ŞƏN

ŞƏN – CANSIXICI Şən və gülər, həmişə şad olsun (C.Məmmədov); Şəhərin cansıxıcı həyatı, bekarçılıq Hüseynqulunu təngə gətirmişdi (A.Məmmədrza).

ŞƏLƏ
ŞƏNLƏNMƏK
OBASTAN VİKİ
Şən Azərbaycan
Şən Azərbaycan — Azərbaycan bəstəkarı Polad Bülbüloğlunun şair Məstan Günərin şeirinə bəstələdiyi mahnı. Mahnı Rast muğamı əsasında dəyişkən 6/8 (3/4) xanə ölçüsü ilə yazılmışdır. Şən rəqs xarakterlidir. Sovetlər dönəmində vətənpərvərlik mövzusunda yazılmış mahnı Azərbaycan Sovet Sosialist Respublikasına həsr olunmuşdur və müasir Azərbaycanda da olduqca məşhurdur. Mahnı 1970-ci ildə ərsəyə gəlmişdir. Həm rus, həm də Azərbaycan dillərində səsləndirilib. Qoy mən yenə söhbət açım ilk baharımdan, Nəğməm ilə bir də keçim öz diyarımdan. Nəqərat: Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü, Gəl-gəl deyir şən Azərbaycan. Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır, Hər yanı gülşən Azərbaycan! El qızları düzüm-düzüm Kür qırağında, Min gül açır Gəncəmizin hər budağında.
Şən Rocer
Şən Rocer (ing. Jolly Roger) — ingilis dilində ənənəvi olaraq XVIII əsrdə dəniz quldurlarının bayrağına deyilən ad. Bayraqda adətən kəllə sümüyü və iki çarpazlaşmış sümükdən ibarət olan simvol əks olunurdu.
İlhan Şən
İlhan Şen (1987) Türk aktyor və model'dir. Bu günə qədər bir çox film və seriallarda rol almışdır. Aktyor'luq və eynilə model'lik kariyeralarında çox böyük uğur əldə etmişdir. İlhan Şen 19 dekabr 1987-ci ildə Bolqarıstanda türk ailəsində anadan olmuşdur. Onun iki yaşı olanda ailəsi Bolqarıstan'dan Türkiyə'yə köçmək məcburiyyətində qalmışdır. Uşaqlıqdan basketbol və futbol klublarında (Fənərbaxça və s.) peşəkar gənc idmançı kimi çıxış etmişdir. İbtidai və orta təhsilini İstanbul'da başa vurduqdan sonra Yıldız Texniki Universitetində təhsil almışdır, oranı inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. 17 yaşından modelliyə başlamışdır.2008-ci ildə Best Model of Turkey yarışmasına qatılmışdır və "Ən yaxşı üzgüçülük paltarı model'i" mükafatını almışdır. 2009-cu ildə yenidən müsabiqəyə qayıtmışdır və bu dəfə birinci yeri qazanaraq "Best Model of Turkey 2009" adını qazanmışdır. Bolqarıstan'ın paytaxtı Sofiya'da keçirilən "Best Model of The World 2009"da Türkiyəni təmsil etmişdr və "Best Model of Europe" olmuşdur.
Şən Əhvalatlar (1963)
Film heyvanları həddən çox sevən bir ailədən bəs edir.
Şən və Hazırcavablar Klubu
KVN ("Şən və hazırcavablar klubu"; rus. Клуб весёлых и находчивых) — müxtəlif komandalarının iştirak etdiyi televiziya yumor oyunları.
