1. Lent, yastı qaytan.
// İp.
İsti paltarların boğçadan çıxarılıb həyətlərdə, eyvanlarda çırpıldığını, şəridə asıldığını görmək olurdu.
Şəridi bağlamaq üçün çinarın gövdəsinə arvadların vurduqları dəmir çivləri, mıxları pas yeyib nəziltmişdi.
2. Texniki və s. məqsədlər üçün işlənən hər hansı bir materialdan hazırlanan dar, uzun zolaq.
3. məc. Lent kimi uzanıb gedən şey haqqında.
Maşın böyük əziyyətdən qurtardığına sevinirmiş kimi, həvəslə qaçıb, elə bil, yolun boz şəridini təkərlərinə dolayırdı.
Burada, aşağıda göz işlədikcə düzənliklər, sıx meşələr, gümüş şərid kimi axan çaylar, məxmər çəmənlər görünürdü.