1. Çox bərk, çox şiddətli, amansızcasına. Ölüncə döymək.
– [Pərviz xan:] Doğrusunu de, yoxsa səni soyundurub bədəninə ölüncə çubuq vurduracağam.
2. Ölənə qədər. Ölüncə gözləmək.
– İyid odu namusunu atmasın; Dost ölüncə dosta yalan satmasın.
Hər zaman söylənib atan deyərdi: “Arvad tayfasıyla yoxam ölüncə!”
3. məc. Hədsiz dərəcədə, hədd bilmədən. Ölüncə yemək.