ƏHLİ-DÜNYA

axirətə inanmayıb bu dünya ilə maraqlanan.
ƏHLİ-BEYT
ƏHLİ-HƏDİS
OBASTAN VİKİ
Kitab əhli
Kitab əhli — (ərəb.اهل الكتاب) İslam ənənəsinə görə, digər iki səmavi dinlərin əhalisini, yəhudi və xristianları, bildirən anlayış. Kitab əhlinə münasibət fərqli idi. Bütpərəstlərdən fərqli olaraq, kitab əhli daha imtiyazlı vəziyətdə idi, onların sıxışdırılması və təqib olunması barədə açıq göstərişlər yox idi. Məsələn kitab əhlinin qadınları ilə nigaha girmək icazəsi vardı, lakin onlara qız vermək qadağan idi. Kitab əhli öz kilsələrində və sinaqoqlarında ibadət edirdilər və öz ayinlərini yerinə yetirməkdə azad idilər. Lakin onlar zimmilər zümrəsinə aid idilər və xüsusi cizyə vergisi ödəyirdilər, yaxud bunun əvəzinə orduda köməkçi qoşun kimi istifadə edilirdilər.
Əhli-Beyt
Əhli-Beyt (ərəb. أهل البيت‎; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. Cahiliyyə dövrü ərəb cəmiyyətində qəbilənin hakim ailəsini bildirən "Əhli-Beyt" ifadəsi islam meydana gəldikdən sonra Məhəmməd peyğəmbərin ailəsinə şamil olundu. Quranda "əhl" sözü sahib, tərəfdar, eyni məkanı paylaşanlar, bir dinə, yaxud peyğəmbərə inananlar, zövcə, "beyt" sözü isə ev, Allahın evi (məscid) və ailə mənalarında işlənmişdir. "Əhli-Beyt" ifadəsinə İbrahimin (11:73), Musanın (28: 12) və Məhəmmədin (33:33) ailəsindən bəhs edən üç ayədə rast gəlinir. Əhli-Beyt-ә kimlərin daxil edilməsi barədə fikirlər fərqli olsa da, bunlar, əsasən, Məhəmməd peyğəmbər, Əli ibn Əbu Talib, Fatimə, Həsən əl-Müctəba, Hüseyn ibn Əli və digər doqquz imamdan ibarətdir. İlahi lütfün və gizli biliklərin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bəslənilir. Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi.
Əhli-Haqq
Yarsanizm, Əhli-haqq və ya Kakayi (kürd. یارسان, kürd. ئەهلی حەق; fars. اهل حق‎, ərəb. كاكائي‎) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din. Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir. İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir. İranda türk yarsan anklavları da mövcuddur. İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir.
Əhli-Həqq

Əhli-Sünnə
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" mənasına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Əhli-Sünnət

Əhli Beyt
Əhli-Beyt (ərəb. أهل البيت‎; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. Cahiliyyə dövrü ərəb cəmiyyətində qəbilənin hakim ailəsini bildirən "Əhli-Beyt" ifadəsi islam meydana gəldikdən sonra Məhəmməd peyğəmbərin ailəsinə şamil olundu. Quranda "əhl" sözü sahib, tərəfdar, eyni məkanı paylaşanlar, bir dinə, yaxud peyğəmbərə inananlar, zövcə, "beyt" sözü isə ev, Allahın evi (məscid) və ailə mənalarında işlənmişdir. "Əhli-Beyt" ifadəsinə İbrahimin (11:73), Musanın (28: 12) və Məhəmmədin (33:33) ailəsindən bəhs edən üç ayədə rast gəlinir. Əhli-Beyt-ә kimlərin daxil edilməsi barədə fikirlər fərqli olsa da, bunlar, əsasən, Məhəmməd peyğəmbər, Əli ibn Əbu Talib, Fatimə, Həsən əl-Müctəba, Hüseyn ibn Əli və digər doqquz imamdan ibarətdir. İlahi lütfün və gizli biliklərin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bəslənilir. Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi.
Əhli Sünnə
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" mənasına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Əhli Şirazi
Məhəmməd ibn Yusif Əhli Şirazi (fars. اهلی شیرازی‎; təq. 1454, Şiraz – təq. 1535, Şiraz) — fars şairi. Əhli Şirazinin təxminən 1454–1535-ci illərdə İranın Şiraz şəhərində yaşadığı və öldüyü zaman cənazəsini oradakı Hafiz Şirazinin türbəsində dəfn olunduğu güman edilir. Onun haqqında tənha həyat sürdüyü, ehtiyac içində yaşadığı, bütün həyatının mübarizə ilə keçdiyi barədə şahid ifadələri var. Manuscript of his works available on the digital library website of the Iran Parliament Library.
