Çovdar (Bitki)
Çovdar (lat. Secale) — qırtıckimilər fəsiləsinə aid bitki cinsidir. Çovdarın vətəni Qafqazın, Kiçik və Orta Asiyanın dağətəyi rayonlarıdır. Çovdar payızlıq buğda və arpanın əkinlərində bitən alaq otları növündən yaranıb. Çovdar bizim eradan əvvəl I–II minillikdə Dnepr, Dnestr, Oka çaylarının hövzələrində, İsveçrənin, Macarıstanın, Danimarkanın ərazilərində becərilirdi. Çovdarın əkin sahələri barədə məlumata ilk dəfə XI – XII əsrlərin əlyazmalarında rast gəlmək mümkündür. O bir sıra Avropa ölkələrində geniş yayılmışdır.
== İstifadəsi ==
Çovdar unundan çörək bişirilir. O, buğdanın məhdudiyyətli istehsalı olan rayonlarda əsas çörək bitkisidir. Çovdar çörəyi spesifik dadı və qoxusu ilə seçilir.