Şənər Şən
Şənər Şən (26 dekabr 1941) — Türk aktyor, müəllim. 26 dekabr 1941-ci ildə Adanada o zamanlar dülgər işləyən məşhur kino aktyoru Əli Şənin ailəsində doğulmuşdur. Sənət həyatına İstanbul Şəhər Bələdiyyəsi Teatrlarında səhnəyə çıxaraq başladı. Atası kimi film aktyoru olmaq istəməyən Şənər Şən, özünü teatr aktyoru olaraq görürdü. Radio teatrlarında da oynadı. Amma teatrdan əldə etdiyi gəlir az olduğuna görə məcbur olub film aktyorluğuna keçdi. Film aktyorluğunda ilk addımlarını ara rollarında oynamaqla başlamışdı. Karyerasında məşhurluğu isə "Hababam Sinfi" filmində bədən tərbiyə müəllimi rolunda Badi Əkrəm obrazı ilə olmuşdu. Ən çox oynadığı filmlər isə məşhur türk film aktyoru Kamal Sunalla olmuşdur.
Bizim Şən Yayımız (1967)
Bizim şən yayımız filmi rejissor Kamil Mirzəyev tərəfindən 1967-ci ildə çəkilmişdir. "Peşətexfilm" studiyasında istehsal edilmişdir. Filmdə peşə-texniki təhsil sistemi şagirdlərinin təhsildən sonra Göy-göldə necə dincəlmələrindən danışılır. == Məzmun == Filmdə peşə-texniki təhsil sistemi şagirdlərinin təhsildən sonra Göy-göldə necə dincəlmələrindən danışılır. == Mükafatlar == 1969-cu ildə həvəskar filmlərin Respublika müsabiqəsində film özfəaliyyət kino sənətinin fəal təbliğinə görə qalib olmuşdur. 1969-cu ildə film Azərbaycan LGKİ MK-nın Fəxri Fərmanına layiq görülmüşdür.
Şən əhvalatlar (film, 1963)
Film heyvanları həddən çox sevən bir ailədən bəs edir.
Bizim şən yayımız (film, 1967)
Bizim şən yayımız filmi rejissor Kamil Mirzəyev tərəfindən 1967-ci ildə çəkilmişdir. "Peşətexfilm" studiyasında istehsal edilmişdir. Filmdə peşə-texniki təhsil sistemi şagirdlərinin təhsildən sonra Göy-göldə necə dincəlmələrindən danışılır. == Məzmun == Filmdə peşə-texniki təhsil sistemi şagirdlərinin təhsildən sonra Göy-göldə necə dincəlmələrindən danışılır. == Mükafatlar == 1969-cu ildə həvəskar filmlərin Respublika müsabiqəsində film özfəaliyyət kino sənətinin fəal təbliğinə görə qalib olmuşdur. 1969-cu ildə film Azərbaycan LGKİ MK-nın Fəxri Fərmanına layiq görülmüşdür.
Adnan Şənsəs
Adnan Şenses (türk. Adnan Şenses, 21 avqust 1935, Bursa — 25 dekabr 2013, İstanbul) — Türk sənət musiqisi müğənnisi, musiqiçi bəstəkar, kino aktyoru. == Həyatı == Adnan Şenses 21 avqust 1935-ci ildə Türkiyənin Bursa şəhərində doğulub. İbtidai məktəbə Ankara İsmət İnönü ibtidai məktəbində başlayan Adnan Şenses, təhsilini İstanbula köçdükləri üçün Karagümrük orta məktəbində davam etdirib və həmin məktəbdə də başa vurub. Ailəsinin istəyi ilə dülgərliklə məşğul olan Şenses, 1956-cı ildə öz istəyi əsasında musiqi sənəti ilə maraqlanamağa başlayır və ilk musiqi dərslərini Suzan Yakar Rutkaydan alır. 16 il Ankara radiosunda işləyən Şenses sonradan məşhur kazinolarda işləməyə başlayır. Bundan başqa o, 47 filmdə müxtəlif rollarda oynayıb və bir çox albom çıxarıb. 2013-ci ildə Sezen Aksunun hədiyyə etdiyi "Bekleyemedinmi" və "Kaybolan Yıllar" adlı mahnılarının da olduğu "Adnan Şenses bir əfsanədir" albomunu buraxdırır. Albomda Sezen Aksudan başqa, Selami Şahin və Səlcuq Tekay kimi adların da mahnıları var. Uzun müddətdir ki, ağır xəstəlikdən Okmeydanı xəstəxanasında müalicə olunan tanınmış müğənni Adnan Şenses 25 dekabr 2013-cü ildə Türkiyə vaxtı ilə saat 20:30 radələrində vəfat edib.