Əl-Əhli İK
Əl-Əhli — Misirin futbol klubu. 1907-ci ildə yaradılıb.
Dünya
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Əl-Əhli Dubay FK
Əl-Əhli (Dubay) FK — Birləşmiş Ərəb Əmirliklərinin futbol klubu 1970-ci ildə yaranmışdır.
Əhli Ərəb xəstəxanasına hücum
Əhli Ərəb xəstəxanasına hücum — HƏMAS–İsrail müharibəsi əsnasında, 17 oktyabr 2023-cü ildə "Əl-Əqsa fırtınası" əməliyyatına cavab olaraq İsrail tərəfindən həyata keçirilən "Dəmir qılınclar" əməliyyatı zamanı Qəzzə zolağında yerləşən Əhli Ərəb xəstəxanasında baş tutmuş partlayış. Fələstin tərəfinin bildirdiyinə görə, xəstəxanada partlayış nəticəsində bir neçə yüz nəfər həlak olmuşdur. Bununla belə, müstəqil məlumatlara görə, Fələstin tərəfinin iddia etdiyi bu say görə həddən artıq qiymətləndirilir və partlayışın özü xəstəxananın özündə deyil, xəstəxananın yanındakı dayanacaqda baş vermişdir. Hadisə ilə bağlı yoxlanılmamış və etibarsız məlumatların geniş yayılması informasiya müharibəsinin predmetinə çevrilmişdir. "HƏMAS" partlayışa görə İsraili günahlandırmış, buna səbəb kimi İsrail Müdafiə Qüvvələrinin (IDF) aviazərbələrini göstərmişdir. Bu ittiham bir çox ərəb dövlətləri və islam dünyasının ölkələri tərəfindən təkrarlanmışdır. Öz növbəsində, İDF partlayışın "Fələstin İslam Cihadı" qruplaşmasının Qəzzə zolağından İsrail istiqamətində uğursuz raket atması nəticəsində baş verdiyini bildirmişdir. "HƏMAS" raket qalıqlarını müstəqil araşdırmalar üçün təqdim etməmişdir.
Dünya (dəqiqləşdirmə)
Dünya aşağıdakıları ifadə edir: Dünya mövcud olan hər şeydir — Kainat. Dünya — Yer deyil. Dünya — dar mənada, düşüncəmizə görə uzaqlarda olan mövcudluq. Məsələn, paralel dünya, virtual dünya və s. Dünya — nəzəri surətdə kainatda mövcud olan həyatların məcmusu. Dünya — sosial anlamda insan cəmiyyəti, bəşəriyyət, ölkələrin cəmi . Mənəvi dünya — insanların birgəyaşayış qaydalarının mədəni hissəsi. Daxili dünya — insan psixikasının quruluşu. Dünya — araşdırmalara görə sözün etimologiyası "əsəbləşərkən şirniyyat yeyən xanım" mənasını daşıyır. Dünya, Dünyaxanım — azərbaycan qadın adı.
Dünya Ağalarova
Dünya Ağalarova Əkbər qızı (12 dekabr 1906, Şamaxı - 15 avqust 1981) – Azərbaycanın ilk geolog qadını, professor (1965). Dünya Ağalarova 12 dekabr 1906-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. Dünya Ağalarova 1932-ci ildə Azərbaycan Neft İnstitutunun geoloji şöbəsini bitirmişdir. Ağalarova Azərbaycanın neftli-qazlı vilayətlərinin pliosen çöküntülərinin mikrofaunasını öyrənməyə başlamış ilk alim-paleontoloqlardandır. Dünya Ağalarova tələbə olduğu dövrdə-1930-cu ildə Azərbaycan Neft İnstitutunda mikrofauna üzrə laborant kimi işləməyə başlamışdır. 1949-1951-ci illərdə Ağalarova Elmi-Tədqiqat Geoloji-Kəşfiyyat Neft İnstitutunda və Neft Texnikumunda müəllim işləmişdir. 1951-1954-cü illərdə Dünya Ağalarova Türkmənistan Elmlər Akademiyası Geologiya İnstitutuna çalışmış və həmçinin orada paleontolgiya şöbəsinə rəhbərlik etməklə yanaşı, Türkmənistan Dövlət Universitetində paleontologiyadan mühazirələr oxumuşdur. O, 1954-cü ildə Bakıya qayıdır və neft çıxarılması üzrə AzETİ-də böyük elmi işçi işləyir. 1960-cı ildən ömrünün sonuna kimi stratiqrafiya laboratoriyasına rəhbərlik etmişdir. Onun məhsuldar qatın mikrofaunistik xarakteristikası üzrə tədqiqatları böyük əhəmiyyət daşıyırdı.
