ŞİPŞİRİN
ŞİR¹
OBASTAN VİKİ
Aşşurbanipalın şir ovu
Aşşurbanipalın şir ovu (ing. Lion Hunt of Ashurbanipal) - Nineva şəhərinin Şimal sarayından aşkarlanmış məşhur saray relyeflərinə verilmiş ümumi addır. Relyeflər hazırda Britaniya muzeyinin 10a zalında sərgilənir. Bu relyeflər mütəxəssislər tərəfindən “Assur incəsənətinin yüksək şah əsərləri” kimi qiymətləndirilmişdir. Relyeflərdə Aşşurbanipalın (çarlıq dövrü e.ə. 668 – 631/627) ritual xarakterli formal “şir ovları” təsvir edilib. Ritual zamanı əvvəlcədən tutulmuş Asiya şirləri xüsusi arenalarda qəfəsdən buraxılırdı ki, çar onları qovaraq qılıncla, oxla və xəncərlə öldürsün. E.ə. 645-635-ci illərdə hazırlanmış relyeflər sarayın müxtəlif hissələrində yerləşdirilmişdi. Böyük ehtimal ki, orijinalda müxtəlif boyalarla rənglənmiş relyeflər, sarayın parlaq dekorasiyasının tərkib hissəsi olmuşdur.
Şir
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Kinq (şir)
Kinq (azərb. Kral‎; d. 1967, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 25 iyul 1973, Moskva, Rusiya SFSR, SSRİ) – Azərbaycan SSR-də Bərbərovlar ailəsi tərəfindən saxlanılan erkək şir. Kinq müxtəlif filmlərdə də çəkilmişdir: "İtalyanların Rusiyada ağlasığmaz macəraları", "Qız, oğlan və şir", "Şir evdən getdi". Sakit təbiəti və itaətkarlığı ilə seçilən Kinq 1974-cü ildə Moskvada yaratdığı panika zamanı öldürülmüşdü. Bakıdakı mənzillərində vəhşi heyvanlar, şir və puma saxlayan Bərbərovlar ailəsi bu qeyri-adi hobbilərinə görə o zamanlar bütün SSRİ-də məşhur idi. Bərbərovlar ailəsində ilk şir təsadüf nəticəsində peyda olmuşdu. Nina Bərbərova qızı Yeva ilə Bakı zooparkında gəzərkən təsadüfən xəstə və anası tərəfindən atılmış şir balasını görür. Qızı Yevanın istəyi ilə Nona Bərbərova ailənin başçısı, ixtisasca memar olan Lev Lvoviç Bərbərovdan həmin şir balasını evə götürməyi xahiş edir.
Qızıl Şir
Qızıl Şir (it. Leone d'Oro) — Venesiya Film Festivalında 1949-cu ildən etibarən ən yaxşı filmlərə verilən mükafat. Hazırda film sənayesində təqdim edilən ən nüfuzlu mükafatlardan biridir.
Şir (astrologiya)
Şir (♌︎) (yun. Λέων) — Zodiakın beşinci bürcü. Şir bürcünə aiddir və Xərçəngdən sonra və Qızdan əvvəl gəlir. Ənənəvi Qərb bürcü, Şiri 23 iyul — 22 avqust arasındakı dövrlə əlaqələndirir. Fəza koordinat sisteminin 120 ilə 150 dərəcəsini əhatə edir. Şir atəşlə əlaqələndirilir və modalı sabitdir. Tropik bürc altında Günəş bu bölgəni hər il orta hesabla 23 iyul — 22 avqust tarixləri arasında keçir. Sidereal bürc altında isə təxminən 16 avqust — 15 sentyabr arasında keçir. Şir bürcü mifoloji Nemey şiri ilə əlaqələndirilir. Şirin əks işarəsi Dolçadır.
Şir (bürc)
Şir (lat. Leo) — zodiakal bürc.
Şir (dəqiqləşdirmə)
Şir — pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Şir (bürc) (lat. Leo) — zodiakal bürc. Şir (astrologiya) — Zodiakın beşinci bürcü.
Şir Ürəklilər
Şir Ürəklilər (ing. Sherdils) — Pakistan Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1972-ci 17 avqust tarixində qurulmuşdur. 2010-cu ilə qədər Cessna T-37 Tweet təyyarələri istifadə olunub. Hal-hazırda Hongdu JL-8 təyyarələri istifadə olunur.
Aşokanın şir kapitalı
Aşokanın şir kapitalı (hind. अशोकस्य चतुर्मुखसिंहस्तम्भः )müxtəlif heyvan təsvirləri ilə bəzədilmiş təmələ malik, bir-birinə arxalarını söykəmiş dörd Asiya şiri heykəlidir. 1950-ci ildə heykəlin qrafik təsviri Hindistan gerbi kimi rəsmi təsdiqlənmişdir. Heykəl, mühüm buddist ziyarətgahı olan Sarnatda e.ə. 250-ci ildə imperator Aşokanın sifarişi ilə Aşoka dirəyi kimi tanınan abidənin zirvəsində ucaldılmışdır. Bəzən Aşoka sütunu da adlandırılan dirək hazırda ucaldıldığı yerdə olsa da, vaxtilə onun zirvəsində yerləşən heykəl Hindistanın Uttar Pradeş ştatındakı Sarnat muzeyində saxlanılır. Təməllə birlikdə 2.15 metr hündürlüyə malik olan əsər, dövrümüzə çatmış digər kapitallarla müqayisədə daha mürəkkəb quruluşa malikdir. Aşokanın sifarişi ilə hazırlanmış və üzərində Aşoka qanunları həkk edilmiş bu sütunlar bütün Hindistan ərazisinə səpələnmişdir. Onların bəzilərinin üzərində tək heyvan fiqurları, Sançi məbədindəki sütunun üzərində isə zədələnmiş dörd şir heykəli vardır. Kapital yaxşı yonulmuş qumdaşından hazırlanmış və həmişə sütundan ayrı detal olmuşdur.
Kiçik Şir (bürc)
Kiçik Şir (lat. Leo Minor) — göyün şimal yarımkürəsində bürc.
