ÜZR

\[ər.\] сущ. 1. уьзуьр; üzr istəmək (diləmək) уьзуьр кӀан хьун, вичи авур тахсир ва я пис гьерекатдилай гъил къачун хагьиш авун; 2. багьна, себеб, делил; üzr gətirmək тахсиркар туширди субут авун патал себеб къалурун, делилар гъун, субут авун; 3. нукьсан, айиб; 4. кил. üzr yeri; üzr yeri гьуьзуьрдин чка, кьейи чка, тазият.
ÜZMƏK¹
ÜZRƏ
OBASTAN VİKİ
Üzr videosu
Üzr videosu — məşhur birinin ictimai tənqid və ya əks reaksiyadan sonra üzr istədiyi video. İnternet məşhurlarının üzr istəməsi və ya tənqid və ya əks reaksiyaya video şəklində cavab verməsi adi haldır. Xüsusilə YouTuberlərdən üzrxahlıq videoları bir janr kimi təsvir edilmişdir və platformada mem olmuşdur. Onların əksəriyyəti izləyicilərin rəğbətini qazanmaq üçün məqsədyönlü şəkildə təşkil edilir. Üzrxahlıq videosunu çəkən şəxslər izləyicilərinə uyğunluq, orijinallıq və ya səmimilik göstərmək üçün makiyaj etməməyi, saçlarını səliqəsizləşdirməyi və ya ağlayırmış kimi davranmağı seçə bilər. Xüsusilə videonun əvvəlində məcburi ah çəkmə də tez-tez olur. Çəkiliş yeri ilə əlaqədar olaraq, çoxları videolarında hər hansı bir zənginlik göstərməkdən qaçmaq və daha orijinal görünüş və hiss yaratmaq üçün zəif və ya təbii işıqlandırmadan istifadə etmək istəyə bilər. Bununla üzrxahlıq videosunu çəkən şəxs zəiflik nümayiş etdirmək və auditoriyası ilə arasındakı güvən səviyyəsini artırmaq istəyir. YouTube-da üzr videolarının uzunluğu bir dəqiqədən bir saata qədər dəyişir və adətən qeyri-müəyyən adlandırılır. Bu videoların miniatürü adətən sözügedən YouTube istifadəçisini minimal və ya heç makiyajsız halda səmimi, gözləri yaşla dolu bir ifadə ilə göstərir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi — Azərbaycan Respublikasında dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yenidən qurulan dövlətin dəyərlər sisteminin dəqiqləşdirilməsi mürəkkəb daxili və beynəlxalq vəziyyətdə dövlət quruculuğuna başlayan ölkəmiz üçün müstəsna əhəmiyyətə malik idi. Belə bir zamanda dövlətin dinə, eləcə də ölkədə fəaliyyət göstərən fərqli dini konfessiyalara və icmalara münasibətinin prinsipial məqamlarının müəyyənləşdirilməsi vacib hesab edilirdi. Müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət-din münasibətləri sisteminin əsas prinsipləri, bu sahəni tənzimləyən qanunvericilik bazası uğurla formalaşdırıldı. Ulu Öndərimizin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük və tarixi xidmətlərindən biri də 21 iyun 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasıdır. Dövlət Komitəsinin qarşısına Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsi və digər vəzifələr qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 994 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 957-i İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.
Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi — Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 765 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi adı altında fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə onun əsasında "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" (bundan sonra – Agentlik) publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli Fərmanı ilə Agentliyin Nizamnaməsi təsdiq edilmişdir. Fərmana əsasən Agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri icbari tibbi sığorta fondunda cəmləşdirən, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirən və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən qurumdur. Agentlik tərəfindən icbari tibbi sığorta sisteminin tətbiqi pilot layihə olaraq 2017–2019-cu illər ərzində Mingəçevir və Yevlax şəhərlərində, Ağdaş rayonunda həyata keçirilmişdir. Pilot layihənin həyata keçirilməsi bu sahədə mümkün problemlərin aşkarlanmasına, səmərəli həll yollarının tapılmasına və təcrübənin əldə edilməsinə imkan vermişdir. Layihə müddətində əhalidən sığortahaqları toplanılmayıb. Pilot layihənin müvəffəqiyyətlə nəticələnməsi onun bütün ölkə üzrə tətbiqinin reallaşmasına zəmin yaratdı. Nəticədə Nazirlər Kabinetinin 10 aprel 2020-ci il tarixli 136 nömrəli Qərarına əsasən icbari tibbi sığortanın ölkə üzrə 3 mərhələdə tətbiq edilməsi təsdiqləndi.
Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik
Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik — Azərbaycan Respublikası Prezidentin 1996-cı il 12 iyul tarixli 471 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılmışdır. 2021-ci ildə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2021 tarixli Fərmanı ilə Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik ləğv edilib və agentliyin balansındakı əmlak ANAMA-nın balansına verilib. Məmmədоv Əli Abdulla оğlu — 1997-2021 Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərə külli miqdarda maddi ziyanın vurulmasını, həmin ərazilərdə dinc əhalinin əmlaklarının talanmasının kütləvi xarakter daşıdığını və ölüm təhlükəsi nəticəsində ata-baba torpaqlarını tərk edən qaçqınlara gələcəkdə öz yerlərinə qayıtmaqları üçün normal şəraitin yaradılması zərurətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılmışdır. Dövlət Komissiyası üzərinə düşən vəzifələrin yerinə yetrilməsində Azərbaycan Respublikasının Prezidenti qarşısında cavabdehdir və fəaliyyəti haqqında mütəmadi olaraq ona hesabat verir. Dövlət Komissiyası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarını, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini, habelə bu Əsasnaməni rəhbər tutur. Dövlət Komissiyası öz fəaliyyətini müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqəli şəkildə həyata keçirir. Dövlət Komissiyasının əsas vəzifəsi hərbi işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasını təşkil etməkdir. Dövlət Komissiyası, müharibə nəticəsində Azərbaycan Respublikasının torpaqlarına, yaşayış məntəqələrinə və digər obyektlərə dəymiş zərərin müəyyənləşdirilməsi, dağılmış obyektlərin bərpa edilməsi və yenidən qurulması proqramlarının layihələrinin tərtib edilməsi üçün müvafiq orqanlara tapşırıq verir. Komissiya, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarını, habelə aidiyyatı olan ictimai birlikləri cəlb etməklə, işçi orqan tərəfindən hazırlanmış bərpa və yenidənqurma proqramlarının layihələrini müzakirə edir və onları təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. Bərpa və yenidənqurma proqramını həyata keçirmək məqsədi ilə vəsait toplanması üçün beynəlxalq təşkilatlar, xarici dövlət və qeyri-dövlət qurumları ilə ardıcıl iş aparılır.
Azərbaycan Rеspublikasının Kоrrupsiyaya qarşı mübarizə üzrə Kоmissiyası
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya (bundan sonra "Komissiya") "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə uyğun olaraq yaradılmışdır və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir. Komissiya öz fəaliyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur və korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikası Milli Məclisini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini mütəmadi olaraq məlumatlandırır. Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri həyata keçirir. Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılır. Katiblik Komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi, Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması, kargüzarlıq və digər işlərin aparılması üzrə fəaliyyəti həyata keçirir. Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır. Komissiyanın iclasları mütəmadi olaraq, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir. Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək; Korrupsiyaya qarşı mübarizənin vəziyyətini və səmərəliliyini təhlil etmək; Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramlarının icrasına nəzarəti həyata keçirmək; "Korrupsiyaya qarşı mubarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatları qəbul etmək; "Korrupsiyaya qarşı mubarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatların təqdim edilməsinə nəzarəti həyata keçirmək; Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və müvafiq dövlət orqanlarına təkliflər vermək, habelə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsin konfidensiallığını təmin etmək; Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq etmək; Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək, dövlət proqramlarının icrasına nəzarəti həyata keçirmək.
Azərbaycan millisi 2013-cü il Şahmat üzrə Avropa çempionatında
2009-cu il oktyabr ayının 21-də Polşanın paytaxtı Varşava şəhərində şahmat üzrə sayca on doqquzuncu Milli komandalar arası Avropa çempionatı təşkil olunmuşdur. Yarışda 38 kişi və 32 qadın kollektivi mübarizə aparmışdı. Turnirdə kişilər arasında 189, qadınlar arasında isə 160 idmançı iştirak edirdi ki, bunların da hər biri FİDE reytinqinə sahib idi. Çempionat 9 turdan ibarət idi və İsveçrə sistemi ilə keçirilirdi. Turnirin orta reytinq göstəricisi 2570 idi. Turnirin baş hakimi isə Aleksandr Sokolski idi. Kişilərdən ibarət milli komandamız ilk görüşünü İsveç millisinə qarşı keçirmiş və bu oyun bərabər, 2–2 hesabı ilə yekunlaşmışdır. Qadınlardan ibarət milli komandamız isə ilk görüşünü Ukrayna millisinə qarşı keçirmiş və bu oyun 1–3 hesabı ilə millimizin məğlubiyyəti ilə yekunlaşmışdır. Çempionat Polşanın paytaxtı Varşava şəhərinin mərkəzində yerləşən "Novotel Warszawa Centrum" hotelində keçirilmişdir. Həmçinin otel çempionatın təşkilatçısı və tərəfdaşı sayılırdı.
