ÜRƏYİNCƏ

zərf İstədiyi, arzuladığı, ürəyində tutduğu kimi. Burnaşov çariçanın mərhəmət və ədalətindən danışır, camaatın güzəranına, qoşunların halına toxunmur.
Bu, Vaqifin ürəyincə deyildi. Çəmənzəminli.

□ Ürəyincə olmaq – istədiyi, arzuladığı kimi olmaq.
Fərmanın sözləri Baxış bəyin ürəyincə oldu. Ə.Abasov.
[Dustaq:] Mən elə iş axtarırdım ki, ürəyimcə olsun. H.Seyidbəyli.

ÜRƏYİNAZİKLİK
ÜRƏYİSINIQ

Значение слова в других словарях