Qızardılmış şir kəllələri
Qızardılmış şir kəllələri — Kələm yarpaqlarının yanında olan qızardılmış ət parçaları şir kəlləsinə bənzədiyinə görə yemək belə adlanır. Rəvayətə görə, yeməyin müəllifi Yançjoudakı bir qadınmış. mal əti - 500 qram iri çiy krevetkalar - 7-8 ədəd qurudulmuş "şiitake" göbələkləri - 10 ədəd balaca kələm - 1 ədəd toyuq bulyonu - 150-200 ml göy soğan - 3-4 ədəd zəncəfil kökü - 3 sm şəkər tozu -1 xörək qaşığı ağ şərab - 1 xörək qaşığı küncüt yağı - 2 çay qaşığı nişasta duz istiot Şiitake göbələklərini qaynar suda 30-60 dəqiqə saxlayın, sonra xırda doğrayın. Krevetkalarıt iri tikələrlə doğrayın. Soğanı da bu formada doğrayın. Zəncəfili təmizləyin və xırda doğrayın. Mal ətini kiçik tikələrə kəsib blenderdə farş vəziyyəti alana qədər doğrayın. Ora krevetka, göbələk, göy soğan, şəkər tozu, zəncəfil, ağ şərab, soya sousu və bir qədər nişasta əlavə edin. Duzlayın və zövqünüzdən asılı olaraq, istiot əlavə edin. Farşı yaxşıca qarışdırıb yarım saatlığa soyuducuya qoyun.
Şir və Günəş
Aslan və Günəş (həmçinin Şir və Günəş, Şiri-Xurşid; fars. شیر و خورشید‎, Şir-o xorşid, pronounced [ˌʃiːɾo xoɾˈʃiːd]) — qədim Şərq simvollarından biri. Əsasən oğuz türklərinin (xüsusən də Azərbaycan türklərinin) və İranın gerblərindən biri kimi tanınır. Bu, 1979-cu il İran inqilabına qədər İranın milli bayrağının elementi olmuş, hələ də İran İslam Respublikası hökumətinə müxalif qruplar tərəfindən istifadə olunur. Qədim və müasir İran adət-ənənələrini əks etdirən motiv XII əsrdə İranda məşhur simvola çevrilmişdir. "Aslan və Günəş" simvolu əsasən astronomik və astroloji konfiqurasiyalara əsaslanır. Şir bürcünün arxasındakı Günəş simvolu qədimdir, mənşəyi Babil astrologiyasına və Yaxın Şərq ənənələrinə gedib çıxır. Motivin bir çox tarixi mənası var. Bu, ilk növbədə, elmi və sekulyar bir motiv olaraq, yalnız astroloji və zodiakal simvol idi. "Aslan və Günəş" Səfəvilər və erkən Qacar ​​padşahlarının hakimiyyətləri dövründə daha çox şiə islam ilə əlaqələndirilmişdir.
Şir və Təkbuynuzlu
Şir və Təkbuynuzlu - folklorda, ədəbiyyatda istifadə edilən folklor obrazıdır. Bu obrazlar mədniyyətinə görə bir-birindən fərqlənir. Şir və Təkbuynuzlu obrazı Böyük Britaniyanın rəzmlərindən biri sayılır.
Şir şah Suri
Şir şah Suri və ya Şir xan (1486 və ya 1472 – 22 may 1545)— Dehli sultanlığında son xanədan olan Surilərin qurucusu və ilk hökmdarı (1540-1545). Redyard Kiplinqin "Cəngəllik kitabı" əsərində baş antaqonist pələng Şirxanın prototipidir.
Şir evdən getdi
Şir evdən getdi — 1977-ci ildə çəkilmiş rejissor Rasim İsmayılovun eyniadlı filmi. Musiqili film uşaq aləminin gözəlliyindən, onların xarakterlərindən, uşaqlarla heyvanların dostluğundan bəhs edir. Filmdə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının balet artistləri və Bakı şəhəri Nərimanov rayonu 83 saylı uşaq bağçasının uşaqları çəkilmişlər. Filmdə Kinq II adlı şir və Rada adlı fil çəkilmişdir. Film quruluşçu rejissor Rasim İsmayılovun rejissor kimi kinoda ilk müstəqil işidir. Film yazıçı Yuri Yakovlev (II)in eyniadlı nağıl-povestinin ekran variantıdır. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Ssenari müəllifi: Yuri Yakovlev (II) Quruluşçu rejissor: Rasim İsmayılov Quruluşçu operator: Rasim İsmayılov, Şərif Şərifov Quruluşçu rəssam: Firəngiz Qurbanova Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Akif Nuriyev Baletmeyster: Nailə Nəzirova Geyim rəssamı: S. Haqverdiyeva Qrim rəssamı: V. Bereznyakov Butafor ustası: A. Volçuk Rejissor: Akif Rüstəmov, Ramiz Əliyev Rejissor assistenti: T. Atakişiyev, Ziya Şıxlinski, Süleyman Əhmədov (S. Əhmədov kimi) Operator assistenti: Yuri Varnovski, V. Romanov Rəssam assistenti: Asif Məmmədov, E. Muradova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Heyvan təlimçiləri: Lev Bərbərov, Nina Bərbərova, T. Filatova, A. Qorin Montaj edən: Rəfiqə İbrahimova (R. İbrahimova kimi) Mahnıların mətninin müəllifi: Yuri Yakovlev (II), Alla Axundova Redaktor: D. Tahirova Çalır: "Melodiya" Firmasının İnstrumental Ansamblı və SSRİ Dövlət Kinematoqrafiyasının Simfonik Orkestri Filmin direktoru: İnessa Safronova İşıqçı: A. Məmmədzadə (titrlərdə yoxdur) Mahnı ifa edən: Flora Kərimova və Mirzə Babayev (titrlərdə yoxdur) Yuri Senkeviç — şir Sergey Yurski — ovçu; ekskurisya bələdçisi; qarovulçu Elxan Cəfərov — Rüstəm Vsevolod Abdulov — nəzarətçi İ. Məmmədov — begemot Şükufə Yusupova — zürafə İnarə Quliyeva — kenquru Lidiya Povetkina — meymun Almaz Əhmədova — meymun Səfurə İbrahimova — tülkü Yaşar Nuri — ata Süsən Məcidova — nənə İbrahim Ləmbəranski — Muradik Cəmilə Muradasilova — Fatma Fazil Salayev — yanğınsöndürən Nadir Əsgərov — yanğınsöndürən Ələsgər Məmmədoğlu — yanğınsöndürən Kamil Məhərrəmov — kababçı Əli Haqverdiyev — heyvan təlimçisi Tanilə Əhmərova — Şəfiqə müəllimə R. Rüstəmov A. Məmmədzadə Gümrah Rəhimov — pələng Elxan Ağahüseynoğlu — aeroportdakı heyvan İ. Kazımov Suğra Bağırzadə — aeroport işçisi D. Əhmədov Rəna Səlimova — zebr Sevil Rəsulova İ. Zeynalova L. Zolotova O. Baratova İ. Vladimirova Aqşin Rəsulov — milisioner Mübariz Əlixanoğlu — heyvan Ramiz Əzizbəyli — sürücü Fikrət Məmmədov — şagird Hüseynov Sədaqət Zülfüqarova — şəhər sakini Bahadur Əliyev — şəhər sakini Zemfira Sadıqova — şəhər sakini Mayak Kərimov — şəhər sakini Larisa Xələfova — televiziya diktoru Osman Həqqi — aeroportdakı adam Xanlar Muradov — milis işçisi (titrlərdə yoxdur) Elşən Şirəliyev — milis nəfəri Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
"Günəş və Şir" ordeni
"Günəş və Aslan" ordeni (fars. نشان شیر و خورشید‎ Nešān-e Šir o Xoršid)— İranın Qacarlar sülaləsi hakimiyyəti dönəmidə dövlət mükafat nişanı. 1808-ci ildə Fətəli şah Qacar tərəfindən təsis edilmişdir. Bəzi qaynaqlarda "Şir-i Xurşid" kimi də yazılır. Bu ordenin I, II və III dərəcələri vardı.
