ÜSYAN

(hərbi üsyan) mövcud hakim dairələrin əleyhinə, milli zülmətə qarşı və yaxud, hakimiyyətin ələ keçirilməyin başqa yolları olmadıqda, mövcud hakim dairələr müqavimətlə, zorakılıqla hakim resurslarını öz əllərində saxladıqları təqdirdə, hakimiyyəti ələ keçirmək məqsədi ilə sosial qrupun və ya insan kütlələrinin açıq kütləvi hərbi çıxış etməsi. İnqilab - Ü.-ı bunt, qiyam, putç və digər növ hərbi çıxışlar Ü.- ın növləri kimi fərqləndirilir.
ÜMUMİ SEÇKİ HÜQUQU
VAKANSİYA
OBASTAN VİKİ
Üsyan
Üsyan — hər hansı ictimai qrup və ya sinfin siyasi hakimiyyətə və ya dövlətə qarşı açıq silahlı çıxışı.
Üsyan (mahnı)
Üsyan - Azərbaycan musiqiçisi Qara Dərvişin Məktub albomuna daxil olan mahnısı. Mahnının sözləri, bəstəsi və aranjemanı Qara Dərvişə aiddir.
Ukrayna Üsyan Ordusu
Ukrayna Üsyan Ordusu (Ukr: Ukraїnska povstanska armіya/qısaca: UPA) - İkinci Dünya Müharibəsi zamanı Ukraynada nasistlərin dəstəyi ilə təşkil edilmiş və ölkədəki bütün etnik qruplara qarşı kütləvi qırğınlar və soyqırım hərəkatları ilə məşğul olan millətçi ordudur. 1942-ci ilin oktyabrında təşkil edilən ordu, xüsusilə 1943-cü ildə Ukrayna Reyx Komissarlığı ilə birlikdə ruslara, polyaklara, yəhudilərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə qırğın siyasəti həyata keçirmişdir. Ukrayna Üsyan Ordusunun ən mühüm təşkilatçılarından biri faşist Almaniyasının maliyyə dəstəyini alan Stepan Bandera idi. Millətçi Stepan Bandera, Taras Borovets (Taras Bulba) və Andrey Melnikin rəhbərlik etdiyi Ukrayna Üsyan Ordusu Ukrayna ərazisində İkinci Dünya Müharibəsi zamanı bir çox soyqırım hərəkatlarında, xüsusilə Volin qırğınında xüsusi rol oynamışdır. 1939-cu il sentyabrın 12-də, Varşavanın süqutuna az qalmış Hitler qatarda Polşa xalqı və Ukraynadakı polyakların taleyi haqqında xüsusi görüş keçirmişdir. Hitlerin planı SSRİ-nin sərhədində Asiya ilə Avropa arasında III Reyxə bağlı bir bufer zona yaratmaq idi. Berlinin bu kukla dövlətinin sərhədləri şimalda Litvanın paytaxtı Vilnüsdən başlayıb, cənubda isə Ukraynanın Qalisiya və Volin vilayətlərinə qədər uzanacaqdı. İclasda nasist admiralı və məxfi xidmət olan Abverin rəhbəri Vilhelm Kanaris, Almaniyanın xarici işlər naziri Ribbentropa ukraynalı millətçilərin təşkilatlanması, polyaklara və yəhudilərə qarşı qiyam şəklində yeni qırğın siyasətinin həyata keçirilməsindən danışmışdır. “Kanaris Memorandumu” kimi tanınan bu çıxışın sənədləri və alınan qərarlar 1945-ci ildə Nürnberq məhkəməsində sübut kimi təqdim edilmiş və Kanarisin edamında mühüm rol oynamışdır. İlk mərhələdə, 1939-cu ilin noyabrında 400 ukraynalı irqçi Komarne, Kirhendorfe Qakeshteyne və Abvera düşərgələrində təlimə başlamışdır.
Üsyan (Rövşən Abdullaoğlu)
Üsyan və ya tam adı ilə "Mən aləmlərə üsyan etmiş bir zərrəyəm" — Rövşən Abdullaoğlunun 2014-cü ildə nəşr edilmiş psixoloji kitablar silsiləsindən olan əsəri. Əgər məndən soruşsanız ki, “həbs düşərgəsində əldə etdiyin ən böyük təcrübə nədir?”. Mən deyərəm ki, “biz insanı indiyə kimi heç bir nəslin tanıya bilmədiyi, görə bilmədiyi bir halda-tam çılpaqlığı ilə tanıdıq”. “Bəs sənin tanıdığın bu insan əsl mahiyyəti ilə kimdir və sən onu necə tanıdın?” desəniz, deyərəm ki, “Bu insan hər an qərar qəbul edən azad iradəli bir varlıqdır. O insan hər bir şəraitdə son qərarı özü üçün saxlayır, son qərar həmişə onundur. Kitab 2014-cü ildə Bakıda Qədim Qala nəşriyyatında 256 səhifədə 60x90 ölçüsündə çap edilib. 2022-ci ildə kitab yenilənərək 2-ci dəfə təkrar nəşr edilib. Əsarət Qorxular "ÜSYAN" ( (az.)). qedimqala.az. 2016-07-27 tarixində arxivləşdirilib.