Azərbaycan millisi 2017-ci il Şahmat üzrə Avropa çempionatında
2017-ci ilin oktyabrın 27-də Yunanıstanın Krit adasında şahmat üzrə sayca iyirminci Milli komandalar arası Avropa çempionatı təşkil edilmişdir. Çempionatın oyunları Creta Maris Beach Resort-da yerləşən konfrans zalında təşkil edilmişdi. Açılış mərasimindən sonra millilərin kapitanları ilə məhz bu zalda görüş təşkil edilmişdir. Yarışda 40 kişi və 32 qadın kollektivi mübarizə aparırdı. Turnir 9 turdan ibarət olaraq İsveçrə sistemi ilə keçirilirdi. Bütün kişi və qadınlardan ibarət millilərə 4 əsas oyunçu və 1 ehtiyat oyunçu ilə yarışa qatılmağa icazə verilirdi. Azərbaycanın kişilərdən ibarət milli komandasına kapitan kimi Eltac Səfərli qadınlardan ibaət milliyə isə Fikrət Sideifzadə başçılıq edirdi. Turnirin qaydalarına əsasən oyunçular yalnız 30-cu gedişdən sonra heç-heçəyə razılaşa bilərdilər. Əgər hər hansı qrosmeyster bu qaydanı pozduğu halda cəzalandırılacaqdır. Bundan başqa hər hansı şahmatçı oyun mamasına başlanğıcdan etibarən 15 dəqiqə ərzində masaya yaxınlaşmadığı halda bu onun məğlubiyyəti ilə nəticələnirdi.
Açıq hovuz üzgüçülüyü 2017 Su idman növləri üzrə Dünya Çempionatında – Kişilər 5 km
Kişilər 5 km — 2017 Su idman növləri üzrə Dünya Çempionatında 15iyul 2017-ci il tarixində keçirilən yarışdır. Yarışa 10:00-da start verilmişdir.
BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı
UNESCO (UNESCO — United Nations Educational, Scientific and Cultural Organization) – Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur. Təşkilat 16 noyabr 1945-ci ildə yaradılmışdır, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşmişdir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir. UNESCO-nun nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilmiş, 4 noyabr 1946-cı ildə qüvvəyə minmişdir. Hal-hazırda dünyanın 194 ölkəsi bu təşkilatın üzvüdür. UNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır. 1972-ci ildə UNESCO tərəfindən "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya" qəbul edilmişdir. Bu Təşkilatın Nizamnaməsi 1945-ci ilin noyabr ayında Londonda 44 ölkən nümayəndəsinin qatıldığı toplantıda qəbul edilmişdir.
BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransı
BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransı (ing. United Nations Conference on Trade and Development, UNCTAD) — BMT Baş Məclisinin orqanı. Konfrans 1964-cü ildə təsis edilmişdir. UNCTAD-ın mərkəzi Cenevrədə yerləşir. Bu gün konfrans 195 ölkəni əhatə edir. UNCTAD qərarları qətnamə şəklində qəbul edilir və məsləhət xarakterlidir. UNCTAD-ın əsas vəzifələri bunlardır: beynəlxalq ticarətin inkişafına kömək etmək; dövlətlər arasında bərabər, qarşılıqlı faydalı əməkdaşlıq; müasir beynəlxalq iqtisadi münasibətlərin işləməsi üçün tövsiyələrin, prinsiplərin, təşkilati və hüquqi şərtlərin və mexanizmlərin hazırlanması; BMT-nin digər qurumlarının iqtisadi əlaqələrin iqtisadi inkişafı və beynəlxalq ticarətin təşviqi sahəsindəki fəaliyyətlərinin əlaqələndirilməsində iştirak. İcra orqanı, fəaliyyətlərin ümumi razılaşdırılmış prioritetlərlə uyğunlaşdırılmasından məsul olan Ticarət və İnkişaf Şurasıdır. UNCTAD katibliyi üzv dövlətlərin hökumətləri ilə əməkdaşlıq edir, BMT təşkilatları və regional komissiyalarla qarşılıqlı fəaliyyət göstərir. 1990-cı ildən bəri UNCTAD, TNC-lərin xarici iqtisadiyyatlara cəlb olunma dərəcəsini xarakterizə edən bir göstərici təqdim etdi: Transmilli Şirkətlər İndeksi.