Bəhram Gurun şir ovu
Bəhram Gurun şir ovu - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. Nizaminin "Yeddi gözəl" poemasında, Bəhram Gurun vəhşi heyvan ovunu çox sevməsi, atdığı oxların boşa çıxmaması tərif olunur. Şair yazır ki, hətta Bəhram bir dəfə guru pəncələri altına almış şiri oxla hədəfə alıb, onu öz qurbanı ilə bir-birinə tikmişdir. Nizaminin təsvir etdiyi bu qəhrəmanlıq epizodu bir çox rəssamlar kimi Sultan Məhəmmədi də maraqlandırmışdır. Miniatürün mərkəzində atlı Bəhram, onu müşayiət edən saray əyanları və şahın sevimli kənizi Fitnə təsvir olunmuşdur. XVI əsr Təbriz miniatür məktəbinin üslubuna uyğun olaraq Sultan Məhəmməd öz kompozisiyasında əsl süjetlə əlaqəsi olmayan çoxlu heyvan və başqa personajlara geniş yer vermişdir. Bütün bunlarla yanaşı, o, əsas süjet fonunda heyvanat aləminə xas olan kiçik bir epizod da təsvir etmişdir. Bu epizod təbiətən bir-birinə düşmən olan xallı pələnglə aynın əhvalatıdır; sıldırım qaya üzərində dayanan ayı özündən aşağıda ona tərəf dırmanan pələngə atmaq üçün iri bir qaya parçasını havaya qaldırmışdır.
Kral Şir (cizgi filmi)
Kral Şir (ing. The Lion King) — Volt Disney şirkəti tərəfindən 1994-cü ildə yaradılmış, Disney studiyası tərəfindən yaradılmış sayca 32-ci cizgi filmidir. İlk çıxış tarixi 15 iyun 1994-cü ildə baş tutmuşdur. Simba, kral Mufasa ilə Sarabinin oğlu və padşahlığının varisidir. Mufasa Simbaya bir gün onun Afrika Savannasının kralı olacağını başa salır. Mufasanın qardaşı olan Skar isə taxtın varisi olmaq niyyətindədir. Mufasa, qardaşı Skarın qurduğu xain tələ nəticəsində ölür. Amma Skar bunun səbəbini Simbaya onun günahı olduğunu söyləyir və Simbanı qorxudaraq buradan uzaqlaşdırmağı bacarır. Bu zaman onu üç kaftar təqib etməyə başlayır, lakin heç bir uğur qazanmadan geri dönürlər. Artıq taxtın sahibi Skardır.
Şir-Daşı (Kuril adaları)
Şir-Daşı adası (yap. 萌消島, rus. Камень-Лев) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. Uzaqdan uzanmış şiri xatırlatdığından bu cür adlandırılmışdır. İturup adası sahillərində yerləşən Lvinaya Past vulkanının kraterində yerləşən körfəzdə qərarlaşır. Sönmüş vulkanın kraterinin su səthini təşkil edir. Ada ovalvari formaya malik olub 162 metr hündürleyə malikdir. Adanın üzərinin böyük hissəsi mamır və şibyələrlə örtülülmüşdür. Ada bütünlüklə dumanla örtüldüyü zaman naviqasiya üçün böyük təhlükə yaranır. 1945-ci ildən ada SSRİ daha sonradan isə Rusiyanın ərazisi olur.
Şir ürəkli (film, 1990)
Şir ürəkli (ing. Lionheart) — 1990-cı ildə rejissor Şeldon Lettiç tərəfindən döyüş filmi janrında çəkilən ABŞ filmidir. Filmin distribütori Universal Pictures kinokompaniyasıdır. Lion Qotye (Jan-Klod Van Damm), Afrikanın Cibuti ərazisində yerləşən Fransız xarici legionunun 13-cü yarımbriqadasına məxsus əsgərlərdən biridir. Los-Ancelesdə yaşayan qardaşı qeyri-qanuni işlərlə məşğul olan zaman narkotik satıcıları tərəfindən döyülərək yandırılmış və xəstəxanada ağır şəraitdə yaşamağa davam edir. Günlərin birində qardaşı Fransuanın həyat yoldaşı Helen Lion üçün məktub göndərir. Lion qardaşını görmək üçün komandirindən icazə almaq istəyir. Lakin ona icazə verilmədiyindən, bölmədən fərarilik edir və yük daşıyan gəmi ilə qaçaq olaraq Nyu-York şəhərinə çatır. Lakin Los Ancelesə getmək üçün onun pula ehtiyacı vardır. Bu müddətdə küçələrdə və digər yerlərdə kiçik bəhslərlə döyüş hazırlayan Coşua ilə tanış olur.
Kral Şir: Timon və Pumba
Kral Şir: Timon və Pumba - 1995-1998-ci illərdə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi serialıdır. Cizgi serialına baş qəhrəmanları Timon və Pumbadır. Bu cizgi serialı özündə "Kral Şir" cizgi filmindən "Kral Şir - 2" cizgi filminə qədər olan hadisələri ehtiva edir.
