Mənbələrdə ört sözü “yanmaq, od” anlamlarında da işlədilib. Ütü, ütmək kəlmələri də ondan əmələ gəlib. Örtmək sözünün qədim mənası “isti eləmək” deməkdir. İndi məna bir qədər dəyişib. Ört sözünün sinonimi kimi göy kəlməsi olub, köz, kömür, kül, qovur, qayna kimi sözlər eyni kökdən əmələ gəlib. Hətta “səma” anlamını verən göy sözü də od, işıq (Günəşin, ulduzların, Ayın məskəni) mənası ilə əlaqədardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)