Başqırd işləri üzrə komissiya
Başqırd işləri üzrə komissiya — 1735-1740-cı illərdə baş tutmuş Başqırd üsyanlarını yatırmaq, üsyanda iştirak etmiş başqırdları cəzalandırmaq məqsədilə, imperatriça Anna İvanovnanın göstərişi ilə Rusiyada formalaşdırılmış dövlət qurumu. 1735-ci ildə baş tutmuş Başqırd üsyanlarını yatırmaq, üsyanda iştirak etmiş başqırdları cəzalandırmaq məqsədilə, imperatriça Anna İvanovnanın göstərişi ilə Başqırd işləri üzrə komissiya yaradılır. Qraf, rus diplomatı, general-mayor A.İ.Rumyantsev komissiyanın başçısı təyin edilir və abeçiliyinə üç ordu hissəsi, 500 rus kazakı və 3000 kalmık muzdlusu verilir. Cəza dəstələrinin ümumi sayı 20 000 nəfərə çatır. Komissiyaya sonradan 1736-1737-ci illərdə M.Xruşov, 1737-1742-ci illərdə isə L.Soymonov rəhbərlik edib. Komissiyanın baş qərargahı isə Menzelinsk şəhərində yerləşirdi. Mərkəzi Ufada yerləşən Orenburq komissiyası ilə Başqırd komissiyası fövqəladə hadisələrdə koalisyon hökumət rolunu oynamalı idilər. Bundan başqa komissiya inzibati, diplomatik, hərbi və maliyyə-siyasi funksiyaları da yerinə yetirməli idi. 11 fevral 1736-cı ildə verilmiş qərara əsasən bölgənin rus əhalisinin siyahıyaalınması baş tutub. Həmçinin başqırd əhalisini də siyahıyaalmağa cəhd göstərirdilər.14 iyul 1737-ci ildə Başqırd komissiyası ilə Orenburq ekspedisiyasının ortaq iclasında Başqırdıstanın idarəetməsi ilə bağlı islahatların keçirilməsi qərarı verildi.
Beynəlmiləl Döyüşçülərin İşləri üzrə Komitə
MDB üzv dövlətlərin hökumət başçıları şurası yanında beynəlmiləl döyüşçülərin işləri üzrə komitə və ya MDB beynəlmiləl döyüşçülərin işləri üzrə komitə —MDB üzvü olan dövlətlərin vətəndaşlarının SSRİ dövründə lokal müharibə iştirakçılarının işləri üzrə beynəlxalq koordinasiya şurası.1991-ci ilin avqust ayından rəhbəri Ruslan Auşevdir. Komitənin Əsasnaməsinə görə əsas fəaliyyət istiqamətləri: muharibə, lokal muharibə veteranlarının və terror qurbanlarının həyat səviyyəsinin yüksəldilməsi; veteran və əlilərin sosial müdafiəsi üzrə hüquqi sənədlərin hazırlanması; dövlətlər arası səviyyədə veteranların iqtisadi, tibbi, hüquqi problemlərinin həll edilməsi; müvafiq kontingentin və onların ailə üzvlərinin tibbi. sosial, əmək, psixoloji reabilitasiyası.
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası, YUNİSTRAL (ing. United Nations Commission on International Trade Law, UNCITRAL) — 1966-cı ildə beynəlxalq ticarət hüququnun inkişafına kömək etmək üçün yaradılan BMT Baş Məclisinin köməkçi orqanı. UNCITRAL Komissiyası 1966-cı ildə BM Baş Məclisi tərəfindən qurulmuşdur (17 dekabr 1966-cı il tarixli qətnamə 2205 (XXI)). 1 yanvar 1968-ci ildən fəaliyyət göstərir. Komissiya qurarkən Baş Assambleya, beynəlxalq ticarət məsələlərində fərqli dövlətlərin qanunlarının tətbiq edilməsindən irəli gələn uyğunsuzluqların ticarət axınının qarşısını alan əngəllərdən biri olduğunu qəbul etdi. Bu baxımdan, Komissiya, Birləşmiş Millətlər Təşkilatının beynəlxalq ticarətdəki maneələrin azaldılması və ya aradan qaldırılmasında daha aktiv bir rol oynaya biləcəyi bir vasitə olaraq görülürdü. Baş Assambleya Komissiyaya beynəlxalq ticarət hüququnun mütərəqqi uyğunlaşmasını və birləşdirilməsini təşviq etmək üçün ümumi bir vəzifə verdi. O vaxtdan bəri, Komissiya Birləşmiş Millətlər Təşkilatının beynəlxalq ticarət hüququ sahəsində əsas hüquq orqanı olmuşdur. Komissiya aşağıdakı sənədləri hazırladı və qəbul etdi: 1974-cü ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş Beynəlxalq Malların Satışında Məhdudlaşdırma Müddətinə dair Konvensiya UNCITRAL Arbitraj Qaydaları - BMT tərəfindən 1976-cı ildə təsdiq edilmişdir Malların dəniz yolu ilə daşınmasına dair Konvensiya - 1978-ci ilin martında Hamburqdakı BMT Konfransında təsdiq edilmişdir BMT-nin Beynəlxalq Mal Satışına dair Müqavilələrə dair Konvensiyası - BMT tərəfindən 1980-ci ilin aprelində Vyanada qəbul edilmişdir Beynəlxalq Multimodal Malların Daşınması Konvensiyası Beynəlxalq Ticarət Arbitrajına dair UNCITRAL Model Qanunu (1985) UNCITRAL Sənaye Obyektlərinin İnşası üçün Beynəlxalq Müqavilələrin hazırlanmasına dair Hüquq Bələdçisi (1987) və s. 9 dekabr 1988-ci il tarixində Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş Beynəlxalq Vəsaitlər və Beynəlxalq Vekseler haqqında Konvensiya Beynəlxalq Kredit Köçürmələri haqqında UNCITRAL Model Qanunu (1992) Malların (işlərin) və xidmətlərin satın alınmasına dair UNCITRAL Model Qanunu və qüvvəyə minməsi üçün Təlimatlar (1994) Birləşmiş Millətlər Təşkilatının Müstəqil Zəmanətlər və Gözləmə Akkreditivləri haqqında Konvensiyası (New York, 1995) UNCITRAL Elektron Ticarət haqqında Model Qanun (1996) Sərhədlərarası Müflisləşmə haqqında UNCITRAL Model Qanunu (1997) UNCITRAL Elektron İmza Qanunu (2001) Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Müqavilələrdə Elektron Rabitə İstifadə Konvensiyası (New York, 2005) Mavriki şəffaflıq haqqında Konvensiya (2014).
Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramı
Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramı (ing. Joint United Nations Programme on HIV/AIDS) — Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılan və əsas məqsədi Qazanılmış İmmun Çatışmazlığı Sindromu ilə qlobal mübarizəni və təşkilatlanmanı hədəfləyən beynəlxalq proqram. Qərb mənbələrində daha çox (UNAIDS) qısaltması ilə tanınır. Mənzil qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (ing. United Nations High Commissioner for Refugees, UNHCR) — 14 dekabr 1950-ci il tarixində BMT-nin tərkibində yaradılmış və əsas məqsədi dövlətlərin tələbi və ya BMT-nin öz təşəbbüsü ilə qaçqınları himayə etmək və dəstəkləmək, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin etmək olan beynəlxalq təşkilatdır. Mərkəz qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Təşkilat 1954 və 1981-ci illərdə Nobel Sülh Mükafatına layiq görülmüşdür.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (İHAK) — Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə ilə təmin edilən insan hüquqlarına riayət edilməsinə və qorunmasına nəzarət edən qurumu. Mişel Baçelet 1 sentyabr 2018-ci il tarixindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarıdır. Bu komissarlıq 1993-cü ildə BMT Baş Məclisi tərəfindən yaradılmışdır. 28 iyul 2008-ci ildə Baş Assambleya BMT-nin Baş katibi Pan Gi Munun Navanethem Pillayın (Cənubi Afrika) BMT-nin İnsan Hüquqları üzrə yeni Ali Komissarlığına təyin edilməsi təklifini səsvermədən təsdiqləmişdir. Onun dörd illik səlahiyyət müddəti 1 sentaybr 2008-ci ildə başlamışdır. Müddət bitdikdən sonra onun mandatı 1 sentyabr 2012-ci ildən başlayaraq daha iki il müddətinə uzadılmışdır. 1 iyul 2004-cü ildən 2008-ci il iyunun 30-dək Luiz Arbor (Kanada) Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı olmuşdur. Onun sələfi Serjiu Vieyra di Mello (Braziliya) 19 avqust 2003-cü ildə BMT-nin İraqdakı missiyasının rəhbəri vəzifəsini yerinə yetirərkən Bağdad şəhərində yerləşən BMT ofisində törədilən partlayış nəticəsində həlak olmuşdur.
Boks üzrə "Böyük İpək Yolu" beynəlxalq turniri
Boks üzrə Avropa Çempionatı (2006)
Boks üzrə Avropa Çempionatı (2006) — 2006-cı ildə Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş Avropa çempionatında da boksçularımız yüksək nəticələrlə yadda qaldılar. 3 boksçumuz qitə çempionatından vətənə gümüş medalla döndü. Şahin İmranov (57 kq), Elçin Əlizadə və Samir Məmmədov (51kq) gümüş, Rahib Bəylərov isə (75 kq) bürünc medala sahib oldular.
Boks üzrə Avropa Çempionatı (2008)
2008-ci ildə boks üzrə Avropa çempionatı İngiltərənin Liverpul şəhərində təşkil olundu. Təəssüf ki, bu yarış Azərbaycan idmançılarının uğursuz çıxışı ilə yadda qaldı. Belə ki, Liverpula yollanan boksçularımızdan heç biri mükafatçılar sırasına düşə bilmədi.
Boks üzrə Avropa Çempionatı (2010)
2010-cu ildə böyüklər arasında Avropa çempionatı Rusiyanın paytaxtı Moskvada təşkil olundu. Yarışa tam heyətlə yollanan boksçularımızdan 48 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə 2-ci yerin sahibi oldu. O, finala kimi Rusiya komandasının üzvü David Ayrapetyan və erməni boksçu Hovanes Danielyan üzərində qələbə qazanmışdı. Elvin yarımfinalda Danielyanı 8:1 hesabı ilə məglub etmişdi.
