1. Şıltaq, şıltaqlıq edən, heç şeydən razı qalmayan.
[Əbülhəsənbəy:] Mən qarşımda … şıltaqçı bir qız görürdüm.
[Bacım:] [Xədicə] xəstədir, anası yoxdur, şıltaqçıdır.
2. Ağlağan, tərs, inadcıl.
Çoxlarının bezdiyi və uzaq qaçdığı inadlı, şıltaqçı və ağlağan uşaqları Nazimə sanki əfsun ilə ələ alır.