Çuğundur
Çuğundur (lat. Beta) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Çuğundur bir və ikiillik ot bitkisi olub, yoğun, şaxəli müxtəlif rəngli ağ rəngdən başlayaraq tünd-qırmızı rəngə qədər, acza şırımlı köklərə malikdir. Yarpaqları şirəli, uzun saplaqlı, kənarı bütöv, yumurtavarıdır. Hamışıq çiçəkləri ləçəklidir, kasacığı solğun-yaşıl rəngdədir. Meyvəsi kürəvarı olub, üstən yastıdır, sərtdir, toxumları qara-qonur rəngdədir.
Azərbaycanın demək olar ki, bütün rayonlarında çuğundurun müxtəlif sortları yeməli və yem sortları geniş becərilir. Bundan başqa, yerli əhalinin həyatyanı sahələrində də şəkər çuğunduru yetişdirilir.
Çuğundur çox qiymətli təsərrüfat bitkilərindən biridir. Onun köklərində bir sıra faydalı maddələr var.