Fəllac əl-Şənar
Fəllac Xuzam əl-Şənar (ərəb. فلاج خزام الشنار‎) (d. 10 oktyabr 1947) — səudiyyəli keçmiş futbol hakimi. 1986-cı ildə keçirilmiş Meksikada futbol üzrə dünya çempionatında bir oyunda baş hakimlik, 3 oyunda isə laynsmenlik etmişdir.
Fərhan Şənsoy
Osman Fərhan Şənsoy (26 fevral 1951 – 31 avqust 2021, Fateh, İstanbul ili) ― Türk teatr, kino və televiziya aktyoru; Romanların, esselərin, gündəliklərin, teleserialların və film ssenarilərinin müəllifidir, şairdir və Ortaoyuncular teatr qrupunun qurucusudur.
I Şənbi Qazan döyüşü
Naxçıvan döyüşü — 1406-cı ildə Qaraqoyunlu hökmdarı Qara Yusiflə, Teymurilərin Təbriz hakimi Əbu Bəkr mirzə arasında Naxçıvan yaxınlığında baş vermiş döyüş. == Tarixi == 1405-ci ildə Qara Yusif Suriyanı tərk etdi və Mardinə ordan da Mosula getdi. Ardınca Bitlisə yolan düşdü. Qara Yusifin həbsdən azad olduğunu bilən kimi bütün keçmiş tərəfdarları və qoşunu ətrafında yığılmağa başladılar. Şərqi Anadolunu tabe edən Qara Yusif həbsdə olarkən Sultan Əhmədlə andlaşmasına uyğun olaraq Azərbaycana üz tutmağa hazırlaşırdı. 1406-cı ilin iyununda Sultan Əhməd və Qara Yusif Bağdadı ələ keçirdilər. 1406-cı ilin sonunda Təbrizə yaxınlaşdılar. Şirvanşah İbrahim Sultan Əhmədin İraqdan Azərbaycana yürüşünü qanuni hökmdarın dönüşü kimi qəbul etdi. I İbrahimə müvəqqəti sığınan Azərbaycan əmirləri Qara Yusifin tərəfinə keçdilər. Qara Yusifi qarşılamaq üçün Əbu Bəkr 23 avqust 1406-cı Təbriz gəldi.
Malkolm X (Rəcəb Şəntürk)
Malkolm X — Rəcəb Şəntürkün müəllifi olduğu Malkolm Xdan bəhs edən avtobioqrafik əsər. == Məzmun == Kitab XX əsrin ən yadda qalan simalarından olan Malkolm X-in həyatı və onun insan haqları uğrunda mübarizəsi haqqındadır. Qətiyyətli çıxışları ilə, modern cəmiyyət tərəfindən əzilən, sındırılan, ən adi insani münasibətlərə həsrət qalan qaradərililərin ümid işığına çevrilən və "Başıma ən azı bir qrup insanın yaşayıb təcrübə edə biləcəyi qədər hadisə gəlib" – deyən Malkolm X-in keçdiyi həyat yolunu təsirlənmədən və təəccüb etmədən oxumaq mümkün deyil. Kitabı oxuduqca bir insanın necə ən çirkin əməllərdən, tüfeyli həyatdan qurtularaq doğru prinsiplərə yiyələnib və bu prinsiplər uğrunda canından belə keçəcək səviyyədə mübarizə aparıb dünyada iz qoyan bir şəxsə çevrildiyinin şahidi olacaqsınız.
