləri yaratmağa başladı.
Çaşır
Çaşır (lat. Prangos) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Cryptodiscus A.Schrenk Cryptodiscus Schrenk ex Fisch. & C.A.Mey.
Rüknəddin Baybars Çaşnigir
əl-Məlikül-Müzəffər Rüknəddin Baybars əl-Çaşnigir (d.? - ö. 16.4.1310) — Misir Məmlük sultanı (1309-1310). == Həyatı == Sultan Kalavunun Çərkəz əsilli məmlüklərindəndir. Kalavunun oğlu Məhəmmədin ilk səltənəti sırasında özünü göstərdi. Kitbuğanın taxtı ələ keçirməsindən sonra nüfüzunu daha da artdırdı və Burciyyə Məmlüklərinin qüvvətli əmirləri arasına girdi. Sultan Laçının qətlindən (1299) sonra, Misir Məmlük taxtına ikinci dəfə keçirilən Məhəmməd tərəfindən üstadüddarlığa gətirildi (9 fevral 1299). Naibüssaltana Əmir Seyfəddin Salar ilə birlikdə Sultan Məhəmmədin kiçik yaşda olmasından faydalanaraq dövlət işlərini əlinə keçirdi. Hətta sultan üzərində onun ən bəsit ehtiyaçlarına dəxi müdaxilə edəcək qədər ağır bir basqı qurdu. Bir-biriylə iş birliyi halında olan Salar ilə Baybars arasında gizli bir nüfuz mücadiləsi də vardı.

Значение слова в других словарях