ÇİLLƏMƏK, ÇİLLƏNMƏK
ÇİM
OBASTAN VİKİ
Çilli (İğdır)
Çilli — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. Kənd 1901-ci ildəki qaynaqlarda Cilligöl ya da Cilligədik olaraq qeyd edilir. Kənd 1928-ci ilən bəri eyni adı daşımaqdadır. Aprel 1918-ci ildə Çillidə 30 müsləman erməni daşnaq qüvvələrinin qəltyamına məruz qalmışdır. 1920-ci ilin 11 noyabrdan 12-sinə keçən gecə 11-ci briqada komandanlığı ermənilərə qarşı hücuma keçmiş və elə həmin günün səhər saatlarında İğdır bələdiyə binasına Türkiyə bayrağı sancılmışdır. Bu olaylardan sonra 14 noyabr 1920-ci il tarixində 15-ci korpus komandanı Kazım Qarabəkir Paşanın başçılığı altında Türkiyə ordusu erməniləri Araz çayının qüzeyinə qovmuşdur. 3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə İğdır və ətrafı Türkiyə torpağı olması təsdiqlənmişdir. İğdırdan 27 km uzaqlıqdadır. Kəndə bağlı Vəzirxana ve Köprüköy adında iki oba vardır. 1886-cı il məlumatına görə kəndə bağlı olan Vəzirxana obasında 35 nəfər kürd yaşayırdı.

Digər lüğətlərdə