ŞƏRARƏT

is. [ ər. ] klas. Yamanlıq, pislik, mərdimazarlıq, şər iş; fitnə; fəsad. Hər kəs şərarət əksə, peşmanlıq bitər. ( Ata. sözü ).
Həddən aşıb büxlü həsəd, şərarət; Yoldaş yoldaşına eylər xəyanət. Q.Zakir.
[Camal bəy:] …Ağa İsmayıl bəy, farağat otur, bəsdir şərarət. N.Vəzirov.

□ Şərarət etmək – şər iş görmək, yamanlıq eləmək, mərdimazarlıq eləmək; fitnə, fəsad salmaq.
Molla dayı, etmə şərarət belə. M.Ə.Sabir.

Синонимы

  • ŞƏRARƏT şərarət bax mərdimazarlıq
ŞƏRARƏLİ
ŞƏRARƏTÇİ

Значение слова в других словарях