Boks üzrə SSRİ çempionatı 1939
VIII Boks üzrə SSRİ çempionatı 1939-cu il 18 may — 1 iyul aralığında Moskvada keçirilmişdir. Çemionat 2 qrupda keçirilirdi. Birinci qrupda 50 güçlü boksçu, ikinci qrupda isə 85 namizəd iştirak edirdi. Yarışma 5 dairə üzrə keçirilmişdir. 1-ci dairə 18 mayda Sverdlovsk və Tiflis, 2-ci dairə — Kazan və Bakı, 3-cü dairə 7 iyulda İvanovo, 4-cü dairə Kiyevdə, final dairə isə Moskvada keçirilmişdir.
Bədii Gimnastika üzrə 23-cü Avropa çempionatı
Bədii gimnastika üzrə 23-cü Avropa çempionatı — 28 iyun 2007-ci ildə Azərbaycan respublikası Bakı şəhərindəki Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmişdir. Yarışda 33 ölkənin 200-dən artıq idmançısı mübarizə aparıb. Fərdi mübarizəyə 31 ölkənin 80 gimnastı qatılıb. Yeniyetmələrin komanda yarışında isə 25 kollektivin iştirak edib. Bu gimnastlar 6 dəst medal uğrunda mübarizə aparıblar Qitə birinciliyinin ilk günündə daha aşağı reytinqə malik gimnastların yer aldığı C və B qruplarında fərdi yarışlar olub. Avstriya Azərbaycan Belçika Belarus Boliviya Xorvatiya Kipr Çexiya Estoniya Finlandiya Fransa Quam Almaniya Birləşmiş Krallıq Yunanıstan Macarıstan İsrail İtaliya Latviya Moldova Norveç Polşa Portuqaliya Rumıniya Rusiya Litva Slovakiya Sloveniya İspaniya İsveç İsveçrə Türkiyə Ukrayna Azərbaycan Böyüklər: GİMATOVA Dinarə, QURBANOVA Anna, QARAYEVA Aliyə, CAVADLI Zeynəb Yeniyetmələrdən ibarət qrup komandası: MİRZƏYEVA Nigar, QULIYEVA Ceyla, ORUCOVA Esmira, SƏLIMBƏYOVA Əzizə, HÜSEYNOVA Cəmilə, XƏLƏFOVA Aelita Avstriya Böyüklər: VEBER Karolina, PÖSTINGER Selina, RAYTGRUBER Katarina Yeniyetmələr: ELLEBERQER Nina, QASSLER Liza, LANTSER Barbara, RUPEXT Nicol, VERTANÇİK Lena Ehtiyat: VEQŞNAYDER Nataşa Belçika Böyüklər: MASSET Manon, QERONTITIS Katerina Belarus Böyüklər: ÇERKAŞİNA Lyubov, RUDALOVA Svetlana, YÜŞKEVIÇ Mariya Yeniyetmələr: BIÇUN Yuliya, XARİTONOVA Anastasiya, STANİUTA Melitina, ARLOVSKAYA Xana, XLADKAYA Anqelina Ehtiyat: OSİPOVA Alesiya Bolqarıstan Böyüklər: PEYÇHEVA Simona, MİNÇEVA Monika, SIDEROVA Filipa Yeniyetmələr: BOJİLOVA Romina, TRAYANOVA Stefaniya, İLİYEVA Kristina, DİMİTROVA Maqika, KIROVA Qabriela Ehtiyat: TODOROVA Elena Xorvatiya Böyüklər: MAKAROVA Aleksandra, ZELİMORSKİ Anamarij, STOYAKOVIÇ Mateya Kipr Böyüklər: PANAQİYOTU Rayisa-Sula, TRİKOMİTİ Luçiya Çexiya Böyüklər: MENDLİKOVA İva, MİÇKOVA Monika, RADİMERSKA Nelya Yeniyetmələr: MARKOVA Nikol, DOSTALOVA Xana, DOPPLEROVA Barbara, KUMPREXTOVA Lüsi, ZAMORSKA Vendula, Ehtiyat: ZEMANOVA Monika İspaniya Böyüklər: SİD Almudena, RODRIQES Karolina Yeniyetmələr: REDONDO Lidiya, QONSALES Silviya, QARSIYA Rebeka, QARVIN Sara, AQİLER Sandra Ehtiyat: VAN RAVESTAYN Barbara Estoniya Böyüklər: KİKKAS İrina, LUKYANOVA Jana Yeniyetmələr: KUKK Karina, MAKUSİNA Yuliya, PUÇKİNA Tatyana, MOTSMEES Ariyel, BOQOMOLOVA Anna Ehtiyat: AKULINITSEVA Liza Finlandiya Böyüklər: RINQINEN Mariya, XUUXTANEN Yuliya, SARESVİRTA Marlena Yeniyetmələr: KİİXKİNEN Xaydi, XIYETAPAKKA Diana, ROMANJUK Yuliya, PURONLİNNA