Öyləqulu
Öyləqulu — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Öyləqulu kəndi Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Mehdili kəndi mərkəz olmaqla, Mehdili kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Oykonim Övliya Qulu adının təhrif olunmuş forması hesab edilir. Keçmişdə kəndin ərazisində müqəddəs hesab edilən Qulu piri olmuşdur. Kənd pirin adı ilə adlandırılmışdır.
Kənd Şirvan düzündə yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 796 nəfər əhali yaşayır.
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.