ÖLDÜRÜLMƏ

Öldürülmək”dən f.is.
ÖLDÜRÜCÜ
ÖLDÜRÜLMƏK
OBASTAN VİKİ
Cimmi Raysın öldürülməsi
Semyuel Ceyms (Cimmi) Rays (ing. Samuel James Ryce; d. 26 sentyabr 1985-ci il, Florida, Homsted - ö. 11 sentyabr 1995-ci il, Florida, Redlend) — ABŞ-nin Florida ştatındakı Redlend şəhərində Xuan Karlos Çaves tərəfindən qaçırılan, təcavüz edilən və öldürülən amerikalı uşaq. 12 fevral 2014-cü il çərşənbə günü Çaves Şimali Floridadakı Florida Dövlət Həbsxanasında edam edildi. == Raysın qətli == Çaves (16 mart 1967 - 12 fevral 2014) Raysın öldürülməsində ittiham edildi və sonda hər şeyi etiraf etdi. 11 sentyabr 1995-ci ildə 10 yaşından 15 gün əvvəl 9 yaşlı Rays məktəbdən avtobusa minirdi. O 10 sinif yoldaşı ilə birlikdə yola düşdü və evinə bir blok qalmış avtobusdan düşdü. Çavesin etirafına görə, o, pikap ilə Raysın yolunu kəsdi və silah gücü ilə onu avtomobilə əyləşməyə məcbur etdi. Çaves Raysı təcavüz etdiyi treylerinə apardı.
Conbenet Remsinin öldürülməsi
Conbenet Remsi (ing. JonBenét Patricia Ramsey; d.6 avqust 1990-cı il, Corciya, Atlanta — ö. 25 dekabr 1996-cı il, Kolorado, Boulder) — ABŞ-də uşaq gözəllik müsabiqəsinin qalibi. 1996-cı ildə sərt bir cisimlə vurularaq və boğularaq öldürülmüşdür. Çoxsaylı versiyalara və fərziyyələr baxmayaraq, Remsinin qatili və ya qatilləri tapılmadı. == Bioqrafiyası == Conbenet Remsi 6 avqust 1990-cı ildə Corciya ştatının inzibati mərkəzi olan Atlanta şəhərində Con Bennett Remsi və Patrisiya Remsinin ailəsində dünyaya gəlib. Onun özündən böyük Bork adında bir qardaşı var idi. Conbenet bir yaşında ikən, 1991-ci ildə ailəsi Kolorado ştatı Boulder qəsəbəsindəki on beş otaqlı evə köçür. Atası proqram təminatının distributorluğu ilə məşğul olurdu, keçmiş "Miss Virciniya"(1977) titulu sahibi və "Miss Amerika" yarışmasında iştirak edən anası Patrisiya Remsi isə uşaqlara baxırdı – Conbenet və böyük qardaşına. Conbenet çoxsaylı uşaq gözəllik müsabiqələrində iştirak edib.
Hədis Nəcəfinin öldürülməsi
Hədis Nəcəfinin öldürülməsi (5 yanvar 2000, Kərəc, Tehran ostanı – 21 sentyabr 2022, Kərəc) — Məhsa Əminin öldürülməsindən sonra İranda başlayan etirazlarda iştirak edən 22 yaşlı azərbaycanlı Hədis Nəcəfinin İranın təhlükəsizlik qüvvələri tərəfindən 6 güllə ilə güllələnməsi. == Haqqında == Hədis Nəcəfi 5 yanvar 2000-ci ildə Kərəc şəhərində anadan olub. Anası və atası Miyanədən olan azərbaycanlılardır. Ailədə özündən böyük 3 bacısı və bir kiçik qardaşı var. Valideynləri Şərqi Azərbaycan ostanının Miyanə şəhərində anadan olublar. Hədis Nəcəfi dizayn üzrə təhsil alsa da Kərəcdə Mehrşəhr bölgəsində bir restoranda kassir kimi işləyib. Bəzi mənbələrə görə şairə və ədəbiyyatçı kimi tanınıb Şəxsi instaqram səhifəsində yerləşdirdiyi son videosunda "Hazırda etirazlara gedirəm ki, bir neçə il keçdikdən sonra sevinəm ki, etiraz aksiyalarında iştirak etmişəm və artıq indi hər şey dəyişib" deyib. Ölümündən əvvəl etiraz aksiyasında hicabsız dayanaraq sarı saçlarını yığıb önə atıldığını göstərən video ilə məşhurlaşıb. == Ölümü == 21 sentyabr 2022-ci ildə Kərəc şəhərində baş vermiş etiraz aksiyasında iştirak edən Hədis Nəcəfi sinəsindən, üzündən və boynundan 6 güllə yarası aldıqdan sonra yerindəcə keçinib 25 sentyabr 2022-ci ildə dəfn edilib. Ölümündən sonra İranda davam edən etiraz aksiyalarının simvollarından birinə çevrilib.