Dünya Bankı
Dünya Bankı (ing. World Bank) — dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Dünya Bankı heç də klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var. Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir. Bankın əsas məqsədi kasıb ölkələrə struktur islahatlarının həyata keçirilməsində və yoxsulluğun azaldılmasında yardım göstərməkdir.
Dünya Düzdür
Dünya Düzdür:21-ci əsrin qısa tarixi — Tomas L.Fridmanın 2005-ci ildə nəşr edilmiş, dünyanın qloballaşmasıyla bağlı yazdığı dünyaca məşhur kitabı. Kitabın adındakı məcaz dünyanın “oyun sahəsi” olaraq görülməsi və bu oyun sahəsinin içindəki bütün “oyunçuların” bərabər imkanlara malik olmasıdır. Kitab 2006-da “yenilənmiş və genişləmiş” tirajı ilə yenidən nəşr edilmiş, 2007-də isə “daha da yenilənmiş və genişlənmiş” tirajı ilə son halını almışdır. Yazıçı kitabda 2000-ci ildə internetin sürətlə yayılması ilə qloballaşmanın “oyun sahəsini” yenidən düzləşdirdiyini, bu dönəmdə dünyanın balaca bir yer halına gəldiyini və bütün dünya əhalisinin tək bir şirkət altında birləşərək işbirliyinə getməsi müddəasını irəli sürür. Fridman bu dəyişikliklərə qarşı çıxan cəmiyyətləri tənqid edir, bütün cəmiyyətlərin qaçınılmaz bir şəkildə bu dəyişikliklərlə ayaqlaşmaq məcburiyyətində olduqlarını, əks təqdirdə, geri qalacaqlarını iddia edir. Fridmana görə, qloballaşma, əslində, 3 böyük mərhələdən ibarətdir. Qloballaşma 1.0 adlanan birinci mərhələ 1492-ci il Xristofor Kolumbla başlamış, 1800-cü illərə qədər dəvam etmiş və dünyanı Böyük Ölçüdən Orta Ölçüyə endirmişdir. Bu dönəmdəki dinamik qüvvə ölkələr idi və sual bu idi “Ölkəm qlobal rəqabətin harasındadır? 1800-cü illərdən 2000-ci illərə qədərki dövr isə Qloballaşma 2.0-ı əhatə edir. Qloballaşma 2.0 dünyanı Orta Ölçüdən Kiçik Ölçüyə gətirdi.
Dünya Məktəbi
Dünya məktəbi — 1998-ci ildə Xəzər Universitetinin nəzdində yaradılmış məktəb. Təsisçilər: Hamlet İsaxanlı və Nailə İsayevadır. Məktəb müasir təlim tərbiyə ocağı kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. "Dünya" məktəbində ibtidai və orta təhsillə yanaşı məktəbəqədər hazırlıq sinifləri də fəaliyyət göstərir. Təhsil həftəsi 5 günlükdür. Şənbə günü dərsdənkənar dərnəklər fəaliyyət göstərir, mədəni və əyləncəli görüşlər təşkil olunur. Şagirdlər saat 8/8.50-dən 15.20/16-ya qədər məktəbdə olurlar. 2009-cu il yanvar ayının 16-dan etibarən Dünya Məktəbi beynəlxalq statusu alaraq IB World School oldu. Məktəbə ən müxtəlif ailə və zümrələrdən olan zehni cəhətdən normal inkişaf etmiş şagirdlər bilik, bacarıq və qabiliyyət nümayişinə əsaslanan imtahan və müsahibə yolu ilə qəbul edilir. Məktəbə qəbulda uğur qazanmayan şagirdlərə xüsusi təyin olunmuş vaxtda özlərini yenidən sınamaq imkanı verilir.