Mozambikdə islamçı üsyan
Mozambikdə islamçı üsyan — Mozambikin Kabu-Delqadu vilayətində hökumət ilə Mozambik qanunvericiliyini şəriət qanunlarına uyğunlaşdırmağa və beləliklə də ölkəni islam dövlətinə çevirməyə çalışan islamçı qruplaşmalar arasında silahlı münaqişə. Əsas fəal üsyançı qruplaşma "Ənsar əl-sünnə"dir. İslamçı yaraqlıların terror hücumlarının əsas hədəfi mülki şəxslər olmuşdur. 2018-ci ilin ortalarından etibarən İslam Dövləti Mərkəzi Afrika vilayətinin Mozambikin şimalında da fəallaşdığı iddia edilir. Qruplaşma 2019-cu ilin iyununda Mozambik təhlükəsizlik qüvvələrinə qarşı ilk hücumunu öz üzərinə götürmüşdür. 2020-ci ilin birinci yarısında 2019-cu ildə olduğu qədər hücumlar həyata keçirilmişdir.
Türkiyədə maoçu üsyan
Türkiyədə maoçu üsyan və ya maoçular tərəfindən xalq müharibəsi (türk. Halk savaşı) — 1970-ci illərin əvvəllərində Türkiyə hökuməti ilə maoçu üsyançılar arasında Türkiyənin şərqində davam edən aşağı səviyyəli üsyan. Üsyanın gərginliyi 1980-ci illərin sonu və 1990-cı illərdə azalmış, daha böyük Türkiyə–PKK münaqişəsi fonunda kənarda qalmışdır. Aşağı səviyyəli silahlı hücumlar maoçu üsyançı qruplaşmalar tərəfindən həyata keçirilməkdə davam edir. Bu qruplaşmalar arasında ən əhəmiyyətliləri Türkiyə Kommunist Partiyası/Marksist–Leninistin silahlı qanadı Türkiyə Fəhlə və Kəndlilərin Qurtuluş Ordusu (TFKQO), həmçinin Maoçu Kommunist Partiyasının silahlı qanadları Xalq Qurtuluş Ordusu (XQO) və Xalq Partizan Qüvvələridir (XPQ). 24 aprel 1972-ci ildə İbrahim Qaypaqqayanın başçılıq etdiyi radikal qrup tərəfindən Türkiyə Kommunist Partiyası/Marksist–Leninist (TKP/ML) təsis edilmişdir və onlar xalq müharibəsi elan etmişdilər. Buna baxmayaraq, bir il sonra Qaypaqqaya həbs edilmiş, işgəncələrə məruz qalmış və öldürülmüşdür. Partiya 1978-ci ildə ilk konfransını keçirmiş və partizan müharibəsi planını təsdiqləmişdir, lakin silahlı üsyan ideyası nəzəri olaraq qalmış və çox az irəliləyiş əldə edilmişdir. 17 may 1985-ci ildə TKP/ML İstanbulda milyonlarla televiziya tamaşaçısına axşam xəbərlərinin saundtrekini əvəz edərək təbliğat mesajı vermişdir. TKP/ML-nin hərbi qanadı olan Türkiyə Fəhlə və Kəndlilərin Qurtuluş Ordusu (TİKKO) 1970-ci illərin sonu və 1980-ci illər boyu əhalisi Maoist partizan müharibəsini qisas kimi görən Tunceli vilayətində silahlı və partizan hərəkətləri həyata keçirib.
Potyomkin zirehli gəmisində üsyan
"Potyomkin" zirehli gəmisində üsyan — 1905-ci il iyunun 14-də (27-də) başlanmış üsyan. Üsyan edən zirehli gəmi Odessaya gəldi; bu zaman Odessada ümumi tətil idi. Lakin Odessa fəhlələrinin və matrosların birgə çıxışı üçün yaranmış əlverişli şəraitdən istifadə edilmədi. Xeyli adamın həbs olunması nəticəsində Odessa bolşevik təşkilatı zəifləmişdi, onun daxilində birlik yox idi. Menşeviklər isə silahlı üsyanın əleyhinə idilər və fəhlələri, matrosları hücum mübarizəsindən çəkindirirdilər. Çar hökuməti "Patyomkin"də üsyanı yatırtmaq üçün bütün Qara dəniz donnmasını göndərmişdi. Lakin matroslar üsyan etmiş gəmiyə atəş açmaqdan boyun qaçırdılar. Buna görə də komandirlər eskadranı geri aparmağa məcbur oldular. On bir gün dənizdə dolaşdıqdan sonra ərzaqsız və kömürsüz qalan "Potyomkin" zirehli gəmisi çarəsizlikdən Rumıniya shillərinə gedib Rumıniya hökumət orqanlarına təslim oldu. Matrosların əksəriyyəti xaricdə qaldı.
Cəlali üsyanları
Cəlali üsyanları — XVI əsrdə Anadoluda Osmanlı dövlətinə qarşı baş vermiş qiyamlar. Bu hərəkat Osmanlı imperiyasında XVI əsrin 90-cı illərində başlamış və sonralar Azərbaycan ərazilərinə yayılmışdı. Cəlalilərin ayrı-ayrı dəstələri, onlara qoşulmuş şəhər və kənd yoxsulları yerli feodalların var dövlətlərini ələ keçiridilər. Müxtəlif tayfalar içərisindən çıxmış Cəlalili dəstə başçılarından biri Koroğlu idi. Xalq rəvayətinə görə, Səlmas yaxınlığındakı xaraba qala Koroğlu tərəfindən tikilmişdir. İlk dəfə Koroğlunu tarixi şəxsiyyət kimi Petruşevski təqdim etmişdir. O, yazırdı ki,"tarixi Koroğlu Ermənistanda və Azəbaycanda fəaliyyət göstərirdi". Koroğlunun silahdaşları Dəli Həsən, Giziroğlu Mustafa bəy, Kosa Səfər, Tanritanımaz, Abaza Paşa idilər. Koroğlunun tarixi şəxsiyyət olması haqqında o dövrdə yaşamış Əylisli Zəkəriyyənin "Qeydlərində", Övliya Çələbiyyənin "Səyahətnaməsində" və başqa əsrlərdə məlumatlar verilir.
