Şayan Qadınəfəndi (1853-1945)
Şayan Qadınəfəndi (d. 4 yanvar 1853 — ö. 15 mart 1945) — 33. Osmanlı sultanı V Muradın üçüncü xanımı.
== Həyatı ==
Şayan xanım 1853-cü ildə əslən çərkəz olan Batir Zanın qızı olaraq dünyaya gəldi. Əsl adı Safiyədir. Ailəsi doğulduğu torpaqlardan İstanbula köç etmiş, çox keçmədən yeganə qızları olan Safiyəni Osmanlı sarayına təslim etmişdir. Burada mükəmməl təhsil almış, daha sonra 5 fevral 1869-cu ildə Dolmabağça sarayında dövrün Osmanlı sultanı Əbdüləzizin qardaşı oğlu Şahzadə Muradla evləndirilmişdi. Bir neçə ay sonra isə Şayan xanım hamilə qaldı. Ancaq saray ənənələrinə görə, vəliəhd şahzadənin yalnız 1 övladının olmasına icazə verilirdi.