Çaşirdağ (Kaşirdağ) kəsilişi - Naxçıvan qoyma çökəkliyinin cənub-şərq kənarının geoloji kəsilişində iştirak edərək Əlincəçay dərəsinin sağ sahili boyu izlənilir və tufbrekçiyalar, tuflar və andezit avtoklastitlərin növbələnməsi ilə təmsil olunan, alt miosendən orta miosenə keçid stratiqrafik intervalında vulkanogen fasiyanın yeganə çıxışıdır.
Çaşirdağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1491,4 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Culfa rayonu ərazisində dağ (hünd. 1491,4 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı (3071,6 m) yüksəkliyindən cənub-qərbə uzanan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsinin qurtaracağında, Qırxlardağdan cənub-qərbə istiqamətlənən eyniadlı ayrılmasında zirvə. Əlinсəçауın aşağı axınında, Bənənyar kəndindən 4,2 km şimal-qərbdədir. Alt Miosenin Tarxan mərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, cənub-şərq yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir.[1]
KAŞİRDAĞ – Culfa rayonu ərazisində Çaşırdağın yerli əhali arasında işlədilən başqa adı.