David bəy üsyanı
1722–1730-cu illər Sünik üsyanı və ya Davud bəy üsyanı — David bəyin başçılığı ilə indiki Zəngəzur, Qarabağ və Naxçıvan Muxtar Respublikası ərazisində ermənilərin İran hakimiyyətinə qarşı üsyanı. Onlar 8 il ərzində regionda Hotaki hökmranlığını devirməyə nail olmuşdur. Xronoloji ardıcıllıqla Artsaxın azadlıq mübarizəsi (1724-1731) ilə üst-üstə düşür. Şərqi Ermənistanı o zamanlar Pakraduni, Sünik və Arranşahlar sülalələrindən olan zadəgan ailələrinin nümayəndələri, o cümlədən Həsən Cəlalyanlar, Dopyanlar, Proşyanlar, Orbelyanlar, Vaçutyanlar, Zəkəryanlar və Kürikilər idarə edirdilər. Onlar İranda "məlik" (ərəb. ملك‎; hökmdar). adlandırılırdılar. Raffi, "David bəy" (roman). Sero Xanzadyan, "Mxitar Sparapet" (roman). "David bəy" filmi, 1943, rejissor Amo Beəy Nəzəryan.
Davud bəy üsyanı
1722–1730-cu illər Sünik üsyanı və ya Davud bəy üsyanı — David bəyin başçılığı ilə indiki Zəngəzur, Qarabağ və Naxçıvan Muxtar Respublikası ərazisində ermənilərin İran hakimiyyətinə qarşı üsyanı. Onlar 8 il ərzində regionda Hotaki hökmranlığını devirməyə nail olmuşdur. Xronoloji ardıcıllıqla Artsaxın azadlıq mübarizəsi (1724-1731) ilə üst-üstə düşür. Şərqi Ermənistanı o zamanlar Pakraduni, Sünik və Arranşahlar sülalələrindən olan zadəgan ailələrinin nümayəndələri, o cümlədən Həsən Cəlalyanlar, Dopyanlar, Proşyanlar, Orbelyanlar, Vaçutyanlar, Zəkəryanlar və Kürikilər idarə edirdilər. Onlar İranda "məlik" (ərəb. ملك‎; hökmdar). adlandırılırdılar. Raffi, "David bəy" (roman). Sero Xanzadyan, "Mxitar Sparapet" (roman). "David bəy" filmi, 1943, rejissor Amo Beəy Nəzəryan.
Dekabristlər üsyanı
Dekabristlər üsyanı (rus. Восстание декабристов) — 14 dekabr 1825-ci ildə Rusiya imperiyasının paytaxtı Peterburqda baş vermiş dövlət çevrilişi cəhdi. XIX əsrin əvvəllərində Rusiyanın beynəlxalq vəziyyəti son dərəcə mürəkkəb idi. Tilzit sülh müqaviləsindən sonra da Rusiya müstəqil xarici siyasət yeritməkdə davam edirdi. 1812-ci ildə Çar ordusu Fransanı məğlub etdi. Napoleon üzərində qələbədən sonra Qərbi Avropa həyatı ilə tanış olmuş bəzi mütərəqqi fikirli rus zabitləri Rusiyada dəyişikliklər aparmaq uğrunda mübarizəyə başladılar. Milyonlarla kəndli, hələ də ağır təqiblərə məruz qalırdı. Avropada döyüşən rus əsgərləri, ölkələrinin dövlət quruluşunun, sosial həyatlarının və qurumlarının nə qədər geridə qaldıqlarını görmüşdülər. Çarlığın boyunduruğu altındakı xalqın böyük bir bölümünü təşkil edən kəndlilərin torpağa təhkimçiliyi saxlaması əsgərlər üçün narahat bir gərçək idi. I Aleksandrın təqibləri ve militarist rejimindən narazı olan əsgərlər, kəndlilər, cəmiyyətlər yeni çevrə yaratdılar.
Dirgen üsyanı
Dirgen üsyanı və ya Qara Qartal üsyanı – hal-hazırkı Tatarıstanın şərqi və Başqırdıstanın qərbində yerləşən bölgədə müharibə kommunizmi siyasətinə qarşı Yaşıl Ordu qrupları tərəfindən reallaşdırılan üsyan. Üsyan 4 fevral 1920-ci ildə Ufa quberniyasına bağlı Yanqa Yelan kəndində başlamışdır. Kəndlilərin artıq olan ərzaqlarının müsadirə edilməsinə qarşı çıxılması nəticəsində toqquşmalar yaşandı. Kəndlilər məhsullarını verməyi rədd etdilər və müsadirə bölmələrinə aid əsgərləri (prodotryad) üsyançılardan bəzilərini həbs etdilər. Bundan sonra meydana çıxan hadisələrdə kəndlilər bəzi prodotryad üzvlərini öldürdülər və üsyan dalğasını başlatdılar. 9 fevralda Minzele komitə rəhbəri və Zey mili rəisi üsyançılar tərəfindən öldürüldü. 10 fevralda kəndlilər Zeydəki Sovet təmsilçisini də öldürdülər. Üsyan Ufa quberniyasına bağlı Belebey, Kazan valiliyinə bağlı Çistopolski uyezdi və Samara quberniyasına bağlı Buqulminski uyezdinə də yayıldı. Üsyançıların liderinin adı I Milovanov idi. Qrupun şüarları "Rədd olsun kommunistlər və vətəndaş müharibəsi, yaşasın müəssislər məclisi!" Qara Qartal ikaraq da anılan kəndli üsyançıların sayı get-gedə artdı.