Mustafa Şəntop
Mustafa Şentop (6 avqust 1968, Təkirdağ) — türk siyasətçisi və 24, 25, 26. Dövr Ədalət və İnkişaf Partiyası (AK Parti) İstanbul, 27. AK Partiya Tekirdağ millət vəkili. 2011-ci il Türkiyə ümumi seçkilərində ilk dəfə Türkiyə Böyük Millət Məclisinə daxil olan Şentop, 2012–2015-ci illərdə AK Partiya sədr müavini vəzifəsində çalışıb.
Qanlı şənbə mitinqi
Azərbaycan etirazları (2005) — 2005-ci il noyabrın 26-da Qələbə meydanında baş tutan mitinq. 2005-ci il noyabrın 6-da Azərbaycanın Milli Məclisinə seçkilər baş tutdu. Seçkilərdə əsas mübarizə Yeni Azərbaycan Partiyası və Azadlıq Bloku arasında getdi. Azadlıq Blokuna Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası daxil idi. Seçkilərin rəsmi nəticələrinə əsasən Yeni Azərbaycan Partiyası 61 mandat qazanaraq qələbə qazandı. Azadlıq Bloku isə 6 üzvlə təmsil olunmaq hüququ qazandı. Həmin nəticələri Azadlıq Bloku rəsmən tanımadı. AXCP sədri Əli Kərimli 2019-cu il fevralın 27-də Meydan TV-yə verdiyi müsahibədə 2005-ci ilin Parlament seçkilərinə toxundu və həmin seçkilərdə Azadlıq Birliyinin 58 üzvünün Parlamentdə mandat qazandığı iddia etdi.[mənbə göstərin] Azadlıq Blokuna üzv olan siyasi partiyaların sədrləri Əli Kərimli (AXCP), İsa Qəmbər (Müsavat), Lalə Şövkət (ALP) və Sərdar Cəlaloğlunun (ADP) çıxış etdiyi mitinq başa çatandan sonra, seçkilərin nəticələrinə etiraz edən 2 000 yaxın etirazçı oturaq seçkilərin nəticələrinə etirazlarını bildirdi. Etirazlar axşam saatlarına yaxın Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən dağıdıldı, nəticədə 500 yaxın etirazçı yaralandı.[mənbə göstərin] Daha sonra 9 noyabr, 13 noyabr və 23 noyabr tarixində mitinqlər keçirildi.
Sadıq Şəndil
Sadıq Şəndil (d. 1913, İstanbul - ö. 28 İyul 1986, İstanbul) — Türkiyə yazıçısı və ssenaristi. Peşəkar sənət həyatına 1953-cü ildə ssenari yazmaqla başlayan Sadiq Şendil, Türk kinosuna 200 yaxın filmi ssenarisi yazaraq böyük bir iştirak etmişdir. Türk teatr və kino tarixinin əhəmiyyətli əsərlərini çıxaran Şendil, 8 əsər yazmış, məşhur serial-film ssenarilərinə da imza atmışdır. Sənətçi, xüsusilə Kamal Sunal filmləri və Hababam Sınıfı ardıcıllığıyla tanınır. Sadiq Şendil, bir dövr Müjdat Gezen'le birlikdə "Güldürü İstehsal Mərkəzi" 'ndə çalışdı. Məşhur İldə Bir Gün mahnısının sözlərini yazan Şendil `ssenariləri, ağırlıqlı olaraq Ertem Eğilmez və Sırrı Gültekin tərəfindən filmə alındı​​. 7. Antalya Film Şənliyi, 1970, Ən Yaxşı Ssenari, Ürəyimin Əfəndisi 7.