Kral Şir (cizgi filmi, 1994)
Kral Şir (ing. The Lion King) — Volt Disney şirkəti tərəfindən 1994-cü ildə yaradılmış, Disney studiyası tərəfindən yaradılmış sayca 32-ci cizgi filmidir. İlk çıxış tarixi 15 iyun 1994-cü ildə baş tutmuşdur. Simba, kral Mufasa ilə Sarabinin oğlu və padşahlığının varisidir. Mufasa Simbaya bir gün onun Afrika Savannasının kralı olacağını başa salır. Mufasanın qardaşı olan Skar isə taxtın varisi olmaq niyyətindədir. Mufasa, qardaşı Skarın qurduğu xain tələ nəticəsində ölür. Amma Skar bunun səbəbini Simbaya onun günahı olduğunu söyləyir və Simbanı qorxudaraq buradan uzaqlaşdırmağı bacarır. Bu zaman onu üç kaftar təqib etməyə başlayır, lakin heç bir uğur qazanmadan geri dönürlər. Artıq taxtın sahibi Skardır.
Şir, cadugər və paltar şkafı
Şir, cadugər və paltar şkafı (ing. The Lion, the Witch and the Wardrobe) – Klayv Steyplz Lyuis tərəfindən yazılan və Ceffri Bles tərəfindən 1950-ci ildə nəşr olunmuş epik-fantastik roman. "Narniya xronikaları"nın nəşr olunmuş ilk kitabıdır. Romandakı hadisələrin böyük hissəsi pis ağ cadugər tərəfindən idarə olunan danışan heyvanlar və əfsanəvi məxluqlar ölkəsi olan Narniyada baş verir. Əsər müharibədən qaçan 4 uşağın yaşlı professor qohumlarının yanına köçməkləri ilə başlayır. Ən balaca uşaq olan Luci Narniyaya 3 dəfə səyahət edir. Üçüncü dəfə bacı və qardaşları da Luci ilə birlikdədir. Məlum olur ki, narniyalılar köhnə və məşhur fala inanırlar. Fala görə, Adəm və Həvva uşaqları Narniyanı xilas edəcək. Uşaqlar istəməsə də, özləri və Narniyanın gələcəyi uğrunda döyüşməli olurlar.
Şir evdən getdi (film, 1977)
Şir evdən getdi — 1977-ci ildə çəkilmiş rejissor Rasim İsmayılovun eyniadlı filmi. Musiqili film uşaq aləminin gözəlliyindən, onların xarakterlərindən, uşaqlarla heyvanların dostluğundan bəhs edir. Filmdə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının balet artistləri və Bakı şəhəri Nərimanov rayonu 83 saylı uşaq bağçasının uşaqları çəkilmişlər. Filmdə Kinq II adlı şir və Rada adlı fil çəkilmişdir. Film quruluşçu rejissor Rasim İsmayılovun rejissor kimi kinoda ilk müstəqil işidir. Film yazıçı Yuri Yakovlev (II)in eyniadlı nağıl-povestinin ekran variantıdır. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Ssenari müəllifi: Yuri Yakovlev (II) Quruluşçu rejissor: Rasim İsmayılov Quruluşçu operator: Rasim İsmayılov, Şərif Şərifov Quruluşçu rəssam: Firəngiz Qurbanova Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Akif Nuriyev Baletmeyster: Nailə Nəzirova Geyim rəssamı: S. Haqverdiyeva Qrim rəssamı: V. Bereznyakov Butafor ustası: A. Volçuk Rejissor: Akif Rüstəmov, Ramiz Əliyev Rejissor assistenti: T. Atakişiyev, Ziya Şıxlinski, Süleyman Əhmədov (S. Əhmədov kimi) Operator assistenti: Yuri Varnovski, V. Romanov Rəssam assistenti: Asif Məmmədov, E. Muradova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Heyvan təlimçiləri: Lev Bərbərov, Nina Bərbərova, T. Filatova, A. Qorin Montaj edən: Rəfiqə İbrahimova (R. İbrahimova kimi) Mahnıların mətninin müəllifi: Yuri Yakovlev (II), Alla Axundova Redaktor: D. Tahirova Çalır: "Melodiya" Firmasının İnstrumental Ansamblı və SSRİ Dövlət Kinematoqrafiyasının Simfonik Orkestri Filmin direktoru: İnessa Safronova İşıqçı: A. Məmmədzadə (titrlərdə yoxdur) Mahnı ifa edən: Flora Kərimova və Mirzə Babayev (titrlərdə yoxdur) Yuri Senkeviç — şir Sergey Yurski — ovçu; ekskurisya bələdçisi; qarovulçu Elxan Cəfərov — Rüstəm Vsevolod Abdulov — nəzarətçi İ. Məmmədov — begemot Şükufə Yusupova — zürafə İnarə Quliyeva — kenquru Lidiya Povetkina — meymun Almaz Əhmədova — meymun Səfurə İbrahimova — tülkü Yaşar Nuri — ata Süsən Məcidova — nənə İbrahim Ləmbəranski — Muradik Cəmilə Muradasilova — Fatma Fazil Salayev — yanğınsöndürən Nadir Əsgərov — yanğınsöndürən Ələsgər Məmmədoğlu — yanğınsöndürən Kamil Məhərrəmov — kababçı Əli Haqverdiyev — heyvan təlimçisi Tanilə Əhmərova — Şəfiqə müəllimə R. Rüstəmov A. Məmmədzadə Gümrah Rəhimov — pələng Elxan Ağahüseynoğlu — aeroportdakı heyvan İ. Kazımov Suğra Bağırzadə — aeroport işçisi D. Əhmədov Rəna Səlimova — zebr Sevil Rəsulova İ. Zeynalova L. Zolotova O. Baratova İ. Vladimirova Aqşin Rəsulov — milisioner Mübariz Əlixanoğlu — heyvan Ramiz Əzizbəyli — sürücü Fikrət Məmmədov — şagird Hüseynov Sədaqət Zülfüqarova — şəhər sakini Bahadur Əliyev — şəhər sakini Zemfira Sadıqova — şəhər sakini Mayak Kərimov — şəhər sakini Larisa Xələfova — televiziya diktoru Osman Həqqi — aeroportdakı adam Xanlar Muradov — milis işçisi (titrlərdə yoxdur) Elşən Şirəliyev — milis nəfəri Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Ayətullah Məkarim Şirazi
Ayətullah Nasir Məkarim Şirazi (fars. ناصر مکارم شیرازی‎) — İran din xadimi, müctəhid, ayətullah. 1924-cü ildə Şiraz şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Bu ailə öz əxlaqi üstünlükləri ilə tanınmışdır. Cənab ustad ibtidai təhsilini Şirazda başa çatdırmışdır. Onun güclü yaddaşı və misilsiz istedadı şagirdlər arasında seçilməsinə səbəb olmuşdur. Baxmayaraq ki, ailədə heç kim ruhani olmamişdır onun İslam maarifinə olan eşqi onu iftixarla dolu olan bu yola gətirmişdir. O böyük şəxsiyyət təxminən 14 yaşlarında rəsmən dini dərslərini "Ağa Babaxan Mədrəsəsi " -ndə başlamışdır. O qısa zamanda sərf, nəhv, məntiq, mə"na, bəyan elmlərini əxz etmişdir. O 18 yaşinda Şirazdan Qum elmi hövzəsinə gəlir və 5 il ərzində Ayətullah Burucerdi və digər böyük üləma və ustadlardan dərs almışdır.
