ÇEVİRMƏK

f.
1. İstiqaməti dəyişdirmək, başqa tərəfə yönəltmək. Dalını çevirmək. Üzünü bizə çevir.
– Yaşar tüfəngi çəpişə sarı çevirib, nişan almağı təcrübə etdi. M.Rzaquluzadə.

2. Bir şeyin vəziyyətini, yerini dəyişmək; döndərmək.
Mən … başladım malları sürməyi, dadaşım da ətəyi ilə alnının tərini silib, şananı götürdü və başladı küləşi çevirməyə. C.Məmmədquluzadə.

// Başıaşağı qoymaq, döndərmək. Stəkanı çevirmək.
– Sadıq torbanı ağzıüstə mis məcməyinin içi-nə çevirdi. Mir Cəlal.
[Qərənfil xala] dəmkeşi üzüqoylu qazanın ağzına çevirdi. Ə.Vəliyev.

3. Vərəqləmək. Müşkünaz oturdu.
Açıq kitabın vərəqini çevirdi. Ə.Vəliyev.
İndi görək şairin özü nə deyir, – deyə; Başladı astaasta divanı çevirməyə. B.Vahabzadə.

4. Bir şeyi başqa bir vəziyyətə salmaq, başqa bir şeyə döndərmək, ona tamamilə başqa bir görünüş vermək. Görünür, bura bir zaman tövlə olmuşdu.
Sonra çevirmişdilər. M.İbrahimov.
Alovun saçdığı işıq gecəni gündüzə çevirmişdi. Ə.Vəliyev.

5. Tərcümə etmək. Farscadan azərbaycancaya çevirmək.
– Rusiya şerinin şah əsərini; Çevirdim Vaqifin şirin dilinə! S.Vurğun.

6. dan. Şumlamaq, təpmək, belləmək.
Qoş kotanı, çevirgilən düzləri; Günlüyün birindən bir anbar olsun. Aşıq Ələsgər.

◊ Çevir tatı, vur tatı – bir şeyi ardı-arası kəsilmədən bıqdıracaq dərəcədə təkrar etmə mənasında.
[Xaspolad:] Görmürsən, Oqtay, keçən qış bir söz demişəm, hələ çevir tatı, vur tatı. C.Cabbarlı.
Xəlilov bir neçə dəqiqə də çevir tatı, vur tatı eləyib, cavab almadan qapını çırparaq getdi. M.Hüseyn.

Синонимы

  • ÇEVİRMƏK döndərmək — yönəltmək
  • ÇEVİRMƏK dönmək — qayıtmaq
  • ÇEVİRMƏK devirmək — yıxmaq

Омонимы

  • ÇEVİRMƏK ÇEVİRMƏK I f. Döndərmək. Yoxsa, yerin altı üstünə çevrilər, hər şey məhv olub gedər (C.Gözəlov). ÇEVİRMƏK II f

Этимология

  • ÇEVİRMƏK Evirmək kimi də qeydə alınıb. Devirmək sözü ilə qohumdur. Güman ki, əyirmək sözü ilə kökdaş olub. (Bəşir Əhmədov
ÇEVİKLİK
ÇEVİRTMƏ
OBASTAN VİKİ
Tərsinə çevirmək
Tərsinə çevirmək (ing. invert ~ ru. инвертировать ~ tr. ters çevirmek) – əksinə dəyişdirmək, məsələn, monoxrom displeydə rəngin tərsinə çevrilməsi ağı qaraya, qaranı isə ağa dəyişdirir. Analoji olaraq, tərsinə çevirən rəqəmsal mikrosxem, onun girişinə verilən siqnalları tərsinə çevirərək çıxışa ötürür. Belə əməl DEYİL (NOT) inkar Bul əməlinin elektron ekvivalentidir, məsələn, əgər “A” doğrudursa, onda “DEYİL A” yalandır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Значение слова в других словарях