Məhsa Əmininin öldürülməsi
Məhsa Əmininin ölümü — İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən ölkədəki ən böyük problemlərdən biri olan geyimin, çadranın İslama uyğun olmamasından ötürü döyülərək öldürülən qadın. O, İran hökuməti polisi tərəfindən qondarma İslami rəhbərliyə görə həbs edilib, lakin iki saatdan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun davranışının yaratdığı şiddətli qorxuya görə o, həm beyin, həm də infarkt keçirib və komaya düşüb. O, İranda qadınlara qarşı təcavüz və zorakılığın ən məşhur qurbanlarından biridir.
Sergey Kirovun öldürülməsi
Sergey Kirovun qətli — 1934-cü il dekabrın 1-də Smolnıda Leninqrad partiya təşkilatının rəhbəri, Siyasi Büro, Orqbüronun üzvü və Ümumittifaq Bolşevik Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Sergey Mironoviç Kirovun qətli həyata keçirilib. Qətl Leonid Nikolayev tərəfindən törədilib. Nikolayev Kirova ilk sui-qəsd cəhdini 1934-cü il oktyabrın 15-də etməyi planlaşdırırdı. Həmin gün o, Kirovun Kamennoostrovski prospektindəki evinin yaxınlığında mühafizəçilər tərəfindən saxlanılsa da, partiya bileti və silah icazəsi təqdim edildikdən sonra sərbəst buraxıldı. 1934-cü il dekabrın 1-də saat 16:30 radələrində Nikolayev Kirovun Smolnıdakı evinin üçüncü mərtəbəsindəki dəhlizdəki kabinetinin yaxınlığında pusquya saldı və onun başına tapançadan atəş açdı. Qatil özünü ataraq intihar etmək istəsə də, huşunu itirdi. O, şok vəziyyətdə hadisə yerində saxlanılaraq 2 saylı psixiatriya xəstəxanasına yerləşdirilib və orada lazımi prosedurlar aparıldıqdan sonra axşam saat 9 radələrində özünə gəldi. Nikolayev və onun NKVD-dən olan tanışlarına qarşı “Leninqrad mərkəzi”nin rəhbərlik etdiyi gizli Zinovyev təşkilatında iştirak ittihamı ilə cinayət işi başlandı. NKVD-nin rəhbərləri Q.Yaqoda və onun müavinləri keçmiş müxalifətçilərin - Zinovyevin, Kamenevin və onların tərəfdarlarının Kirovun qətlində əli olması ilə bağlı Stalinin onlara tətbiq etdiyi versiyanı "yumşaq" təxribat etməyə çalışırdılar. Bununla belə, N. İ. Yejov çekistlərin narazılığına səbəb olaraq istintaqı “düzgün” istiqamətə yönəltdi.
Üsamə bin Ladenin öldürülməsi
Üsamə bin Ladenin öldürülməsi - (ing. Death of Osama bin Laden) Üsamə bin Ladenə qarşı həyata keçirilən hərbi əməliyat.