Dunqan üsyanı
Şansi və Qansuda Dunqan üsyanı — 1862-1869-cu illərdə dunqanların üsyanı. Eyni zamanda Çinin cənub-qərbindəki Yunnan əyalətindəki müsəlmanlar da üsyana qalxdılar. Üsyanın yatırılması bir qrup Çin dunqanlarının Rusiya imperiyası ərazisinə (müasir Qırğızıstan və digər Mərkəzi Asiya respublikaları ərazisi) və cənubi-qərbi Monqolustana köçməsinə səbəb oldu. Bu üsyan 8-15 milyon arası insan ölümünə səbəb oldu. Dunqanların bu çıxışı tarixin ən qanlı hərbi qarşıdurmalarından biri sayılır. Müsəlman çinlilər (dunqanlar) Tsin sülaləsinə qarşı dəfələrlə üsyana qalxmışdılar. Xüsusən, 1781 və 1783-cü illərdəki çıxışlar güclü olmuşdur. 1860-cı illərin əvvəllərində uğurlu üsyan daha mümkün görünməyə başladı. Çünki imperiya qüvvələri Taypin (1850-64) və eləcə də Çjan Losin tərəfindən qaldırılan Nyanjun üsyançılarına (1852-68) qarşı mübarizə aparırdı. Taypinlərin Şansiyə yaxınlaşdığını duyan yerli əhali və hökumət tərəfdarları rəsmi hakimiyyətin razılığı ilə könüllü dəstələr yaratmağa başlayır.
Düyü üsyanları (1918)
Düyü üsyanları (米騒動, kome sodo) – Yaponiyada düyünün bahalaşması səbəbilə 1918-ci ilin iyul-sentyabr aylarında baş vermiş iğtişaşlar. İğtişaşlar o qədər genişmiqyaslı idi ki, Terauçi Masatake kabinetinin istefasına səbəb olmuşdur. Düyü üsyanlarında 1–2 milyon nəfər iştirak etmiş və bir neçə prefektura istisna olmaqla, bütün prefekturaları əhatə etmişdir. Düyü üsyanları Yaponiyada bir çox məhsulun, xüsusilə düyünün qiymətində baş verən artım səbəbilə baş vermişdir. 1917-ci ilin əvvəlindən 1918-ci ilin iyununa qədər Osaka bazarında düyünün qiyməti 2 dəfə artmışdı. 1918-ci ilin avqust ayının ilk 10 günündə düyünün 50% bahalaşacağı proqnozlaşdırılmışdı. Düyünün qiymətində bu gözlənilməz artım iqtisadi çətinliklərə səbəb olmuş, əhalidə düyü tacirlərinə və hökumətə qarşı nifrət yaratmışdır. Çünki düyü tacirləri yerli ehtiyacları nəzərə almaq əvəzinə bazar imkanları güdürdülər, hökumət isə bu vəziyyətə müdaxilə etmirdi. Şikayətçilərin ilk qruplaşması Toyama prefekturasında yerləşən balıqçı qəsəbəsi Uozuda baş tutmuşdur. 23 iyul 1918-ci ildə balıqçıların həyat yoldaşları Osakaya düyü ehtiyatının göndərilməsinə etiraz etmək üçün toplanmışdırlar.
Göynük üsyanı (1807)
XIX yüzilliyin əvvəllərində xalq azadlıq mübarizəsinin ən şanlı səhifələrindən biri Şəkinin Baş Göynük kəndində yazılmışdı. Baş Göynük Şəki xanlığının ən böyük mahallarından biri idi. 1824-cü il siyahıya alınmasına görə burada 3433 nəfər əhali yaşayırdı. Şimali Qafqaza gedən dağ cığırları bu kəndin ərazisindən keçirdi. Ona görə də başlanan üsyan işğalçıları vahiməyə salmış, onları dərhal ciddi tədbirlər görməyə məcbur etmişdi. Şəkidə yerləşdirilmiş Kabardin — muşketyor polkunun mayoru Qrekovun Qafqazdakı rus qoşunlarının baş komandanı qraf Qudoviçə göndərdiyi 48 №-li raportda bu üsyan haqqında maraqlı məlumat var. Xoylu Cəfərqulu xanın Şəkiyə hakim təyin edilməsi yerli əhalinin narazılığını daha da artırdı. Cəfərqulu xan Rusiyanın müstəmləkəçilik siyasətini can-başla həyata keçirir, bu məqsədlə xalqı çapıb talamaqla kifayətlənmir, eyni zamanda onu təhqir edir və alçaldırdı. Cəfərqulu xanın Şəkiyə xan təyin edilməsi yerli əhalinin kəskin müqaviməti ilə qarşılandı.1807-ci il yanvarın 5-də Şəki əhalisi bu təyinata etiraz əlaməti olaraq bir neçə Rusiya əsgərini öldürdü. Qafqazdakı rus qoşunlarının baş komandanı qraf Qudoviç general-mayor Nebolsinə əhalini tərksilah etməyi, ən cüzi narazılıqları ciddi cəzalandırmağı tapşırdı.
