Şahmuraz Əyyub oğlu Hümbətzadə (8 sentyabr 1998, Cəyirli, Bərdə rayonu – 23 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Şahmuraz Hümbətzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 sentyabr 1998(1998-09-08) |
Doğum yeri | |
Vəfat tarixi | 23 oktyabr 2020(2020-10-23) (22 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020-ci ildən |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Ağdərə döyüşləri |
Təltifləri | 20202020 |
Şahmuraz Hümbətzadə 1998-ci il sentyabrın 8-də Bərdə rayonunun Cəyirli kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun əsgəri olan Şahmuraz Hümbətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Şahmuraz Hümbətzadə oktyabrın 23-də Ağdərə döyüşləri zamanı şəhid olub. Bərdə rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmuraz Hümbətzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şahmuraz Hümbətzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]