Dilimizdəki xırman sözü alınmadır, biz onun yerinə örtük kəlməsini işlətmişik. Bu söz “od, yandırmaq, qurutmaq” mənalarını əks etdirən ört feili zəminində əmələ gəlib. Səbəbi isə odur ki, dəni sünbüldən ayırmaq üçün torpağı qaydaya salarkən onu qurudublar ki, dən torpağa qarışmasın. (Bəşir Əhmədov. Etimologiya lüğəti)