Gürcüstan üsyanı (2009)
Gürcü qiyamı – 5 may 2009-cu ildə paytaxt Tiflisin 30 km şərqində, Gürcüstanın Muxrovani adlı məntəqəsində olan gürcü ordusu tank taborunun üsyanı. Üsyana qatılan hərbi qulluqçuların sayı dəqiq bilinmir. Üsyanın qaldırıldığı günün sonrakı saatlarında Gürcüstan Daxili İşlər Nazirliyi üsyançıların təslim olduqlarını açıqladı. Tabor komandanı da daxil olmaqla, liderlərindən bəziləri həbs edildi, digərləri qaçmağa nail ola bildi. Üsyan hökumətin Gürcüstanın sabitliyini pozmaq və Mixail Saakaşvilini öldürmək üçün rus dəstəkli sui-qəsd olduğunu iddiasını açıqladıqdan sonra meydana çıxdı. Gürcü səlahiyyətli şəxslər daha sonra süui-qəsd planı ilə əlaqəli ittihamlarını və Rusiyanın dəstəklədiyi iddialarını geri çəkdi. Gürcüstan 2008 Cənub Osetiya müharibəsindən sonra qeyri-sabitlikdən təsirlənmişdi. 2009-cu ilin aprel ayından etiraz mitinqlərində Gürcüstan rəhbəri Saakaşvilinin istefası istənilirdi. Mart ayında Demokratik Hərəkat – Birləşmiş Gürcüstan siyasi partiyasının 9 üzvü qanundan kənar silah saxladıqlarına görə həbs edildilər. Həmin dövrlərdə bir neçə üst səviyyəli hökumət nümayəndəsi Saakaşvilinin Cənubi Osetiya və Abxaziyanın separatçı bölgələrini rus hakimiyyətinə buraxan uöursuz müharibəni başlatdığına görə müxalifətə keçdi.
Gəncə üsyanı
Gəncə üsyanı (1231)
Gəncə üsyanı (1231)
Gəncə üsyanı və ya Usta Bəndər üsyanı — 1231-ci ildə Gəncədə Usta Bəndərin başçılığı ilə Xarəzmşahlara qarşı qalxmış üsyan. Hadisələrin şahidi olan tarixçi Nəsəvi yazırdı ki, Cəlaləddinin iqamətgahı olan Gəncədə xarəzmlilərin hakimiyyətinə qarşı üsyan əhvali-ruhiyyəsi çoxdan mövcud idi. Bu hərəkatda şəhər əhalisinin bir qismi fəal iştirak edirdi. Üsyana qalxmış əhali şəhər hakiminin sarayını dağıtdı, məmurlar və qulluqçular öldürüldü, şəhərdəki Xarəzm qornizonu məhv edildi. Cəlaləddinin üsyançılarla danışıqları bir nəticə vermədi, az sonra Cəlaləddin özü qoşun hissələri ilə Gəncə ətrafında məskən saldı və üsyançılara əminamanlıq vəd etdi. Lakin üsyançılar şəhərdən çıxaraq sultan ordusuna hücum etdilər. Amma Xarəzm ordusu üsyançıları geriyə çəkilməyə məcbur etdi. Cəlaləddin üsyanı yatırtdı, üsyan rəhbərlərindən 30 nəfəri edam etdirdi, Bəndər isə tikə-tikə doğrandı.
Gəncə üsyanı (1826)
Gəncə üsyanı - 27 iyul, 1826-cı ildə Gəncədə Rusiya müstəmləkəçiliyi əleyhinə güclü üsyan. 1826-cı il Gəncə üsyanı Gəncə xanlığının 1804-cü ildə Rusiya tərəfindən işğalından sonra çar üsul-idarəsinə qarşı ilk kütləvi çıxış idi. Üsyan rus qoşunları tərəfindən amansızlıqla yatırılıb.
Gəncə üsyanı (1920)
Gəncə üsyanı — Sovet işğalına qarşı 1920-ci il mayın 26–31-də Gəncədə baş vermiş xalq üsyanı. Üsyanın məqsədi Azərbaycanı sovet işğalından azad etmək, kommunistlərin özbaşınalığına son qoymaq idi. Bu üsyan XX əsrdə Azərbaycanın işğal edilməsinə qarşı baş vermiş ən böyük və ən çox itkiyə səbəb olmuş üsyandır. Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi. Üsyanın təşkilində başlıca olaraq, Azərbaycan ordusunun 1-ci piyada diviziyası, 3-cü Gəncə alayının şəhərdə olan bölmələri, 3-cü Şəki süvari alayının təlim komandası, bir topçu batareyası, diviziya qərargahına tabe olan komendant bölməsinin şəxsi heyəti iştirak edirdi. Qaçaq Qəmbər, Sarı Ələkbər, qaçaq Qasım Kolaxani, qaçaq Mikayıl və başqaları da öz silahlıları ilə birlikdə Gəncə üsyanında iştirak edirdilər. Üsyan etmiş orduya ətraf kəndlərin də ordusu qoşuldu. Onların sayı 10 min nəfərdən çox idi. Üsyan ərəfəsində şəhərin daxilində və ətrafında XI Qırmızı Ordunun XX atıcı diviziyasının hissələri mövqe tutmuşdu. Diviziyanın 178-ci və 180-ci atıcı alayları şəhərin erməni məhəlləsində, 3-cü briqadanın rabitə taboru və komendant bölməsi isə şəhərin azərbaycanlılar yaşayan məhəlləsində idi.