Əlinin öldürülməsi
Əlinin qətli və ya Əlinin öldürülməsi — xarici Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində Rəşidi xəlifəsi və Şiə İslamın birinci imamı Əli ibn Əbu Talibə qarşı törədilmiş sui-qəsd hadisəsi. Əli başına zəhərli qılıncla zərbə endirilməsindən iki gün sonra,:308 hicri təqvim ilə 40-cı ilin ramazan ayının 21-də (və ya 19-da), miladi təqvim ilə yanvar ayının 28-də 661-ci ildə aldığı yaralardan vəfat etmişdir. O, Ömər və Osmandan sonra sui-qəsdə uğramış ardıcıl üçüncü xəlifədir. Əli Osmanın 656-cı il tarixində sui-qəsd ilə öldürülməsindən sonra xəlifə olmuşdur. Buna baxmayaraq, o, Levant valisi I Muaviyə də daxil olmaqla müxtəlif fraksiyaların müxalifəti ilə qarşılaşdı. Erkən İslam dövlətində İlk fitnə adlanan vətəndaş müharibəsi baş verdi ki, bu da Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələnmişdir. Bu hadisələr xəlifə Osman ibn Əffanın sui-qəsd yolu ilə öldürülməsindən sonra başlamış və Əlinin dörd illik hakimiyyət dövrü boyunca davam etmişdir. 657-ci ildə baş vermiş Siffeyn döyüşündən sonra Əli I Muaviyə ilə arbitraja razılaşdıqdan sonra onun ordusunun içərisindən daha sonra xarici (mənası – "çıxıb gedənlər") adlandırılan bir qrup ortaya çıxdı.:390 Üsyan qaldıran xaricilər tərəfindən Əlinin bəzi tərəfdaşları öldürüdü. Buna baxmayaraq, Əlinin başçılıq etdiyi ordu onları 658-ci ilin iyul ayında baş verən Nəhrəvan döyüşündə darmadağın etdi.:260–261 İbn Mülcəmin Məkkədə xaricilərdən olan əl-Bərak ibn Abdullah və Əmr ibn Bəkr əl-Təmimi ilə görüşündən sonra onlar razılaşırlar ki, müsəlmanların o vaxtkı vəziyyəti Əlinin, I Muaviyənin və Misir valisi Əmr ibn əl-Asın günahıdır. Onlar dövrün "acınacaqlı vəziyyəti"ni dəyişdirmək və Nəhrəvanda öldürülən yoldaşlarının intiqamını almaq üçün bu üç nəfəri öldürmək qərarına gəlirlər.
Ənvər Sadatın öldürülməsi
1973-cü ilin 6 oktyabrı Misirdə Qələbə günü sayılır. Dördüncü Ərəb-İsrail müharibəsi bu gündə başlamışdı. Qələbənin ildönümü həmişə Qahirənin ətrafındakı Mədinət-Nəsr meydanında hərbi rəsm-keçidlə qeyd olunurdu. Rəsm-keçidə tamaşa etmək üçün mərkəzi tribunada ölkənin prezidentindən başqa, dövlətin ali rütbəli məmurları, fəxri qonaqlar və xarici diplomatlar əyləşmişdilər. 1981-ci ilin 6 oktyabrında təşkil edilən tədbir əvvəlki rəsm-keçidlərdən bir o qədər də fərqlənmirdi. Həmişəki kimi, Misir ordusunun qüdrəti nümayiş etdiriləcəkdi. Amma bu dəfə hərbi nazir Əbu-Qəzəlin xüsusi göstərişi ilə təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Ciddi surətdə göstəriş verilmişdi ki, rəsm-keçiddə iştirak edənlərin avtomat və pistoletlərində bir patron da olmamalıdır. Təhlükəsizlik orqanları bunun üçün məsuliyyət daşıyırdılar. Rəsm-keçidə bir gün qalmış əsgərlərə kazarmalardan çıxmaq qadağan olundu, hətta xəstələnən də buraxılmırdı.

Значение слова в других словарях