Aztech (şirkət)
Aztech – “Azerbaijan Technologies” şirkətinə məxsus əmtəə nişanıdır. “Azerbaijan Technologies” şirkəti 1998-ci ildə təsis olunub. “Aztech” şirkəti Azərbaycanda uzun illər ərzində kompüter və noutbuklar, monitorlar, eləcə də videokartlar, ana platalar, SSD kimi kompüter detalları və müxtəlif aksessuarların satışı üzrə ixisaslaşıb. Bank avadanlıqlarının satışı da şirkət üçün əsas prioritetlərdəndir. Keyfiyyət göstəricisinə görə Azərbaycanda seçilən məhsulları ilə tanınır. Hazırda "ASUS", "Lenovo" və "MSI" brendlərinin Azərbaycanda əsas distribütorudur. Şirkət 1998-ci ildən “Digital Store” kompüter mağazası kimi Azərbaycanın İKT bazarında fəaliyyət göstərməyə başlayıb. Şirkət 2000-ci ildə “Aztech” adı ilə təsis olunub. Həmin ildə “Dünya Bankı” ilə 526 min dollar dəyərində ilk iri həcmli müqavilə imzalanıb. 2002-ci ildə Yaponiyanın “Oki” şirkəti “Aztech” şirkətinin ilk beynəlxalq tərəfdaşı oldu.
Azçiçәk şirәli
Azçiçәk şirәli (lat. Lathyrus laxiflorus (Desf.)) — Kuntze Hündürlüyü (10) 15-30 (40) sm, gövdəsi nazik, tinli, düz və ya yuxarı qalxan, bəzən qismən çoxsaylı, yumşaq qısa tüklü, nazik, sürünən, şaxəli kökümsovu olan çoxillik ot bitkisidir. Yalançı zoğları iridir, saplaqdan uzundur, yumurtaşəıkilli və ya yumurtaşəkilli-neştərvaridir, sivriləşmişdir, üçkünc qulaqlıdır. Yarpaqlar bir cüt yarpaqcıqlardan ibarətdir; yarpaqcıqlar düzgün elliptik, qaidə və uc hissəsinə doğru daralmış, sivridir, adətən qısa sivri uculudur, 5-7 ədəd qövsşəkilli damarı vardır, uzunluğu 20–40 mm, eni 7-15 (20) mmdir. Çiçək oxu 2-5 ədəd çiçəkli olub, yarpaqlara bərabər və ya ondan uzundur. Tac bənövşəyi-göyümtül rəngdədir, uzunluğu 15–20 mm-dir. Paxlalar xətlidir, uzunluğu 2,5-3 sm-dir, uzun tüklüdür. (Aprel) May-İyun İyun-İyul BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, Lənk. dağ. Aşağı və orta dağ qurşağında.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
SOCAR (ing. SOCAR - State Oil Company of Azerbaijan Republic) və ya tam adıyla Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti — Azərbaycanın milli neft şirkəti. Neftin çıxarılması, daşınması, emalı və istehlakında ixtisaslaşan inteqrasiya olunmuş şirkətdir. Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır. Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. Azərneftin əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954–1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965–1970) yaradılmışdır. 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır.
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti
Azərsığorta Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) — Azərbaycan İnvestisiya Holdinqinin tabeliyində fəaliyyət göstərən dövlət sığorta şirkəti. "Azərsığorta" şirkəti 1921-ci il oktyabr ayının 21-də SSRİ Maliyyə Nazirliyinin idarə etdiyi "Qosstrax" tərəfindən tənzimlənən yerli Dövlət Sığorta İdarəsi ("Azqosstrax") kimi fəaliyyətə başlayıb. 20 sentyabr 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb və Akif Kərimov sədr təyin edilib. 13.01.1993-cü ildən 13.03.2020-ci ilə qədər şirkətə azərbaycanlı iqtisadçı Məmməd Məmmədov rəhbərlik edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 22 sentyabr tarixli, 2907 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin idarə olunmasının əsasları "Azərbaycan İnvestisiya Holdinq"inin səlahiyyətlərinə verilmiş və 16 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti "Azərsığorta" Açıq Səhmdar Cəmiyyəti kimi çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. 07 dekabr, 2021-ci il tarixli Sərəncamla isə Fərhad Adıgözəlov Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edilmişdir. "Azərsığorta" brendi altında fəaliyyət göstərmiş Dövlət Sığorta Şirkəti bütün ölkə üzrə geniş filial şəbəkəsinə malik idi. 2024-cü ilin yanvar ayında prezident İlham Əliyevin fərmanı ilə ləğv edilib. İdarə heyəti Fərhad Adıgözəlov — İdarə heyətinin sədri Kamran Uluxanov — İdarə Heyəti sədrinin müşaviri Ayaz Əliyev — İdarə Heyəti sədrinin müşaviri Ceyhun Qurbanlı — İdarə Heyəti sədrinin müşaviri Əfruz Hümbətova — İdarə Heyətinin üzvü Nail Əsgərli — İdarə Heyətinin üzvü Direktorlar şurası Azər Bayramov- Direktorlar Şurasının sədri; Xəyyam Məmmədov- Direktorlar Şurasının üzvü; Gündüz Əliyev- Direktorlar Şurasının üzvü "Azərsığorta" hazırda sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün növ qeyri-həyat sığortası məhsullarını icbari və könüllü qaydada təklif edir: Nəqliyyat sığortası Əmlak sığortası Tibbi sığorta Səyahət sığortası Şəxsi sığorta Daşınmalar sığortası Məsuliyyət sığortası və s.
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti
Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA və ya BOEMDA) — Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkilini və tənzimlənməsini təmin edən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikası Energetika Nazirliyinin strukturuna daxil olan qurumdur. 16 iyul 2009-cu ildə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 iyun 2012-ci il il Fərmanı ilə yaradılıb. Şirkət Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əsasında yaradılıb. Ləğv edilmiş Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əmlakı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinə verilib. Şirkətin yenidən təşkili və (və ya) ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilirdi. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 01 fevral tarixli, 810 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır. 2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla agentlik ləğv olunub. 22 sentyabr 2020-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında və "Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" fərman imzalayıb. Fərmana əsasən, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb.