Semih Şəntürk
Semih Şentürk (29 aprel 1983, İzmir, Bornova) — Fənərbaxça klubunun və Türkiyə milli futbol komandasının hücumçusu. Adətən oyunlarda meydana ehtiyat oyunçu kimi çıxıb qol vurması ilə tanındığına görə "növbətçi qolçu" ləqəbini almışdır. 2007/2008-ci il mövsümü Futbol üzrə Türkiyə çempionatında 17 qol vuraraq qol kralı olmuşdur. Semih Şənturk 1999-cu ilin iyun ayında Türkiyə milli futbol komandasının (15 yaşlılar) heyətində ilk oyununu Rumıniya milli futbol komandasına (15 yaşlılar) qarşı keçirmişdir. Həmin ilin avqust ayında keçirilən "Gənclər arasında Balkan Çempionatı"nda 4 oyunda 8 qol vurmuşdur. Turniri izləyən Fənərbaxçanın gənclərdən ibarət komandasının baş məşqçisi Saraloğlu Yuqoslaviya milli futbol komandasının (15 yaşlılar) qapısına vurduğu 5 qolu gördükdən sonra onu 1999-cu ilin sentyabr ayında komandasının heyətinə dəvət etmişdir. Həmin il Futbol üzrə Türkiyə çempionatının ikinci dövrəsində Mustafa Dənizli tərəfindən Fənərbaxçanın əsas heyətinə cəlb olunmuşdur. Fənərbaxçada ilk rəsmi oyununu Siirtspora qarşı keçirmişdir. Bu oyunun son 15 dəqiqəsində meydana çıxmışdır. Futbol üzrə Türkiyə çempionatının 2001/2002 mövsümündə İzmirspora icarəyə verilmişdir.
Şükür Şənol
Əliyev Şükür Məmiş oğlu (Şükür Şənol) (11 fevral 1955, Yevlax) — postmodern yazıçı, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü. Şükür Şənol 11 fevral 1955-ci ildə Yevlax şəhərində anadan olub. Əslən Füzuli rayonunun Böyük Bəhmənli kəndindəndir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "Azərbaycanfilm" kinostudiyasında, "İşıq" nəşriyyatında, "Kommunist" ("Xalq qəzeti"), "Azernews" qəzetlərində işləyib. Hazırda "Respublika" qəzetinin xüsusi müxbiridir. "Ağ qoç, qara qoç" (1988), "Nə, gözəl onu andı, sevdi, düşündü hər türk" (1989), "Son bahar rüzgarları" (1999), "... bu eşqin bır anlamı" (2007), "...aramızdakı bir mələk" (2007), "Yüz ildən bir sətir" (2009) və s. kitabların müəllifidir. Yazarın "...aramızdakı bir mələk" (2007) kitabına erkən gənclik illərində və XX əsrin 2010-cu ilinə qədər bir dövrdə qələmə aldığı yazılar daxil edilmişdir.
Şənbi-Qazan
Şənbi-Qazan, Şam Qazan və ya Qazaniyyə (fars. شنب غازان‎) — Təbriz şəhəri yaxınlığında yerləşən qədim yaşayış məskəni. Günümüzdə Şənbi-Qazan Təbrizin qərbində yerləşən məhəllərdən biridir və şimaldan Axoni meydanı, cənubdan Rahahan, qərbdən isə Qarqar küçəsi ilə əhatələnir. Elxanilər döründə Şənbi-Qazan Təbrizdən 6–10 km məsafədə yerləşən kənd idi. Arqun xan dövründə burada müxtəlif binalar, memarlıq abidələri tikilmişdi. Buna görə də şəhərin ilk adı Arquniyyə olmuşdur, lakin daha sonra Qazan xan dövründə Şənbi-Qazan türbəsinin inşaası ilə bura Qazaniyyə və ya Şənbi-Qazan adlandırılmağa başlandı. Qazan xanın vəfatında sonra cənazəsi Təbrizə gətirilərək Qazaniyyə qübbəsinə dəfn edilmişdir. Şənbi-Qazan İran, Azərbaycan və Osmanlı tarixində mühüm rola malik şəhərlərdən biridir. Qaynaqların verdiyi məlumata əsasən şəhərin ilk adının Arquniyyə olduğu bizə məlumdur, lakin ehtimal olunur ki, şəhər hələ salınmazdan əvvəl bu ərazi Şam adlanırdı. Şam sözünün mənası isə hamar və bərəkətli yer deməkdir.
