Qafqaz (jurnal)
Qafqaz (türk. Kafkasya, alm. Der Kaukasus) — Qafqaz siyasi mühacirlərinin 1951-ci ilin avqustundan 1952-ci ilin dekabrınadək Münhendə türk, ingilis və rus dillərində nəşr etdirdikləri jurnal.
== Tarixi ==
Vahid konfederatif Qafqaz dövləti yaratmaq ideyasını təbliğ edirdi. Əli xan Qantəmirin redaktorluğu ilə çıxan jurnal 1-ci sayındakı "Dava və qayəmiz" adlı baş məqaləsində yazırdı:
Jurnalda Qafqaz birliyi ideyasına, ərazidə yaşayan xalqların tarixi birliyinə, həmçinin çar Rusiyasının, sovet rejiminin Qafqazdakı siyasətinə dair elmi-publisistik materiallar dərc edilirdi. Əli xan Qantəmirin "Qafqaz" (1951, avqust, № l), Əhməd Nəbi Maqomanın "Qafqazın istiqlal mücadiləsi" (1951, avqust, № 1), Mirzə Bala Məmmədzadənin "Azərbaycanda ruslaşdırma siyasəti" (1952, iyun-iyul, № 11–12) və digər çoxsaylı məqalələrdə Qafqazın tarixi coğrafiyası, burada yaşayan xalqların adət-ənənəsi və yadellilərə qarşı birgə mübarizəsindən bəhs olunurdu.
== Mövzuları ==
"Qafqasyanın ən çox müraciət etdiyi mövzu sovet rejimi və ideologiyasının, bolşevizmin xalqlara gətirdiyi bəlaların tənqidi idi: Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycanda Aprel inqilabı" (1952, N9İ0), R. Trahonun "Şimali Qafqazda kollektivləşdirmə" (1952, Nell-12), M. H. Türkəqulun "Qızıl Rus imperiyası qan üzərində qurulmuşdur" (1952, N°14) məqalələri və s. Məhəmməd Əmin Rəsulzadənin "Qafqaz Konfederasiyası hərəkatı" (1951, N°2–3) və "Qafqaz məsələsi" (1952, Ne6–14) məqalələri Qafqaz birliyi ideyasımn proqramı adlandırıla bilər.
Mirzə Bala Məmmədzadənin "Milli istiqlal davamızın bugünkü səhifəsi" adlı yazısında (1952, avqust № 13) bir tərəfdən, rusların nəyin bahasına olursa-olsun, "vahid və bölünməz Rusiya" qurmaq niyyətləri ifşa edilirsə, digər tərəfdən, "milli istiqlal davamızı ruslarla bir bazarlıq mövzusu halına" gətirən qeyri-rus, o cümlədən Azərbaycan mühacirətinin yanlış mövqeləri tənqid olunur.
"Hər şeydən öncə — milli istiqlal" adlı başqa bir məqaləsində (1952, oktyabr, № 15) M. B. Məmmədzadə Amerika Komitəsinin sədri admiral Kerki "Sovetlərdəki millətlərin istiqlal haqqını şübhə altına aldığına" görə qınayaraq yazırdı: "Bizim üçün, hər şeydən öncə, milli istiqlalımız bəhs mövzusu olduğu halda və müqəddəs haqqımızın qeyd və şərtsiz tanınmasını tələb etdiyimiz halda, Amerika Komitəsinin siyasətinə tərcüman olan admiral Kerk bunun tam əksini id-dia edir, hətta daha irəli gedərək, "bir çox millətin qaynayıb-qarışıb tək bir millət" ola biləcəyini mümkün görür".