Azərbaycan Televiziya və Radio Şirkəti
Azərbaycan Televiziyası və ya qısa adı ilə AzTV— Azərbaycanın ilk milli televiziya kanalı. Dövlət (hökumət) nəzarətində və idarəçiliyində olan televiziya kanalıdır. Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14 — də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirildi.
Ağa Məsih Şirvani
Ağa Məsih Şirvani (Şamaxı – 1766, Şamaxı) — XVIII əsr Azərbaycan şairi və maarifpərvəri. Sultan Məcid Qənizadənin ulu babası Ağa Məsih Şirvani Şamaxı yaxınlığında yerləşən Dədəgünəş kəndində doğulmuşdur. Muasirlərindən Nişat Şirvani və Zülali ilə dostluq etmişdir. Məsih Şirvani Zülalini özünə ustad seçmişdir. Deyişmələrindən yalnız "Verir" rədifli şeiri dövrümüzədək gəlib çatmışdır. Qəzəl, müəşşər və müxəmməslərində Məhəmməd Füzuli və Nişat Şirvaninin təsiri duyulur. Aşıq ədəbiyyatının təsiri ilə qoşmalar yazmışdır. Ağa Məsih Şirvaninin yaradıcılığında tarixi mənzumələr əhəmiyyətli yer tutur. Bizə gəlib çatmayan "Şahnamə" adlı əsəri Fətəli xana həsr olunmuşdur. Əhməd xan Şahsevənin 1749-cu ildə Şirvana basqınından bəhs edən mənzumələri XVIII əsr Azərbaycan ictimai siyasi həyatından bəhs edir.
Ağa xan Şirvanski
Ağa xan Xankişi xan oğlu Şirvanski (24 yanvar 1897-?)—Şirvan xanları nəslindən, ADR ordusunun zabiti.Ştabs-kapitan Ağa xan Xankişi xan oğlu Şirvanski 24 yanvar 1897-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. Şamaxı şəhər real məktəbi və 1915-ci ildə Mixaylov hərbi məktəbini bitirmişdi. ADR ordusunda xidmət etmişdi.
Ağcaqayın şirəsi
Ağcaqayın şirəsi — köklərin təzyiqi altında ağcaqayın budaqlarından və kəsilmiş gövdələrdən axan maye. XX əsrin ortalarında SSRİ-də keyfiyyətli içki kimi geniş istifadə olunan ağcaqayın şirəsinin tərkibində B6, B2 vitaminləri vardır. Şirə axını baharda başlanır və tumurcuqların ilk çiçəklənməsinə qədər davam edir. Adətən ağcqayından gündə 2-3 litr şirə alınır. Böyük bir ağcaqayın ağacı gün ərzində yeddi və daha çox litr şirə verə bilər. Ağacların tələf olmaması üçün gənc ağaclardan meyvə şirəsi qəbul etmək məsləhət görülmür. Şirənin sıxlığı — 1,0007-1,0046 q/ml. Quru kütlənin çəkisi — 0,7-4,6 q/l. külün çəkisi — 0,3-0,7 mq/l. ümumi şəkərin miqdarı — 0,5-2,3 % (0,43—1,13 %).
Aşıq Şirin
AŞIQ ŞİRİN - ustad aşıq 1847-ci ildə Göyçə mahalının Zərkənd kəndində anadan olmuşdur. Aşıq Şirin həm də yaradıcı aşıq olmuşdur.
Bamiyə (şirniyyat)
Bamiyə və ya Tulumba (fars. باميه‎) — Azərbaycan mətbəxinə, həmçinin Türkiyə və Balkan ölkələrinə aid şirniyyat növüdür. Əla növ buğda unu – 527q, şəkər tozu – 235q, yumurta – 1 əd., bitki yağı – 120q, çay sodası – 0,5q, duz – 5q. Una çay sodası və qaynar su əlavə edib xəmir yoğurulur və soyuduqdan sonra ona yumurta qatılır. Xəmir ətçəkən maşından keçirilir. Lakin ətçəkən maşına bıçaq yerinə 0,15 mm qalınlığında və ortasında 0,15 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7–8 sm uzunluqda bərabər hissələrə bölünür. Bamiyə bitki yağı frityurunda qızardılır, şəkər şərbətində hopdurulur və quruduqdan sonra üstünə şəkər pudrası səpilir.
Banan şirniyyatı
Bank holdinq şirkəti
Bank holdinq şirkəti — Bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan şirkət.
Bayatı-Şiraz
Bayatı-Şiraz – Azərbaycan musiqisində 1) yeddi ladlardan (məqamlardan) biri, 2) yeddi əsas muğam dəstgahlarından biri. Bayatı türk ədəbiyyatında lirik şeir, mahnı janrıdır. Bayat həm də qədim türk tayfalarının birinin adı olub. Dahi şair Məhəmməd Füzuli də bu tayfadan olub. Bəhram Mansurov “Bayatı-Şiraz” muğamının müstəqil muğam kimi yalnız XIX əsrin axırlarından mövcud olduğunu və əvvəllər isə “Bayatı - İsfahan” dəstgahı kimi tanındığını söyləyir. "Bayatı-İsfahan" klassik Şərq musiqisində ”İsfahan” adlanaraq 12 əsas muğamdan biri olub . Hazırda Bayatı-İsfahan şöbəsi Bayatı–Şiraz dəstgahının əsas şöbələrindən biri. Məcmusu: “Bərdaşt”, “Mayeyi-Bayatı-Şiraz”, “Nişibi–fəraz”, “Bayatı–İsfahan”, “Zil Bayatı-Şiraz”, “Xavəran”, “Üzzal”, “Dilrüba” və “Bayatı-Şiraza ayaq (kadensiya)” kimi şöbə və guşələrdən ibarətdir. Bu muğam dəstgah “sol” bayatı-şiraz məqam kökündə (tonallığında) ifa olunur. “Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır.
Bayatı Şiraz (dəqiqləşdirmə)
Bayatı-Şiraz – Azərbaycan musiqisində 1) yeddi ladlardan (məqamlardan) biri, 2) yeddi əsas muğam dəstgahlarından biri. Bayatı Şiraz təsnifi (mahnı) – Azərbaycan respublikasının xalq artisti Brilyant Dadaşova və Norveçin Skruk xorunun birgə 1997-ci ildə ifa etdiyi mahnı. Gülüstan-Bayatı-Şiraz – Fikrət Əmirov tərəfindən 1971-ci ildə bəstələnmiş simfonik muğamdır.
