ÇEMPİONLUQ
ÇERTYOJÇU
OBASTAN VİKİ
Çertyoj
Çertyoj - əşyaların hər hansı informasiya daşıyıcısı (kağız, kalka, plyonka, faner və s.) üzərində, müəyyən miqyasa uyğun olaraq, qrafik obrazlar, yəni nöqtə, düz və əyri xətt parçaları, simvollar, şərti işarələr və s. vasitəsilə təsviri (və ya proyeksiyalanması). Çertyojdan mətn illüstrasiyası kimi və yaxud məmulatı hazırlamaqdan ötrü tərtib olunan sənədlərin tərkibində istifadə olunur. Çox vaxt izahlı yazılarda, texniki tələblərdə, məmulatın hazırlamasına dair göstərişlərdə təchiz olunur. Texniki rəsm və ya sxem də çertyoj növləridir == Çertyoj == Azərbaycan Sovet Ensiklopediyası - X cild. səh. 321.
Çertyojçu
Çertyojçu — mühəndis və arxitektorların istiqamət verməsi ilə texniki çertyojlar hazırlayan şəxsdir. Əvvəlki dövrlərdə çertyojçular çertyoj taxtaları önündə oturur və karandaş, qələm, kompas, üçbucaq və düz xətkeşlər və digər vasitələrdən istifadə edərək əllə çertyoj çəkirdilər. 1980–1990-cı illərdə CADD sistemləri ortaya çıxmaqla çertyoj taxtalarını istifadədən uzaqlaşdırmağa başladı. Bu sistemlər çertyojların daha sürətli hazırlana bilməsinə səbəb oldu. CADD yolu ilə çertyoj çəkənlər CADD operator da adlanırlar.

Digər lüğətlərdə

без посре́дства взорва́ть ге́незис еди́нственное навя́ливаться нае́зжая огрунто́вывать троекра́тность шерша́вость допере́ть загради́тельный изла́мывать отка́рмливаться радиоастрофи́зика раскида́ть с той поры́ обнаружить alhagi jakes masthead light obsoletion наперекор наследник судоустройство щиколотка