Gəncə üsyanı - 1920 (kitab)
Gəncə üsyanı – 1920 — Azərbaycanlı telejurnalist, araşdırmaçı yazar Xanlar Bayramovun 1920-ci il Gəncə üsyanı barədə sənədlər və materiallardan ibarət tədqiqat kitabı. Kitab sovet işğalına qarşı 1920-ci il mayın 26-31-də Gəncədə baş vermiş xalq üsyanını əks etdirir. Azərbaycanın işğal edilməsinə, onun dövlət müstəqilliyinə son qoyulmasına qarşı xalqın kütləvi və mütəşəkkil müqaviməti burada sənədlər və materiallarla təsvir olunur. Üsyan 1920-ci il mayın 24-dən 25-nə keçən gecə Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq başlanıb. Ağır zərbədən sarsılan istiqlal mücahidləri Gəncəyə toplaşaraq üsyana qalxdılar. Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi. Mayın 23-də üsyan başçılarının sonuncu müşavirəsi keçirildi. Müşavirədə Azərbaycan ordusunun təchizat rəisi general Məhəmməd Mirzə Qacar, 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, 3-cü Şəki süvari alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyli və başqaları iştirak edirdilər. İlk dəfə Bakıda 2010-cu ildə Ləman nəşriyyatında, 2019-cu ildə isə Bakı Kitab Klubunda 280 səhifədə təkrar nəşr edilib. Kitabın təkrar çapına Yüksəl Bağırov da dəstək olub.
Gəncə üsyanı – 1920 (kitab)
Gəncə üsyanı – 1920 — Azərbaycanlı telejurnalist, araşdırmaçı yazar Xanlar Bayramovun 1920-ci il Gəncə üsyanı barədə sənədlər və materiallardan ibarət tədqiqat kitabı. Kitab sovet işğalına qarşı 1920-ci il mayın 26-31-də Gəncədə baş vermiş xalq üsyanını əks etdirir. Azərbaycanın işğal edilməsinə, onun dövlət müstəqilliyinə son qoyulmasına qarşı xalqın kütləvi və mütəşəkkil müqaviməti burada sənədlər və materiallarla təsvir olunur. Üsyan 1920-ci il mayın 24-dən 25-nə keçən gecə Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq başlanıb. Ağır zərbədən sarsılan istiqlal mücahidləri Gəncəyə toplaşaraq üsyana qalxdılar. Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi. Mayın 23-də üsyan başçılarının sonuncu müşavirəsi keçirildi. Müşavirədə Azərbaycan ordusunun təchizat rəisi general Məhəmməd Mirzə Qacar, 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, 3-cü Şəki süvari alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyli və başqaları iştirak edirdilər. İlk dəfə Bakıda 2010-cu ildə Ləman nəşriyyatında, 2019-cu ildə isə Bakı Kitab Klubunda 280 səhifədə təkrar nəşr edilib. Kitabın təkrar çapına Yüksəl Bağırov da dəstək olub.
Hmelnitski üsyanı
Xmelnitski üsyanı — bugünkü Ukrayna ərazisində 1648-dən 1657-ci ilə qədər davam edən üsyan hərəkatı. Ataman Boqdan Xmelnitskinin komandanlıq etdiyi Zaporojye kazaklarının və müttəfiqləri olan Krım tatarları və yerli ukraynalıların Polşa və Litva qüvvələrinə qarşı azadlıq müharibəsidir. Üsyan müvəffəqiyyətli oldu, Kazak Hetmanlığı quruldu və Polşanın bölgədəki təsiri azaldı. Sonralar bölgənin rus təsirinə girməsi daha asan oldu. Bu yəhudi tarixi və demoqrafiyasında xüsusi əhəmiyyət kəsb edir. Qiyam Bogdan Hmelnitsky qüvvələri tərəfindən Zaporojyanın tutulması ilə başladı. Sonra Kazaklar, tatar qüvvələri 1648-ci ilə qədər Polşa-Litva Birliyinə qarşı qələbələr qazandı və müstəqil oldular. Böyük Şimal müharibəsinin başlaması əvvəlcə Kazaklar üçün müsbət hadisə olsa da, davamı gəlmədi, zamanla rus hakimiyyəti altına daxil oldular.
II Vaçenin Sasanilərə qarşı üsyanı
II Vaçenin Sasanilərə qarşı üsyanı — 457-463-cü illərdə alban hökmdarı II Vaçenin zərdüştlükdən vaz keçərək başlatdığı Sasanilərə qarşı üsyanıdır.
Jakeriya üsyanı
Jakeriya üsyanı (fr. Jacquerie, adını feodalların kəndlilərə verdiyi "sadəlövh Jak" ləqəbindən götürmüşdür) - Fransanın şimal-şərqində 1358-ci ildə, I Yüzillik müharibə dövründə, başçısı Gilyom Kal olan antifeodal kəndli üsyanı. Üsyan ağır feodal əsarəti, iqtisadi dağıntı, muzdlu qoşunların soyğunçuluğu nəticəsində baş vermişdir. Üsyan mayın 28-də Sen-Lyed'Esseran rayonunda başlandı. Əsas kütləsi kəndlilər olan üsyançılara sənətkarlar, xırda tacirlər, kənd ruhaniləri qoşulsalar da, şəhər əhalisi qoşulmadı. Üsyançılar dvoryanların qəsrlərini, evlərini, malikanələrini dağıdır və yandırır, mükəlləfiyyət sənədlərini məhv edir, özlərini isə öldürürdülər. Sadalan hadisələrdən sonra zadəganlar üsyanın başçısı Gilyom Kalı aldadaraq danışığa dəvət edib əsir alırlar və edam edirlər. Bununla da üsyan amansızlıqla yatırılır. Təqribən 20.000 nəfər üsyançı məhv edildi. Zəif təşkil olunmuş və uzunmüddətli mübarizəyə hazır olmayan kəndlilər arasında birliyin olmaması üsyanın yatırılma səbəbləridir.
