Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əzəmətli gövdəyarpaq
Əzəmətli gövdəyarpaq (lat. Caulophyllum robustum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin gövdəyarpaq cinsinə aid bitki növü.
Əzəmətli vaxsızçiçək
Qələmətli yaşayış yeri
Qələmətli yаşаyış yеri — Yuхаrı Yаycı kəndinin şərqində Cənnət qаyаsının yахınlığındа yеrləşir. Yаşаyış yеrinin ərаzisində dаşdаn hörülmüş binаlаrın qаlıqlаrındаn yаlnız dördkünc fоrmаlı çаlаlаr qаlmışdır. Ətrаfа dаğılmış tikinti qаlıqlаrı, binаlаrın tikintisində yоnulmuş dаşlаrdаn istifаdə оlunduğunu dеməyə əsаs vеrir. Yаşаyış yеrində аpаrılаn аrаşdırmаlаr zаmаnı Еrkən Оrtа əsrlərə аid çəhrаyı rəngli fоrmа vеrməyən kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Yаşаyış yеrini III-X əsrlərə аid еtmək оlаr. Еhtimаl ki, Оrtа əsrlərin sоnrаkı mərhələlərində burаdа yаşаyış dаvаm еtmişdir.
Əzəmət Gəray (kalqay)
Əzəmət Gəray (krımtat. Azamet Geray)(bilinmir – 24 iyun 1632, Bağçasaray, Krım xanlığı) — Krım xanı I Səlamət Gərayın oğlu, Krım nurəddini və kalqayı. == Həyatı == Doğum tarixi dəqiq bilinmir. Krım xanı I Səlamət Gərayın böyük oğludur. İlk illəri haqqında yetərli məlumat yoxdur. Atasının 1610-cu ildə vəfatının ardından Osmanlı sultanı I Əhməd tərəfindən kalqay Canıbəy Gərayı xan təyin etdi. Yeni xanın kalqayı qardaşı Dövlət Gəray, nurəddini isə Əzəmət Gəray seçildi. Bu vəzifədə ikən 1615-ci ilin yazında cənubi Lehistan torpaqlarına hücum edən Əzəmət Gəray Ukraynanın sağ sahilini darmadağın etdi. 1617-1619-cu illər ərzində Canıbəy Gərayla birlikdə davam edən Osmanlı-Səfəvi müharibəsinə qatıldı. Ancaq bu səfər Osmanlılar üçün məğlubiyyətlə nəticələndi.
Alim Əzəmət oğlu Aydamaq
Alim Əzəmət oğlu Aydamaq (krımtat. Alim Azamat oğlu; 1816 – ən tezi 1849) — Krım-Tatar milli qəhrəmanı. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. == Həyatı == 1816-cı ildə Kopırlıköy kəndində kəndli ailəsində anadan olub. Qarasuvbazar şəhərində yaşamışdır. Alimin obrazı romantik hal almış, həyatı isə əfsanələrə bölünmüşdür. Ədəbiyyatda qənimətləri kasıblara paylayan nəcib quldur kimi tanınır. Krım Dövlət Arxivində polis tərəfindən toplanan məhkəmə şikayətləri, raport, Alimin yaxalanması üçün istəklər vəsatətlərindən ibarət 127 vərəq var. 1847-ci ildə Alimin ağ-qara portreti rəssam Leone Lelorren tərəfindən çəkildi. Hal-hazırda, şəkil Feodosiya Diyarşünaslıq Muzeyində saxlanılır.
Elementli üzvi birləşmələr
Elementli üzvi birləşmələr (EÜB) - Bu birləşmədə Karbon başqa birləşmələrdən fərqli olaraq atomlarla rabitələri mövcuddur. == İzahı == Əksər üzvi maddələr orqanogen-atomlardan (C, H, O, N, S) ibarətdir.Sonralar müəyyənləşdirildi ki, bunlardansavayı üzvi birləşmələrin tərkibində silisium, bor, metal atomları və praktik olaraq bütün elementlər ola bilər. Orqanogenlərdən fərqli olan bu birləşmələr element-üzvi birləşmələr (EÜB) adlandırılmışdır. Onlar praktik olaraq üzvi və qeyri-üzvi birləşmələrin xassələrini özündə cəmləşdirirlər. == Tarixi == Hər şey arsendən başlandı. tanınmış alman alimi R.Bunzen 1841-ci ildə dimetilarseni (CH3)2AsH (kakodil) almışdır. bu ona baha başa gəldi. O, gözünü itirmiş, lakin tədqiqatı davam etdirmişdir. 50-ci illərdə Bunzenin tələbəsi E.Frankland sink-, qalay-, civə-üzvi birləşmələri almağa müvəffəq olmuşdur. Sonralar element üzvi birləşmələri XX əsrin görkəmli alimləri Fridel Krafts, Tsiqler, natta, Qrinyar, Andrianov, Nesmyanov və b.