ŞAHMUR

“Şah” və “Əmir” (bax) adlarından yaranmışdır.
ŞAHMİRZƏ
ŞAHMURAD
OBASTAN VİKİ
Aida Şahmurova
Aida Şahmurova — Baş elmi tədqiqatçı, professor, PhD. == Həyatı == Aida Şahmurova 1961-ci ildə Azərbaycanda anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti Biologiya fakültəsi qəbul olub.
Aqil Şahmuradov
Aqil Şahmuradov (3 oktyabr 1965, Quba rayonu) — tarix elmləri namizədi. == Həyatı == Şahmuradov Aqil Şövkət oğlu 1988–1993-cü illərdə T. Q. Şevçenko adına Kiyev Dövlət Universitetində təhsil almış və tarixçi ixtisasına yiyələnmişdir. 1994–1998-ci illərdə BDU-nun aspirantura pilləsində təhsil almış, 2000-ci ildə "XIX əsrin II yarısı – XX əsrin əvvələrində rusların Azərbaycanda sahibkarlıq fəaliyyəti" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Aqil müəllim 1993-cü ildən pedaqoji fəaliyyət göstərir. Bakı Avrasiya Universitetində dakan müavuni, dekan, prorektor vəzifələrində çalışmış, hal-hazırda universitetin Beynəlxalq münasibətlər və regionşünaslıq kafedrasının müdiridir. Respublikada ilk dəfə nəşr olunmuş "Diplomatiya: ensiklopedik lüğət" kitabının müəlliflərindən biri və məsul katibdir. XIX–XX əsr Azərbaycan və Slavyan ölkələri tarixinin müxtəlif aspektlərinə aid bir sıra məqalələrin müəlifidir. Slavyan ölkələri tarixi üzrə təhsilin bakalvr və magistr pillələri üçün fənn proqramları, metodik göstəriş hazırlamışdır. Bununla yanaşı Bakı Avrasiya Unversitetinin təsis etdiyi "Dünyaya baxış" jurnalının məsul katibidir.
Hüseynqulu Şahmuradov
Hüseynqulu Ramazan oğlu Şahmuradov (21 mart 1932, Qubadlı rayonu – 10 iyun 1994, Bakı) — cərrah, daxili xəstəlikər həkimi, Azərbaycan SSR əməkdar həkimi. == Həyatı == Hüseynqulu Şahmuradov 1932-ci il martın 21-də Qubadlı rayonunda dünyaya göz açmışdır. 1949-cu ildə Qubadlıda orta məktəbi əla qiymətlərlə bitirən Hüseynqulu kimya və biologiya fənlərinə xüsusi marağı olduğu üçün Azərbaycan Dövlət Tibb Universitetinə daxil olur. 1955-ci ildə cərrah ixtisası üzrə institutu bitirir. Onun təyinatını Qazaxıstana versələr də, həkim buna qəti etiraz edir ve Qubadlıda qalıb işləmək istədiyini və burda daha gərəkli olduğunu bildirir. Hüseynqulu həkim rayondan xeyli uzaqda Muradxanlı kəndində fəaliyyətə başlayır və burada çalışdığı 2 il ərzində kənd camaatının böyük hörmətini qazanır. Hüseynqulu Şahmuradov 1959-cu ildə ailə həyatı qurur. 1961-ci ildə o, Bakı şəhərində Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasını dəyişib daxili xəstəliklər həkimi ixtisasına yiyələnir. 1993-cü ildə erməni işğalı nəticəsində Qubadlı rayonundan ayrı düşən həkim, elə həmin il oğlunu itirir. Bu dərdlərə dözə bilməyən həkim 1994-cü il iyunun 10-da ürək xəstəliyindən Bakı şəhərində vəfat edir.