Bayramlı (Şirvan)
Bayramlı — Azərbaycan Respublikasının Şirvan şəhərinin inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Əli Bayramlı şəhər inzibati ərazi vahidi tərkibində faktik mövcud olan ərazi vahidi Bayramlı qəsəbəsi adlandırılmış və şəhərin ərazi vahidləri siyahısına daxil edilmişdir. Bayramlı qəsəbəsi Əli Bayramlı şəhər inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Bayramlı qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. Şirvan şəhərinin Bayramlı qəsəbəsi şəhərin əsas hissəsindən fərqli olaraq Kür çayının sağ sahilində yerləşir. Ərazisi 120 ha, əhalisi 2552 nəfərdir. Qəsəbədə əhali əsasən fərdi təsərrüfatla məşğuldur. Qəsəbədə 477 fərdi təsərrüfat, 4 ədəd iki mərtəbəli, 1 ədəd bir mərtəbəli, 2 uyğunlaşdırılmış yaşayış binası vardır ki, bunlarda da 86 ailə məskunlaşmışdır. Bayramlı qəsəbə İcra Nümayəndəliyi M.Ə.Sabir küçəsi 1 ünvanında yerləşir. Kür çayının daşması nəticəsində baş vermiş təbii fəlakət zamanı 2010-cu ilin mayında Azərbaycanın Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisində Kürün səviyyəsi durmadan artmışdır. Bayramlı qəsəbəsi əhalisinin bir qismi suyun əhatəsində qalmışdır.
Baş Şirvan kollektoru
Baş Şirvan kollektoru — Azərbaycan Respublikası ərazisində çəkilmiş kollektor-drenaj sistemi. Mil, Şirvan və Qarabağ düzlərindən keçir. 1964-cı ildə istismara verilmişdir. Şirvan düzünün Ağdaş rayonu ərazisindən başlayır və Kür çayının sol sahili boyunca suvarılan ərazilərin drenaj sularını Xəzər dənizinə tökür. Uzunluğu 216 km-dir. Suburaxma qabiliyyəti 44 m³/san, orta su sərfiyyatı 18 m³/san təşkil edir. Uzunluğu 150 km olan Mil-Qarabağ və uzunluğu 70 km olan Aşağı Şirvan kollektorları ilə birləşir. Ümumilikdə 174600 ha ərazinin vəziyyətini yaxşılaşdırır.
Başqırd Soda Şirkəti
Başqırd Soda Şirkəti (başq. Башҡортостан сода компанияһы) — Kalsium, ərzaq və kaustik soda, Polivinil xlorid, kabel birləşmələri istehsal edən Rusiya müəssisəsi. Müəssisə yeganə tereftaloil xlorid, rutenium-iridium örtüklü anodlar, katyonik polielektrolit flokulyant istehsalçısıdır. Sterlitamak şəhərində yerləşən iki əsas istehsaldan ibarətdir: Soda istehsalı və Kaustik istehsalı. Şirkətə Bereznikovski Soda Zavodu ASC (Berezniki) də daxildir. Hüquqi olaraq şirkət 2013-cü ildə "Kustik" və "Soda" açıq səhmdar cəmiyyətlərinin birləşməsi nəticəsində qurulmuşdur. "Başqırd Kimya" ASC-nin bir hissəsidir. Şirkətə iki kimyəvi istehsal müəssisəsi daxildir [3]: istehsal "Kostik" (Sterlitamak, Texniçeskaya Prospekti, 32) - kostik soda, süspansiyon polivinil xlorid, kabel birləşməsi, xlorid turşusu, dikloroetan, tereftaloil xlor, xlorlu parafinlər, polietilen poliaminlər və s. "Soda" istehsalı (Sterlitamak, Babuşkina k., 7) - kalsium dodası, sodium bikarbonat, kalsium xlorid, ağ his və s. Ötən əsrin 30-cu illərində ölkədə genişlənən genişmiqyaslı tikinti şəraitində soda külü və sementə təcili ehtiyac var idi.
Bədr Şirvani
Bədr Şirvani (1387, Şamaxı – 26 noyabr 1450) — Azərbaycan şairi. Bədr Şirvaninin həyatı və tərcümeyi-halını işıqlandıran ən mötəbər mənbə onun öz "Divan"ıdır. Şairin "Divan"ına daxil olan əsərlərdən belə məlum olur ki, o, XIV əsrin sonlarında, yəni, 1387-ci ildə Şirvanda, Şamaxı şəhərində yoxsul ailədə anadan olub. Yaradıcılığı az öyrənilmiş Bədrin dövrümüzədək gəlib çatan divanı qəzəl, qəsidə, rübai, mərasi, müqəttiat, mütəyyibat, məsnəvi, həzliyyat, təvarix, müsəmmət, mütəfərriqat, müəmma kimi janrları əhatə edir. Divan hazırda Özbəkistan EA-nın Əbu Reyhan Birunu adına Şərqşünaslıq institutunda qorunmaqdadır. Onu Bədr Şirvani irsinin öyrənilməsində böyük əməyi olan şərqşünas alim Əbülfəz Rəhimov 1975-ci ildə Moskvada nəşr etdirmişdir. Bədr Şirvaninin ömür yolu 1387-1450-ci illərə təsadüf etdiyindən onun yaradıcılığında əsasən, XV əsrin əvvəllərindən ortalarınadək baş verən tarixi hadisələr əks olunub. Ümumiyyətlə, onun 122 beytdən çox şeiri tarixi hadisələrə həsr edilib. "Divan"da şair tərəfindən verilən maddeyi-tarixlər xüsusi əhəmiyyət kəsb edir. XV əsr Şirvan tarixini və memarlığını araşdıran bir çox alimlər bu mürəkkəb dövrü öyrənərkən Bədr Şirvani yaradıcılığını tutarlı mənbə hesab etmişlər.
Divanxana (Şirvanşahlar sarayı)
Divanxana — Şirvanşahlar sarayının şimal-qərbində, hündür stilobat üzərində inşa edilmiş rotonda-pavilyon. XV əsrdə Şirvanşah Fərrux Yasarın sifarişi ilə inşa edilmişdir. Divanxananın işlədilməsi ilə bağlı bir neçə versiya mövcuddur. Hesab edilir ki, o, mühakimələr, qəbullar və ya dövlət şurası binası olaraq xidmət edirdi və ya türbə idi. Üslub xüsusiyyətləri və naxış işinin tamamlanmamış hissəsi divanxananı XV əsrin sonuna, Səfəvi qoşununun Bakını aldığı vaxta aid etməyə imkan verir. Binanın orijinal memarlıq quruluşunun mənşəyi islamdan əvvəlki dəfn adətləri ilə əlaqələndirilir. Divanxana səkkizguşəli rotondadan ibarət olub, on iki tərəfli günbəzlə tamamlanır. O, səkkizguşəli zaldan açıq eyvanla birləşir. Eyvanın çatma sıra tağları özünəməxsus kapitel və oturacaqları olan doqquz sütuna söykənir. Sütunlar üzərindəki izlər göstərir ki, onlar nə vaxtsa incə daş barelyeflərlə bəzədilib.