Kamboca üsyanı (1820)
1820-ci il Kamboca üsyanı — Kambocada Kay adlı rahibin başçılıq etdiyi vyet əleyhinə üsyan. 1819-cu ildə khmer işçiləri Vyetnam Vinh Te kanalını yenidən qurmağa məcbur olmuşduar. Khmer işçiləri ağır iş şəraitində istismar edilmiş, bu da kanalın tikintisi zamanı yorğunluqdan və nəticədə xəstəlikdən minlərlə insanın ölümünə səbəb olmuşdur. Fövqəltəbii güclərə sahib olduğunu iddia edən, əslən Vatsambaurdan olan rahib Kay vyetnamlılara qarşı üsyan qaldırmışdır. Kay khmerlər üçün müqəddəs Baphnumu tutmuş və özünü kral elan etmişdir. Onun ardıcıllarının çoxu Teynin ətrafındakı ərazidə xidmətə götürülmüşdür. Bir çox buddist rahiblər onun qüvvələrinə qoşularaq vyetnamlıları öldürmüşdür. Üsyançılar Pnompenə doğru yürüş etmiş, üç Kamboca generalı – Tyaophraya Tey, Narin Kol və Nayke onlara qoşulmuşdur. Kral II Anq Tyan paytaxtdan qaçmaq istəmiş, kömək almaq üçün Sayqona məktub göndərmişdir. Vyetnam ordusu üsyançıları məğlub etmiş, onların çoxunu öldürmüşdür.
Kamboca üsyanı (1840)
1840-cı il Kamboca üsyanı — Kambocada, Preyvenq və Baphnum ətrafında Vyetnam əleyhinə üsyan. 1840-cı ildə Kamboca kraliçası Anq Mey vyetnamlılar tərəfindən taxtdan salınmış, həbs olunmuş, qohumları və kral reqaliyası ilə birlikdə Vyetnama köçürülmüşdür. Bu hadisədən qəzəblənən bir çox Kamboca əyanı və onların ardıcılları Vyetnam hakimiyyətinə qarşı üsyan qaldırmışdır. Üsyançılar Kamboca taxtına başqa bir iddiaçı şahzadə Anq Zıonqu dəstəkləyən Siama müraciət etmişdir. III Rama cavab vermiş və Anq Zıonqu taxt-taca oturtmaq üçün siam qoşunları ilə birlikdə Banqkokdakı sürgündən azad etmişdir. Vyetnamlılar həm Siam qoşunları, həm də Kamboca üsyançıları tərəfindən hücuma məruz qalmışdı. Daha da pisi, Koxinxinada bir neçə üsyan baş vermişdir. Əsas Vyetnam qüvvəsi bu üsyanları yatırmaq üçün Koxinxinaya yürüş etmiş. Vyetnamın yeni imperatoru Thyeu Tri sülh əsaslı həll yolu axtarmağa qərar vermişdir Trantay general-qubernatoru Trıonq Min Zyanq geri çağırılmışdır. Zyanq həbs olundu və daha sonra həbsxanada intihar etdi.
Karpoş üsyanı
Karpoş üsyanı — 1689-cu ilin oktyabrında Mərkəzi Balkanlarda Osmanlı dövlətinin əleyhinə baş vermiş xristian üsyanı. Güman olunur ki, üsyanın lideri Karpoş o zamanlar Osmanlı dövlətinin tərkibinə daxil olan Makedoniyanın Voyniça kəndində Peter adı altında anadan olub. O, gənc yaşlarında Valaxiyada mədənçi olaraq işləmiş, daha sonra Rodop dağlarına gedərək Bolqarıstan ərazisindəki Dospat şəhərində məskunlaşmışdır. O, nüfuzlu oğru idi. Müqəddəs Roma İmperiyasının ordusu Balkanlarlarda üstünlük əldə etdikdən sonra Karpoş müasir Bolqarıstan və Serbiyanın sərhədində yerləşən Znepola gələrək Osmanlılar əleyhinə müqavimət hərəkatının təşkilatçısı olur. 1683-cü ildə Avstriya, Polşa, Venesiya və Rusiya (sonralar) tərəfindən yaradılan Müqəddəs İttifaq Vyana döyüşündə Osmanlı ordusunu məğlubiyyətə uğradır. Bu hadisədən sonra Osmanlı dövləti Mərkəzi Avropadan sürətlə geri çəkilmək məcburiyyətində qalır. Məğlubiyyət və xaotik vəziyyət Mərkəzi Balkanlarda, xüsusilə də Karpoş üsyanının başlandığı Skopye və Nis ərazisində Osmanlı dövlətinin nüfuzunu zəiflədir. 1689-cu ilin oktyabrında Skopye ərazisinə gələn Avstriya ordusunun komandanı general Pikkolomini yerli kəndlilər tərəfindən sevinclə qarşılanır. Elə həmin gün Pikkolomini rəhbərlik etdiyi ordunu geri çəkir və oktyabrın 26-sı şəhəri yandırır.