Şənlik Əliyev
Şənlik Müslüm oğlu Əliyev (1935, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri (1985–1988), Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi (1979–1985). Şənlik Müslüm oğlu Əliyev 1935-ci ildə Bakıda anadan olmuşdur. 1959-cu ildən Leytenant Şmidt adına zavodda mühəndis, laboratoriya müdiri, baş konstruktorun müavini, zavodun baş mühəndisi işləmişdir. Daha sonra partiya işinə keçirilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri olmuşdur. 20 yanvar 1979-cu ildə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi seçilmiş və 1985-ci ilədək bu vəzifədə çalışmışdır. 1985–1988-ci illərdə Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri olmuşdur. Şənlik Əliyev 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 10-cu və 11-ci çağırış SSRİ Ali Sovetinin deputatı, eləcə də Sov.İKP XXVI və XXVII qurultaylarının nümayəndəsi seçilmişdir.
Fərid Şənyaşar
Fərid Şənyaşar (1983, Suruç[d], Şanlıurfa ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Fərid Şənyaşar 1983-cü ildə Şanlıurfa ilinin Suruç ilçəsində anadan olub. İnönü Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. 2010-2018-ci illərdə müəllim olaraq çalışıb. 2019-2020-ci illərdə isə xüsusi təhsil və reabilitasiya müəssisəsində çalışıb. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Şanlıurfa ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Evli və 2 uşaq atasıdır. Fərid Şənyaşarın atası və qardaşı 2018-ci ildə AK Parti deputatı İbrahim Halil Yıldızın qohumları tərəfindən Şanlıurfa ilinin Suruç ilçəsində öldürülmüşdü.
Şölə Yüksəl Şənlər
Şölə Yüksəl Şənlər və ya Yüksəl Şənlər (türk. Şule Yüksel Şenler; 29 may 1938, Kayseri – 28 avqust 2019, İstanbul) — türk yazıçısı və jurnalisti. O, Türkiyədə yüksəlişdə olan islamçılığın qadın fəallarından və təşəbbüskarlarından biridir. Şölə Şənlər Anadoluda əsrlər boyu yayılmış ənənəvi “çadra” əvəzinə “türban” dizayn edib populyarlaşdırıb. Şölə Yüksəl Şənlərin ailəsi, əslən kipr türklərindəndir. Onun ailəsi 1930-cu illərin əvvəllərində Kiprdən Kayseriyə köçüblər. Yüksəl Şənlər 29 may 1938-ci ildə Kayseridə anadan olub. Atasının dövlət qulluğuna görə Anadolunun bir çox şəhərlərində yaşayıb. O, valideynlərinin evdə ballar təşkil etdiyi çox sekulyar bir ailədə böyüyüb. Şənlər TRT Avaz-da yayımlanan proqramda ailə quruluşunu belə izah edib: "Müasir ailə quruluşu...
Şənay Aybükə Yalçın
Şenay Aybüke Yalçın (3 sentyabr 1994, Çorum – 9 iyun 2017, Qozluq, Batman ili) — musiqi müəlliməsi. 2016-cı ildə Batman ilinin Kozluğ ilçəsində musiqi müəllimi təyin olunan Yalçın 2017-ci ildə Kürdüstan Fəhlə Partiyasının (PKK) bələdiyyə sədrinə hücumu zamanı güllənin bədəninə dəyməsi nəticəsində dünyasını dəyişmişdir. Ölümü ciddi rezonans doğurmuş, xatirəsinə müxtəlif təhsil müəssisələrinə onun adı verilmiş, onun həyatından bəhs edən film 2023-cü ildə işıq üzü gördü. 3 sentyabr 1994-cü ildə Çorum ilinin Osmancıq ilçəsində anadan olub. Valideynləri Xocalı soyqırımından bəhs edən cizgi filmində bir qızın ölümündən təsirlənmiş, həmin obrazının adı olan Aybükəyə, nənəsinin adı Şənayı əlavə edib, qızlarını Aybükə Şənay adlandırılmışdır. Körfez Anadolu Liseyini bitirmişdir. Bu müddət ərzində Edremit Mədəniyyət İncəsənət Dərnəyində musiqi təhsili almışdır. Daha sonra Nəcməddin Ərbakan Universitetinin Musiqi müəllimliyi Bölməsindən məzun olmişdur. 2016-cı ildə Batman ilinin Kozluğ ilçəsində Anadolu Liseyinə müəllim olaraq təyin olunmuşdur. 9 sentyabr 2017-ci il tarixində uşaqlara qiymətləndirmə şəhadətnamələrini payladıqdan sonra dostları ilə birgə maşına əyləşmiş və yola düşmüşdür.