Dünya TV
"Dünya TV — 1999-cu ildə Sumqayıt şəhərində fəaliyyətə başlayan televiziya kanalıdır. Şirkətin Prezidenti Huseynov Ramiz Farrux oğludur. "Dünya" Müstəqil Televiziya Şirkəti 15 oktyabr 1998-ci ildə yaradılmış, 1999-cu ilin noyabrından "Dünya" telekanalı fəaliyyətə başlamışdır. 42-ci kanalla yayımlanır. Məqsədi cəmiyyətdə operativ və obyektiv informasiya bolluğunu təmin etmək, elmi-mədəni və digər dəyərlərin geniş təbliğinə nail olmaqdan ibarətdir. Şirkətin prezidenti R.F.Hüseynovdur. Kanal Sumqayıt şəhərində həftə ərzində 36 saat yayımlanır. Ümumi efir vaxtının 16,7 faizini ölkədə istehsal olunan proqramlar, 20 faizini xaricdə istehsal olunan proqramlar, 61,3 faizini şəxsi istehsal proqramları, 2 faizini isə reklamlar təşkil edir. 2013-cü ilin mart ayında rəqəmsal yayıma keçmişdir. 2014-cü ilin oktyabr ayından etibarən Azerspace-1 peyki vasitəsilə yayımlanır.
Dünya Telekanalı

Dünya Televiziyası

Dünya adaları
Dünya adaları (ərəb. جزر العالم‎) və ya The World — Dubay əmirliyinə aid məhəlli sularında süni şəkildə yaradılmış, quş baxışı olaraq yer kürəsini xatırladan süni arxipelaq. Adalar sahildən 4 km aralıda yerləşir. Dünya adaları inzibati cəhətdən Dubay əmirliyi ərazisinə daxildir və Palma adalarının yaxınlığında salınmışdır. Adalar əsasən şelf dayazlığında yerləşən qumlardan təşkil olunmuşdur. The World layihəsinin təşəbbüskarı Nakheel şirkəti olmuşdur. Dünya adalarının yaradəlması ideyası vəliəhd və BƏƏ Müdafiə naziri şeyx Məhəmməd ibn Rəşid əl-Məktum olmuşdur. Gələcəkdə arxipelaqın sahəsini yeni adaların hesabına artırmaq düşünülür. Arxipelaqın sahəsi 55 km² təşkil edir. Bu göstərici ilə süni adalar arasında birinci yeri tutur.
Dünya dilləri
Aşağıda dillər və dil qrupları ilə bağlı Vikipediyada olan və ya yaradılması vacib sayılan məqalələrin tam siyahısı verilib. Siyahıya ancaq insan dilləri daxil edilib (təbii, süni, jest və düzəltmə dillər də). Siyahıya heyvan dilləri və formal dillər (o cümlədən, kompüter dili və proqramlaşdırma dili) salınmayıb.
Dünya dini
Dünyanın əsas dinləri və mənəvi ənənələri az sayda əsas qruplara təsnif edilə bilər, baxmayaraq ki, bu, vahid təcrübə deyil. Bu nəzəriyyə XVIII əsrdə müxtəlif cəmiyyətlərdə sivilliyin nisbi səviyyələrini tanımaq məqsədilə başlamışdır, lakin o vaxtdan bu təcrübə bir çox müasir mədəniyyətlərdə nüfuzdan düşmüşdür.
Dünya hökuməti
Dünya hökuməti— bütün dünya üçün səlahiyyət tətbiq edən yeganə dövlət olmaqla bir qlobal bir hökumət də daxil olmaqla bütün bəşəriyyət üçün ortaq siyasi bir anlayışdır. Belə bir hökumət ya zorakı və məcburi dünya hökmranlığı, ya da dinc və könüllü transmilli birlik yolu ilə mövcud ola bilər. Dünyada icra, qanunverici, məhkəmə, hərbi və ya qlobal bir yurisdiksiyaya malik bir konstitusiya olmamışdır. Birləşmiş Millətlər Təşkilatı tez-tez məsləhətçi vəzifələri ilə məhdudlaşır və onlara səlahiyyət vermək əvəzinə mövcud milli hökumətlər arasında əməkdaşlığı artırmaq məqsədi daşıyır. Ankerl, Guy. Global communication without universal civilization. INU societal research. 2000. ISBN 2-88155-004-5.

Значение слова в других словарях