Koçkiri üsyanı
Koçkiri üsyanı – 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Hökumətinə qarşı Koçgiri, Pezgavır, Maksudan, Aslanan, Kurmeşan, Parçikan, Cenbergan tayfalarının tərəfindən qaldırılmış kürd üsyanıdır. 1920-ci ilin əvvəlində Baytar Nuru, Yellicə nahiyəsində Hüseyn Abdal, Cangaben və Kurmeşan kimi tayfaların rəisləriylə birlikdə yığıncaq təşkil edərək Sevər Andlaşmasının tətbiq olunmasını və Diyarbakır, Van, Bitlis, Elazığ, Dərsim və Koçgiridən ibarət olan ərazilərdə müstəqil kürd dövləti qurulmasını qərarlaşdırmışdır. Üsyançılar iyul ayında Pərdəyənin Çulfa Əli polis bölməsinə və Şadan tayfa rəisi Paşo da Rifahıyaya hücum etmişlər. Türkiyə hökumətinin üsyanı diplomatik yolla həll etməsi ilə bağlı atdığı addımlar bir təşəbbüs vermədikdən sonra Türkiyə Böyük Millət Məclisi Hökumətinin təyin etdiyi Topal Osman Ağanın başçılığı altında ərazilərə ordu yeridilir və ümumilikdə üç ay davam edən üsyan tamamilə yatırılır. Nuri Dersimi:Kürdistan Tarihinde Dersim, Halep, 1952, (Komkar Yayınları, Köln, 1988) Hıdır Göktaş: Kürtler, İsyan-Tenkil, İstanbul, 1991 Faik Bulut: Dersim Raporları, İstanbul, 2005, ISBN 975-6106-02-6 Uğur Mumcu, Kürt – İslam Ayaklanması 1919-1925, Tekin Yayınları, İstanbul, 1991, s.33-40.
Krokanlar üsyanı
Krokanlar üsyanı (fr. Jacquerie des croquants) - Fransada dövlət vergiləri və feodal mükəlləfiyyətlərinin artırılmasına qarşı 1592-1598, 1624, 1636- 1637-ci illərdə baş vermiş kəndli üsyanlarıdır. "Gəmiricilərə qarşı" harayı üsyanın başlanmasına çağırış oldu. Xalq zadəganları, iltizamçıları və məmurları "gəmiricilər" adlandırırdı. Bu üsyanlardan qorxuya düşən zadəganlar ara müharibələrini dayandırıb, kralın ətrafında sıx birləşdilər. Krokanların üsyanları kral qoşunları və zadəgan dəstələri tərəfindən yatırıldı. Məktəblinin tarix lüğəti Bakı,2011, səh.189.
Kubanda Noğay üsyanı
Kubanda Noğay üsyanı — bozqırlarda köçəri həya sürən noğayların Rusiyanın işğalçılıq siyasətinə qarşı son əhəmiyyətli müqavimətləridir. 1783-cü ildə baş vermişdir. Üsyanın məğlubiyyətlə nəticələnməsi Qafqazın şimal hissəsinin slavyanlaşdırılma yol açmış və Qafqazın Rusiya tərəfindən ələ keçirilməsinin əsasını qoymuşdur. Üsyanın səbəbi Krımın Rusiya imperiyasına ilhaq edilməsi və bu ətraflarda yaşayan noğayların buradan Ural ətrafına köçürülməsi planları olmuşdur. Üsyan bir neçə ay ərzində Aleksandr Suvorovun komandanlığı altındakı ordu tərəfindən qəddarlıqla yatırılmışdır. Qara dənizin şimalındakı noğaylar demək olar ki, 300 il idi ki, Krım xanlığından asılı idilər. Krım xanlığı da öz növbəsində Osmanlı imperiyasından vassal asılılığında idi. Kuban noğayları şərqə uzaq olduqları üçün digər yaxın qruplara nisbətən daha müstəqil idilər. Rusiya tədricən noğayları cənuba doğru sıxışdırmağa başladılar. 1768-1774-cü illər Rus-Türk müharibəsinin nəticəsində Krım xanlığı Osmanlı asılılığından çıxdı, lakin əslində Rusiyanın vassallığına keçdi.
Kumul üsyanı
Kumul üsyanı — 1931-1934-cü illəri əhatə edən və Haminin uyğur əhalisinin çıxışları ilə başlayan Çin Respublikasının Sincan əyalətindəki müsəlman xalqların milli azadlıq hərəkatı. Üsyanın əsas hərəkətverici qüvvəsi uyğurların milli və islami birlikləri olsa da, onun tərkibi çoxmillətli idi. Əsasən Şərqi Türkistanda yaşayan müsəlman xalqlar: qazaxlar, qırğızlar və hueylər üsyanda iştirak edirdi. Sincan əyalətinin valisi Sin Şurenin Şərqi Türkistandakı muxtar Kumul və Turfan xanlıqlarını ləğv etməsi və mürtəce siyasət yürütməsi Hacı Niyazi Xocanın rəhbərliyi ilə 1931-ci il fevralın 20-də uyğur üsyanın başlamasına səbəb oldu. Əvvəlcə üsyan Komul bölgəsini əhatə etdi, sonra Mahmud Muhitinin rəhbərlik etdiyi Turfana da yayıldı. Demək olar ki, paralel olaraq, Məhəmməd Əmin Buğra və Sabit Damollanın rəhbərliyi ilə Xotanda üsyana qoşuldu. Qısa müddət sonra Şərqi Türkistanın digər bölgələrini də: Qaşqar və Külçəni də üsyan alovu bürüyür. Huey hərbi birliklərinin komandiri general Ma Çonq Sincan valisi Sin Şureni devirmək istəyirdi. Homindan isə Sovet İttifaqı ilə əlaqələri səbəbiylə Şurenin dəyişməsini istəyirdi və buna görə də Sini qubernator kimi tanıdığını göstərərək, üsyana ilk vaxtlarda müdaxilə etmədi. Üsyan genişləndikcə uyğur üsyançıları qırğız üsyançıları ilə birlikdə ayrı-ayrılıqda müstəqillik mübarizəsinə başladıqda genişmiqyaslı döyüşlərə çevrildi.

Значение слова в других словарях