Natiq Şahmuradov
Rəvan Şahmuradov
Vəli Şahmurov
Vəli Şahmurov — azərbaycanlı professor. Vəli Şahmurov – 1979-cu ildə elmlər namizədi alimlik dərəcəsi almış, 1987-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Fizika-riyaziyyat elmləri doktoru Vəli Şahmurov 1978-1990-cı illərdə Bakı Dövlət Universitetində professor, 1991-1993-cü illərdə Azərbaycan Təhsil Nazirliyində elm və təhsil idarəsinin rəisi vəzifəsində işləmişdir. 1997-2007-ci illərdə İstanbul Universitetinin mühəndislik fakültəsinin müəllimi olub. 2007-ci ildən isə qardaş ölkənin Okan Universitetində çalışmaqdadır. 100-dən çox monoqrafiyanın və 10 elmi layihənin rəhbəri olan azərbaycanlı professorun 4 kitabı var. Professor, həmçinin ABŞ-da dərc olunan "Boundary Value Problems" jurnalının redaktorudur.
İlham Şahmuradov
İlham Şahmuradov (1 yanvar 1958, Qubadlı) — Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasının professoru, biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Biologiya, Ekologiya və Torpaqşünaslıq fakültələrində Bioinformatika üzrə kursların rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İlham Şahmuradov 1958-ci il 1 yanvarda Qubadlı rayonunda anadan olmuşdur.1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra 1979–1981-ci illərdə Azərbaycan EA Bioloji Tədqiqatlar Elmi Mərkəzində işləmiş, daha sonra isə SSRİ EA Sibir bölməsinin Sitologiya və Genetika İnstitutunda təcrübə keçmiş (1981–1982) və məqsədli aspirantura (1982–1985) təhsilini davam etdirmiş, 1987-ci ildə "Genetika" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Ailəlidir, 2 övladı var. 1. Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin Baş katibi 2. YUNESKO-nun "Bioetika, Elm və Texnologiyaların Etikası" Azərbaycan Milli Komitəsinin üzvü. 1. Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasının professoru (0.5 ş.v.); 2. Bakı Dövlət Universitetinin Biologiya, Ekologiya və Torpaqşünaslıq fakültələrində Bioinformatika üzrə kursların rəhbəri 1. 1980-ci illərdə müqayisəli kompleks kompüter analizi yolu ilə insan, heyvan və bitki mənşəli təkrarlanan DNT ardıcıllıqlarının bir səra quruluş və təkamül xüssusiyyətləri aşkar edilmiş və bu nəticələr əsasında belə bir fərziyyə irəli sürülmüşdür ki, eukariot genomlarının böyük hissəsini təşkil edən təkrarlanan DNT ardıcıllıqları qonşuluqda yerləşən genlərin və genom nahiyyələrinin transkripsiyasının tənzimlənməsində iştirak edə bilərlər; bu fərziyyənin doğruluğu sonralar çoxsaylı təcrübi faktlarla təsdiq olunmuşdur.
Şahmurad İsgəndərov
Şahmurad Əlizadə
Şahmuradlı (Əhər)
Şahmuradlı (fars. شاه مرادلو‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (10 ailə).
Şahmuraz Hümbətzadə
Şahmuraz Qasımov
Şahmuraz Qasımov (1971 və ya 8 aprel 1971, Kirovabad) — azərbaycanlı samboçu. Avropa (1996) və dünya (1997) çempionu. 1971-ci ilin aprel ayının 8-də Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub. Beynəlxalq dərəcəli idman ustasıdır. Avropa (1996) və dünya (1997) çempionudur. O, Avropa çempionatı yarışlarında 1992, 1993, 1995-ci illərdə III, 1997-1999-cu illərdə II yerə, dünya çempionatlarında isə 1992-1993-cü illərdə III, 1994-1995-ci illərdə II, 1996-cı ildə isə III yerə çıxmışdır.
Rövşən Şahmuradov
Rövşən Şahmuradov (11 may 1999) — Azərbaycan Premyer Liqasında "Şamaxı"nın yarımmüdafiəçisi kimi çıxış edən azərbaycanlı futbolçu. == Klub karyerası == 2 oktyabr 2022-ci ildə Şahmuradov Azərbaycan Premyer Liqasında "Sabah"la "Şamaxı" oyununda debüt etdi.