Şənköy (Çinarcıq)
Şənköy — Türkiyənin Yalova vilayətinin Çinarcıq rayonunda kənd. == Tarixi == 1890-cı ildə adı xarici mənbədə Engürə kimi qeyd olunan kənd 1928-ci ildə Engürü adlandırılmışdır.
Aşağı Şənəstəq
Aşağı Şənəstəq və ya Kiçik Şənəstəq (az.-əbcəd. کیچیک چینسته، آشاغێ چینسته‎, fars. شنستق سفلی‎) — İranın Qəzvin ostanının Takistan şəhristanının Xürrəmdəşt bəxşinin Əfşariyyə dehistanının ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 296 nəfər yaşayır (103 ailə). Kəndin əhalisini Azərbaycanlılar təşkil edir, Azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Yuxarı Şənəstəq
Yuxarı Şənəstəq və ya Böyük Şənəstəq (az.-əbcəd. بؤیۆک چینسته، یوخارێ چینسته‎, fars. شنستق علیا‎) — İranın Qəzvin ostanının Takistan şəhristanının Xürrəmdəşt bəxşinin Əfşariyyə dehistanının ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 344 nəfər yaşayır (124 ailə). Kəndin əhalisini Azərbaycanlılar təşkil edir, Azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Şənbə gecəsi qızdırması
Şənbə Gecəsi Qızdırması (Saturday Night Fever) — John Badhamın çəkdiyi musiqili dram filmidir. Filmin əsas qəhrəmanı, John Travolta tərəfindən canlandırılan Tony Manero həftəiçi ərzində yerli inşaat malları mağazasında işləyir, həftəsonlarını isə diskotekada içmək və rəqs etməklə keçirir. Brooklynda yerləşən bu diskotekada ondan yaxşı rəqs edən yoxdu. Tonynin həyatında həftəsonları rəqs etmək və dostlarından başqa heçnə yolunda getmir, valideynlər bir yandan, çətin iş o biri yandan onu bezdirir. Filmin hekayəsi 1976-cı ildə New York jurnalında Britaniyalı yazıçı Nik Cohnin yazdığı məqaləyə əsaslanır, "Tribal Rites of the New Saturday Night". Təxminən 20 ildən sonra Cohn o məqalənin reallığı əks etdirmədiyini bildirdi. Amerikaya təzə gəldiyinə görə o, burdakı disko həyatı ilə tanış deyildi. Buna görə də Cohn İngiltərədəki mod mədəniyyətinin üzvü olan bir tanışının həyat tərzinə əsaslanıb Tony Monero xarakterini yaratdı. Filmin çox uğurlu alınması disco musiqisinin dünyaca məşhurlaşmasına səbəb oldu. John Travolta isə əvvəldən Welcome Back, Kotter TV şousundan tanınsa da, bu film ilə çox məşhurlaşdı.
Şənoba (Uludərə)
Şənoba — Türkiyənin Şırnak vilayətinin Uludurə rayonunda bəldə. == Tarixi == Şəhərin adı 1928-ci il qeydlərində kürdcə "üç təpə" mənasını verən Səgirək kimi qeyd olunur. Əvvəllər kənd ikən 26 dekabr 1998-ci ildə bələdiyyə statusu alaraq bəldəyə çevrilmişdir.

Значение слова в других словарях