Dövlət Aqrar Ticarət Şirkəti
Dövlət Aqrar Ticarət Şirkəti Azərbaycan Respublikasının Kənd Təsəsrrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Dövlət Aqrar Ticarət Şirkəti MMC 8 iyun 2018-ci il tarixində təsis edilmişdir. Şirkətin əsas məqsədi dövlətin həyata keçirdiyi aqrar siyasət konsepsiyasına dəstək olmaq, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının yerli və xarici bazarlara rahat, maneəsiz və rəqabətə dayanıqlı şəkildə çıxışını təmin edərək kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafına nail olmaq, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını təmin etmək, bununla da ölkə iqtisadiyyatına töhfə verməkdən ibarətdir. Bu məqsədlə şirkət fəaliyyətini kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdikləri məhsulların keyfiyyətinin artırılması və satışına dəstək məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi, mövcud kənd təsərrüfatı məhsullarının brendləşdirilərək qablaşdırılmasının təşkili, mövcud və alternativ satış kanallarından istifadə etməklə yerli fermer və qida məhsullarının satışına dəstək, o cümlədən Strateji Yol Xəritəsindən irəli gələn digər tədbirlərin icrasının təmini istiqamətində təşkil edir. Şirkət Azərbaycanda keçirilən "Organic Food Festival", Caspian Agro, Fransada keçirilən "SIAL" sərgisi, "Planete de Gout (Dad Festivalı)", Moskvada keçirilən "WorldFood" sərgisi kimi konfrans və tədbirlərdə iştirak etmişdir. "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin direktoru Leyla Məmmədova, direktor müavini Sərxan Sərxanovdur. "Dövlət Aqrar Ticarət Şirkəti" MMC öz fəaliyyətini aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirir: Ölkə daxilində və xaricində kənd təsərrüfatı məhsullarına olan tələb və təkliflər araşdırılır, alınmış məlumatlar əsasında satış strategiyası hazırlanır; Alıcılar və satıcılar arasında əlaqənin qurulması təşkil edilir; İxracata yönəldilmiş istehsalın təşviqi və yerli məhsulların brendləşməsi üçün lazımi addımlar atılır; Daxili və xarici bazarda kənd təsərrüfatı məhsullarına yaranmış tələbə uyğun olaraq məhsulların istehsal həcminin artırılması məqsədilə istehsalçılara tələb olunan maliyyə dəstəyinin verilməsində köməklik göstərilir; Xarici ölkələrin rəsmi qurumları və beynəlxalq təşkilatlarla danışıqlar apararaq məhsulların birgə istehsala hazırlığı və satışı təşkil edilir; İxrac üçün nəzərdə tutulan yerli məhsulların beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılmasında iştirak edilir; İstehsalçılara daxili və xarici bazarın tələbatına uyğun satışın artırılması məqsədilə tövsiyələr verilir; Satınalan təşkilata təqdim edilənədək məhsulların saxlanılması və həmin təşkilatla bağlanmış müqavilə şərtlərinə uyğun olaraq məhsulların onlara çatdırılması üçün müvafiq təkliflər verilir; Məhsulların satışı, ərzaq məhsullarının tədarükü və təchizatı sahəsində qabaqcıl təcrübə öyrənilir, bu sahədə kadr hazırlığı və beynəlxalq əməkdaşlıq həyata keçirilir. Ölkədə kənd təsərrüfatının inkişafı, kənd təsərüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişaf etdirilməsi, aqrar sahibkarlığın stimullaşdırılması, fermerlər üçün alternativ satış kanalları və gəlir mənbələrinin yaradılması, kənd təsərrüfatı sahəsində gender balansının təmin olunması və qorunması, gənclərin aqrar sahədə maarifləndirilməsi istiqamətləri üzrə şirkət tərəfindən bir sıra layihələrə start verilmişdir. Həyata keçirilən layihələrdə beynəlxalq təcrübədən istifadə etməklə, yerli bazar üçün real həllər yaratmaq əsas hədəf olmuşdur. Layihənin əsas məqsədi də kəndli-fermerlərin bazara çıxışının asanlaşdırılması, yerli kənd təsərrüfatı məhsullarının qablaşdırılması və brendinqinin təşkili, müxtəlif satış kanalları ilə əlaqələndirmə və yeni satış kanallarının yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması və kənd təsərrüfatı məhsulları üzrə ticarətin asanlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Dövlət Aqrar Ticarət Şirkəti və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) –nu birgə layihəsi olan Aqrar Fəaliyyətli Azərbaycan Qadınları — AFAQ layihəsinin əsas məqsədi qısaca olaraq Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan qadınların informasiya, bilik, resurs və bazarlara çıxış imkanlarının yaxşılaşdırılmasıdır.
Dövlət Neft Şirkəti
SOCAR (ing. SOCAR - State Oil Company of Azerbaijan Republic) və ya tam adıyla Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti — Azərbaycanın milli neft şirkəti. Neftin çıxarılması, daşınması, emalı və istehlakında ixtisaslaşan inteqrasiya olunmuş şirkətdir. Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır. Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. Azərneftin əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954–1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965–1970) yaradılmışdır. 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır.
Dövlət Teleradio Verilişləri Şirkəti
Azərbaycan Televiziyası və ya qısa adı ilə AzTV— Azərbaycanın ilk milli televiziya kanalı. Dövlət (hökumət) nəzarətində və idarəçiliyində olan televiziya kanalıdır. Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14 — də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirildi.
Qız, oğlan və şir (film, 1974)
Filmdə Kinq adlı şirin insanlarla dostluğundan danışılır. Şir uşaq çarpayısında yatır, uşaqlarla birgə bir masa arxasında nahar edir, sonra onlar səyahətə çıxırlar, hətta "ov" oyununu oynayırlar. Xəstə şirə iynə vurulması filmin maraqlı epizodlarından biridir. Filmin finalında biz Kinqi rejissor Eldar Ryazanovun məşhur kinokomediyasında görürük. Filmdə Berberovlar ailəsi çəkilmişdir. Burada "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" kinofilmindən Kinq adlı şirlə bağlı fraqmentdən istifadə olunmuşdur.

Значение слова в других словарях