ƏNDƏ-MƏNDƏ:
ƏNDƏRİLMƏK
OBASTAN VİKİ
Nurməhəmməd Əndəlib
Nurməhəmməd Əndəlib (1660–1740)—türkmən şairi. Nurməhəmməd Əndəlib zəngin türkmən ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, özündən sonra gələn bütün türkmən şairlərinin müəllimi və ustadıdır. Azadi, Şahbəndə, Məxdimqulu, Şeydayi, Məğrubi, Qayıbi, Talıbi, Qurdoğlu, Kəminə, Seyidnəzər Seydi, Zəlili, Seydulla Seydi, Zinhari, Molla Nəfəs, Aşiqi, Katibi, Möhtaci, Miskin Qılınc, Balqızıl kimi ta-nınmış söz ustaları onun ardıcılları və şagirdləridir. Əndəlibin türkmən ədəbiyyatı qarşısındakı xidmətləri son dərəcə böyükdür. Hər şeydən əvvəl o, müasir türkmən ədəbiy-yatının və ədəbi yazı dilinin banisidir. Ondan əvvəl yaşayıb-ya-radan türkmən şairlərindən Bayram xan Baharlı və Vəfai öz əsərlərini həmin dövrdə bütün Orta Asiyada geniş yayılan və əsasən mədrəsə təhsili görmüş adamların işlətdiyi ədəbi çağatay türkcəsi ilə qələmə almışlar. Əndəlib isə əsərlərini uşaqlıqdan bəri sevə-sevə dinlədiyi milli-məhəlli dastanların təsiri altında şirin türkmən dilində yazmaqla bir ilki gerçəkləşdirmişdir. Şairin ikinci böyük xidməti türkmən ədəbiyyatını mövzu və janr baxımından zənginləşdirməsidir. Əslində, o, realist türkmən poeziyasının ilk rüşeymlərini qoymuş, Məxdumqulu isə onu zirvəyə qaldırmışdır. Milli ədəbiyyatda ilk poemanın, ilk dastanın müəllifi də Əndəlibdir.
Əndəlib Qaracadaği
Əndəlib Qaracadaği (XIX əsr, Əhər, Şərqi Azərbaycan ostanı – İrəvan) — XVIII əsrin sonları — XIX əsrin əvvəllərində fəaliyyət göstərmiş Azərbaycan şairidir. Həyat və fəaliyyətinin əsas hissəsi İrəvan xanlığı ilə bağlı olan şair, sonuncu İrəvan xanı Hüseynqulu xanın yanında mirzəlik etmişdir. Ən məşhur əsəri "Leyli və Məcnun" poemasıdır. Şairin doğum və ölüm tarixi haqqında dəqiq məlumat yoxdur. Əsərlərindən müəyyənləşdirmək olur ki, Əndəlib Qaracadaği XVIII yüzilin 70-ci illərində Əhər qəsəbəsində anadan olmuşdur. Əndəlib Qaracadaği "Leyli və Məcnun" poemasının başlanğıcında özü haqqında qısa məlumat verərək yazır: Şairin özü haqqında verdiyi bu məlumatdan onun, İrəvan xanlığının Çar Rusiyası tərəfindən işğalından sonra İrəvanda hakimlik edən mayor Şubinin himayəsi altında yaşaması və onun sifarişi ilə əsərlər yaratması məlum olur. Həmçinin onun İrəvana köçməzdən əvvəl Qaradağ mahalının Əhər qəsəbəsində yaşaması müəyyənləşir. Şairin əvvəllər Əhərdə yaşamasını "Leyli və Məcnun" poemasından olan aşağıdakı misralar da təsdiq edir: Əndəlib kiçik yaşlarından etibarən sevməyə başlamış, uzun zaman iztirab çəksə də, arzusuna çata bilməmişdir. Əhərdə doğulan və gəncliyini orda keçirən Əndəlib, bu nəticəsiz sevgidən sonra doğma yurdunu tərk edərək qürbətə düşür. İrəvan xanı Hüseyn xanın adına yazdığı bir qəsidədə bu haqqda bəhs edir (qəsidənin bir hissəsi sağda verilir).
Leyli və Məcnun (Əndəlib Qaracadaği)
"Leyli və Məcnun" — XIX əsr Azərbaycan şairi Əndəlib Qaracadaği tərəfindən yazılmış lirik-realistik poemadır. == Məzmunu == Sadələşdirilmiş süjetə malik əsərdə bir-birinə bağlı, düyümlü, müxtəlif intriqalar doğuracaq hadisələr və ikinci planda duran köməkçi personajlar yoxdur. Şair, yalnız Məcnunun dili ilə danışır, iztirablarını təsvir edir. Leylinin qəlbi və sevgisi isə məchul qalır. Birinci görüşlərində Leyli Məcnunu deyə rədd edirsə də, az keçmədən onun iztirabına acıyır və ümidverici bir ahənglə deyir: Oxucu qızla, onun sevgi macərası ilə tanış olmağa imkan tapmamış qasiddən onun başqasına ərə verilməsi xəbərini öyrənir. Əvvəlki "Leyli və Məcnun"larda bu hadisə hər iki aşiqin romantik ölümü ilə bitsə də, burada çox real fonda, birisinin başqasına ərə verilməsi, digəriin isə qürbətə düşməsi ilə yekunlaşır. == Tədqiqi == H. Səmədzadə Əndəlibin poemasını Füzulinin "Leyli və Məcnun"unun təsiri ilə yazdığını qeyd edir və bunun ilk növbədə poemanın bəhrində özünü göstərdiyini vurğulayır. Poemanın ilk misrası olan "Məşşateyn-feyz sünbari" Füzuli "Leyli və Məcnun"unun başlanğıcındakı "Meşşateyn növərus-aləm" misrasını xatırladr.Bu xatırlatmaların getdikcə dərinləşməsinə baxmayaraq, Əndəlibin "Leyli və Məcnun"u bir çox maraqlı xüsusiyyətlərinə görə daha əvvəl bu mövzuda yazılmış əsərlərdən fərqlənir. Həcm etibarilə böyük olmayan bu poema ərəb folkloru əsasında deyil, sadəcə təsir nəticəsində yazılmışdır. Bu orijinallıq ilk növbədə poemadakı romantik və realistik məqamların münasibətindədir.

Значение слова в других словарях