Emiliya, RİSTİKANGAS Rebekka Ehtiyat: RİSTIKANGAS Viktoriya Fransa Böyüklər: LEDU Delfin Birləşmiş Krallıq Böyüklər: CONS Françeska, MANN Xizer Gürcüstan Böyüklər: SAMLİKAŞVİLİ Mzevinari, XATİAŞVİLİ Ketevan, DONADZE Tatiya Yeniyetmələr: KURDADZE Nino, NAVAİDZE Natia, YANTETS Miriam, BALAXAŞVİLİ Meqi, TVİLDİANİ Tamara Ehtiyat:ÇARQEYŞVİLİ Tekla Almaniya Böyüklər: İNGİLDEYEVA Liza, VİTMAN Klaudiya, STOLBİN Darya Yeniyetmələr: QRAF Kristina, MANSUR Janin, MARKS Laura-Tabeya, NIKEL Yuliya, ULBRİX Liza Ehtiyat: DİTRİX Daniyela Yunanıstan Böyüklər: ANDRİYOLA Eleni, GKOUNTROUMPI Evangeliya, Yeniyetmələr: TAMPAKİ Eleni, PAPAİOANNU Antoniya, KONSTANTINU Mariya, MANIU Vasiliki, QEORQOVASILI Aleksandra Ehtiyat: BOTSİ Qeorqiya Macarıstan Böyüklər: VASS Dora, BENYO Frujina Yeniyetmələr: MİJER Aleksa, BOLDİJAR Ester, XORÇER Noemi, MARTON Fransiska, DUDİNSKY Mariya Ehtiyat: JOKE Kinqa İsrail Böyüklər: RIZENSON İrina, RİVKİN Neta Yeniyetmələr: BUZOVSKI Moran, KADOŞ Noa, KREMER Koral, SLUSER Elena, ZAKALUZKY Polina Ehtiyat: LEVIN Aleksandra İtaliya Böyüklər: LAURİTO Romina, ZANKANARO Beatris, KANTALUPPI Cülyetta Yeniyetmələr: ANTİNUÇÇİ Federika, FRANTSİNİ Paola, QALLİ Alisa, PLOTSER Valentina, ZUKKA Marqarita Ehtiyat: KOLOMBO Karlotta Latviya Böyüklər: KİSLUXİNA Marina, MEYERSONE Yelena, İSAKOVA Yana Yeniyetmələr: ROMANOVA Veronika, NAXİMOVA Nataliya, BEBRE Valda, MİÇULE Alina,YEFREMOVA Anna Ehtiyat: NESKROMNAYA Anna Litva Böyüklər: PAPARTİTE Lina, ABROMAVIÇUTE Qiedre Yeniyetmələr: LİONQİNAVİÇYUTE Yurqita, SILEYKİTE Eqle, LIEPAYTE Aqne, MARKEVIÇYUTE Uqne, PAPARTİTE Rasa Ehtiyat: KONÇEVIÇYUTE Qoda Moldova Böyüklər: TANURKOVA Anastasiya, ÇEBAN Karina, LEVKO Yelena Norveç Böyüklər: BOQETVEYT Xanna Kristina, QRAM Marte Yeniyetmələr:TORKILDSEN Mari, TORKILDSEN Tea, SANDVOLD Rikke, ÇHUDİ Daniela, TUYE Sara Bronnum Ehtiyat: QRAVDAL Tea Polşa Böyüklər: MİTROŞ Coanna, JDUN Anna Yeniyetmələr: JAMALEK Marta, ZUXLİNSKA Katarjina, KLAJMAN Süzanna, NAROLSKA Coanna, KOJİRA Karolina Ehtiyat:TRJONKOVSKA Karolina Portuqaliya Böyüklər: QOMEŞ İnes, KAETANO Sara, QERALDES Katarina Yeniyetmələr: SARAYVA Coana, DİAS Coana, JARDİM Cessika, ROSA Daniela, RORITS Vanessa Ehtiyat: MAÇADO Diana Rumıniya Yeniyetmələr: FAUR Kristina Teodora, MOLDOVAN Malina Florina, MARSİUS İonela,TOÇU Alis Viviyana, ÇAYA Monika Florina Ehtiyat: MARGINEYAN İoanna Aleksandra Rusiya Böyüklər: SESINA Vera, KAPRANOVA Olga, KANAYEVA Evqeniya Ehtiyat: STRUÇKOVA Olqa Yeniyetmələr: ANDRONOVA Darya, XAYRETDINOVA Karina, DONSKOVA Ulyana, ELYUTINA Aleksandra, NEXOJINA Nataliya Ehtiyat: YAKIMENKO Mariya Sloveniya Böyüklər: RODE Moyça, SEME Tyaşa İsveçrə Yeniyetmələr: ROXATÇ Karol, FRİDRİX Janin, ŞMİD Lara, STUÇKI Nadin, YAKOUB Suxeliya Ehtiyat: BÜSSER Rebekka Slovakiya Böyüklər: MIÇİKOVA Mixala, VARQOVA Katarina, MAÇALOVA Petra Yeniyetmələr: KOMPELOVA Jujana, QUBRIKOVA Darina, BARANOVA Yaroslava, PODLUÇKA Marianna, POKORNA Aleksandra Ehtiyat: DERMEKOVA İvana İsveç Böyüklər: LARSON Tereza Türkiyə Böyüklər: SÜTCÜ Berfin Serdil, ÖYLÜMLÜ Qizem Yeniyetmələr: AKILVEREN Pinar, DEVEÇİ Nevin Sevinc, AKILVEREN Pelin, ÇELEP Elif Zeynep, TAŞ Asya Nur Ehtiyat: AKALIN Yağmur Ukrayna Böyüklər: BESSONOVA Anna, QODUNKO Nataliya, Ehtiyat: KOVALÇUK İrina Yeniyetmələr: ŞURXAL Valeriya, BELKİNA Irina, SLOBODYAN Yuliya, YESKOVA Svetlana, RIZƏTDİNOVA Anna Ehtiyat: SUBBOTİNA Anna Şəxsi birincilikdə Aliyə Qarayeva iplə hərəkətlərdə 18,150 xal toplayaraq, Avropa çempionu tituluna sahib çıxmışdır. Rusiyalı gimnastlar Vera Sessina (18,050) gümüş, Olqa Kapranova (17,750) isə bürünc medala layiq görülmüşdür. Halqa ilə hərəkətlərdə isə Olqa Kapranova (18,325) ukraynalı Anna Bessonova (18,050) və Vera Sessina (17,600) ilk üç yeri tutmuşlar. Gürzlə hərəkətlərdə Vera Sessina (18,000) daha güclü çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Olqa Kapranova onunla eyni xalı yığsa da, cərimə xalı onun ikinci yeri tutmasına səbəb olmuşdur.
Bədii Gimnastika üzrə Azərbaycan Çempionatı
Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı
Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı — 2009-cu ildə Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmişdir. Yarışa 32 ölkədən 186 gimnast qatımışdır. Fərdi yarışların qəhrəmanı rusiyalı Yevgeniya Kanayeva olub. O, hər 4 növdə qızıl medal qazanıb. Komanda hesabında da Rusiyanın birinci yer tutduğunu nəzərə alsaq, Kanayeva Bakıdan 5 qızıl medal apardı. Yeniyetmələrdən ibarət milli komandalar arasında da Rusiya yığması ilk pilləyə sahib çıxıb. Azərbaycan yığması qitə birinciliyində 3 medal qazanıb. Aliyə Qarayeva və Anna Qurbanovanın çıxış etdiyi komanda 2-ci yeri tutub. Fərdi yarışlarda isə Qurbanova fəxri kürsüyə yüksəlməyi bacarıb. O, topla çıxışında 27.850 bal toplayaraq, bürünc medala yiyələnib.
Bədii gimnastika üzrə Dünya Çempionatı
Bədii ədəbiyyat üzrə qadın mükafatı
Bədii ədəbiyyat üzrə qadın mükafatı (ing. The Women’s Prize for Fiction; 1996-2012 illərində adı Oranj ədəbiyyat mükafatı (ing. Orange Prize for Fiction) idi; 2013-2017 illərində "Beylis" bədii ədəbiyyat üzrə qadın mükafatı) — istənilən millətdən olan qadın tərəfindən ingilis dilində yazılan və mükafatın təqdim edilməsindən bir il əvvəl Böyük Britaniyada nəşr olunan ədəbi əsər (roman) üçün verilən ən nüfuzlu mükafatlardan biri. Mükafat 1996-cı ildən bəri verilir. Mükafat 1996-cı ildən bəri verilir. Mükafat qazananlara £30.000 funt sterlinq və heykəltaraş Qrizel Nayvanın düzəltdiyi "Bessie" bürünc heykəlciyi verilir. Mükafat ideyası 1991-ci ildə Buker mükafatının qısa siyahısında qadın müəlliflərinin əsərlərinin olmayacağı elan olunduqdan sonra yaranmışdır. Mükafatın təşkilatçılarının sözlərinə görə, mükafatın təsis olunduğu dövrdə əksər kitablar (60/40) qadınlar tərəfindən yazılsa da, qadınlar Buker mükafatının qısa siyahısında yerlərin yalnız 10% alırlar. 1995-ci ildə təsisçilər Orange şirkətinə sponsorluq üçün müraciət etdilər. 1996-cı ilin yanvar ayında "Oranj" ədəbiyyat mükafatı təsis edildi.

Значение слова в других словарях