…Sinənin içində olan ağ ciyər şan-şandır.
□ Şan-şan etmək (eləmək) – deşik-deşik etmək. Güllə sinəsini şan-şan elədi.
– Hamı adamların gözünün qabağında Nəbigil Məcid bəyi güllələyib şanşan elədilər. “ ”.
Vurub bağrını [tərlanın] elədi şan-şan.
Şan-şan olmaq – bax şanə-şanə olmaq (“şanə-şanə”də).
Çöldə taxıl şan-şan olur, tellənir; Dərya kimi ləpələnir, yellənir.
◊ Bağrı (ürəyi) şan-şan olmaq – bax bağrı qan olmaq (“bağır”da).
Fələk saldı dürlü-dürlü odlara; Şan-şan olmuş, parələnmiş könlümü.
Qara bağrım şan-şan oldu, dəlindi; Gahdan ağla, gahdan yada sal məni.
Kimsənin Veysin şan-şan olan bağrından xəbəri yox idi.
Bağrını (ürəyini) şan-şan eləmək – bax bağrını qana döndərmək (“bağır”da).
Aşiqlər bağrını şan-şan eylərsən; Gündə birin kəsib qurban eylərsən; Hər qıya baxanda yüz qan eylərsən; Müşküldür dolanmaq, yağı, səninlə.
Çəkib almaz kirpiyini; Bağrımı şan-şan elədin.