ŞAXSEY

nida. Fəlakətli, dəhşətli, faciəli bir hadisə qarşısında çıxarılan fəryad səsi. Şəhərin arvadları dəstə-dəstə Hacının böyük bacısı Pərinisanın evinə dolub boşalmaqda idilər.
Şaxsey və şivən səsi asimana bülənd olmuşdu. Ə.Haqverdiyev.
[Heydər bəy:] …Bizimkilər də şaxsey deyə, saçlarını yolurlar. S.S.Axundov.

□ Şaxsey vurmaq (təpmək, getmək) – yasda, məhərrəmlikdə ölü üçün saç yolmaq, fəryad qopararaq ağlamaq.
[Fatma xanım:] Sənin kimi oğlun paltarın töküm, üstə şaxseyni təpim. N.Vəzirov.

[Səttar:] Məhəlləmizdə şaxsey gedəcəklər, – dedi.
– Gəlin, biz də gedib baxaq. P.Makulu.

ŞAXMALA
ŞAXSEY-VAXSEY
OBASTAN VİKİ
Şaxsey-Vaxsey (1925)
Şaxsey-vaxsey — 1925-ci ildə çəkilmiş film. == Məzmun == Bu xronikal kadrlar məhərrəmlik ayında aşura günü lentə alınmışdır. Burada "şəbeh" dini ayinini yerinə yetirənlər, "şaxsey-vaxsey" nümayişi öz əksini tapıb. Həmin kinomaterialdan "Bismillah" filmində istifadə olunmuşdur.
Şaxsey-vaxsey (film, 1925)

Значение слова в других словарях